1. Metod barədə alimlərin fikirləri Metodların seçilməsində mühüm şərtlər



Yüklə 239,68 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix09.01.2023
ölçüsü239,68 Kb.
#78775
növüDərs
  1   2   3   4   5
movzu 6(3)



Mövzu 6 : Azərbaycan dili dərslərində ən çox istifadə edilən metod, 
priyom və yollar 
Plan 
1. Metod barədə alimlərin fikirləri 
2. Metodların seçilməsində mühüm şərtlər 
3. Müəllimin nitqinə verilən tələblər 
Metod 
sözü hərfi mənada həqiqətə,faktlara ,biliklərə yol tapmaq 
deməkdir.Marksist dialektik metod dərketmənin başlıca metodu kimi bütün elmlərin 
tədqiqat metodlarının əsasında dayanır. Dərk etmə hər elmi tədqiqat yolu ilə, həm də 
təlimi-tədqiqat yolu ilə gedə bilər. Elmi tədqiqat yolu ilə dərk edilənlər hələ elm 
aləminə bəlli olmayan faktlardır, təlimi-tədqiqat yolu ilə dərk edilənlər isə elm 
aləminə çoxdan bəlli olanlardır. Birincidə elmi tədqiqat metodlarından, ikincidə isə 
təlim metodlarından istifadə edilir. Tədqiqat zamanı tədqiqatçı elm aləmi üçün hələ 
dəqiq olmayanları dəqiqləşdirməyə çalışırsa,təlim prosesində müşahidə aparan şagird 
isə elm aləminə bəlli olanları özü üçün aydınlaşdırır. Metodlar məsələsilə həm nəzəri 
pedaqogika, həm də fərdi medodikalar məşğul olur. Nəzəri pedaqogika, yaxud 
didaktika məktəbdəki bütün təlim fənlərinə eyni dərəcədə xidmət edə bilən metodları 
tədqiq edirsə, fərdi metodikalar, o cümlədən ADTM elmi Azərbaycan dilinin təlimi 
metodlarının tədqiqi ilə məşğul olur. 
 M.T. Baranova görə, təlim metodları müəllimin fəaliyyəti ilə onun şagirdlərə 
vermək istədiyi bilik,bacarıq və vərdişləri vahid həlqədə birləşdirən vasitədirM.N. 
Skatkin bunu müəllim və şagirdlərin işi, T.A.İlyin şagirdlərin dərketmə fəaliyyətinə 
rəhbərlik, A.V.Tekuçev təlim vasitəsi, prof. B. Əhmədov "Müəllimin şagirdləri 
bilik,bacarıq və vərdişlərlə silahlandırması və şagirdlərin bunlara yiyələnməsi yolları 
və vasitələrinə təlimin üsulları və ya metodları deyilir" deyir. 

Yüklə 239,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin