3. Şagirdlərin inkişaf səviyyəsinin nəzərə alınması.Məsələn, yüksək səviyyəli
uşaqlarla işlədiyimiz formada, aşağı səviyyəli uşaqlarla işləmək çətin və uğursuzdur.
Bu mənada sinfin səviyyəsinə uyğun iş qurulmalıdır. İnduktiv-deduktiv yol
şagirdlərin fəallığının təmin edilməsi,onların dərsi şüurlu mənimsəmələri üçün faydalı
yoldur. Şagird kontingetinin həddindən artıq zəif olduğu yerdə deduktiv-induktiv yoldan istifadə etmək daha faydalıdır.
4. Müəllimin fərdi xüsusiyyəti, hər hansı metoddan istifadə etmək bacarığı ilə
ölçülməlidir. O, daha çox məharətlə istifadə edə biləcəyi metodla işləməlidir.
Şagirdlərin biliyinin dərsin sonunda elan edilməsi,onları dərsin sonunadək işləməyə
vadar edir. Bu metoddan istifadə çox faydalıdır. Amma yaddaşı zəif olan müəllim belə
metoddan istifadə etməməlidir. Çünki o nəinki qiyməti,hətta bir şagirdi
qitmətləndirməyi tam yaddan çıxarmaqla işə zərər verə bilər. Ola bilər ki, bir müəllim
bir başqa,digər müəllim isə tam başqa metoddan daha yaxşı istifadə edir.
5. Şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması.Hər bir yaş dövrünün
özünəməxsus diqqət davamlılığı,qavrama xüsusiyyətləri və s. vardır. Metod və
priyomların seçilməsində bu cəhəti mütləq nəzərə almaq lazımdır. Aşağı siniflərdə
Azərbaycan dilindən heç bir dərsdə mühazirədən istifadə etmək fayda verə bilməz.
6. Materialın məzmunu fonetikaya,orfoqrafiyaya,orfoepiyaya,morfologiyaya və s. aid
olmasından asılı olaraq metodlar da müxtəlifləşir.Müəllim bunların hər birinə aid
çalışmalar aparır.
7. Hər hansı metod və priyomdan istifadə üçün şəraitin olması. Təcrübə göstərir ki,
texniki vasitələrdən istifadə təlim işinə böyük xeyir verir. Lakin dərs deyilən sinifdə
nəinki ekran,hətta elektirik xətti də yoxdursa, bu barədə düşünməyə dəyməz. Deməli,
müəllim imkan və şəraitə uyğun metod və priyomlardan istifadə etməklə dərsini
mənimsətməlidir.