Metodik ədəbiyyatda təlim metodlarının təsnifini metodistlər müxtəlif əsaslarda təsnif
edir.
M.A.Danilov və
L.P.Federenko metodları
bilik əldə etməyin mənbəyinə görə,
İ.R.Paley və
İ.T.Oqorodnikov didaktik vəzifələrinə görə,
İ.Y.Lerner və
M.N.Skatkin şagirdlərin dərketmə fəaliyyətinə görə təsnif etmişlər.Prof.
B.Əhmədov
isə şagirdlərin müstəqilliyinə görə
metodları fəal və
qeyri-fəal xarakterizə edir və
onları
üç qrupa bölür:
1.Söz metodları, 2.Əyani metodlar, 3.Praktik metodlar
Söz metodları - yazılı və şifahi şərhdir. Növləri nağıl və ya təsvir,izah,problemli şərh
və s. müsahibədir ki, bu da
evristik və
yazılı formada icra edilir.
Əyani metodlara illüstrasiya və demonstrasiya daxildir.
Praktik metodlara isə şagirdlərin
müxtəlif tipli çalışmalar üzərində işin
təşkili,müşahidə və s. daxildir.
Prof. Ə.Əfəndizadə isə "Azərbaycan dili təliminin metodları və onların
təkmilləşdirilməsi haqqında" məqaləsində metodları
dörd qrupa bölür:
1. İzahlı illüstrativ metod.
2. Reproduktiv metod.
3. Evristik müsahibə və problemli şərh metodu.
4. Tədqiqatçılıq metodu.
İzahlı illüstrativ metod müəllimin söz və əyanilik üzrə izahıdır.
"Reproduktiv metod" müəllimin izahını
başa düşmək,dərk etmək üçün müşahidələr
aparmağı,fakt
və hadisələri təhlil etməyi,ümumiləşdirmə,mücərrədləşdirmə,təsnifetmə
kimi təfəkkür əməliyyatlarını əhatə edir,şagirdlərdə bacarıq və vərdişlərin yaranmasına
xidmət göstərir.
Dostları ilə paylaş: