1 ms word 2010 MƏtn redaktoru iLƏ



Yüklə 29,32 Kb.
tarix29.12.2021
ölçüsü29,32 Kb.
#48819
növüYazı
Belge (3)


Plan

1 MS WORD 2010 MƏTN REDAKTORU İLƏ

İŞ

2. Sənədin yaradılması və sənədlə iş



3. Mətnin yazılması və redaktə edilməsi

MS WORD 2010 MƏTN REDAKTORU İLƏ

İŞ

Word redaktoru sənədlərin hazırlanması, o cümlədən



mətnlərin yığılması, cədvəllərin, şəkillərin, qrafiklərin

yaradılması, tərtib və çap olunması üçün nəzərdə tutul-

muşdur. Word redaktoru vasitəsilə müxtəlif sənədlər,

məktublar, məqalələr, böyük həcmli kitablar və s. hazır-

lamaq mümkündür. Word redaktoru sənədə müxtəlif

qrafik təsvirlərin – rəsm, şəkil, fotoşəkil, fiqurların yer-

ləşdirilməsi və formatlaşdırılması (ölçüsünün və rən-

ginin dəyişdirilməsi, parlaqlığının və rəng çalarlarının

dəyişdirilməsi və s.) əməliyyatlarını yerinə yetirməyə,

ən mürəkkəb riyazi düsturları mətnə daxil etməyə im-

kan verir. Bundan əlavə, Word redaktorunda səhifələrin

avtomatik nömrələnməsi, mətnin və səhifənin kəna-

rında məsafələrin qoyulması, stillərin, şablon forma-

larının işlənib hazırlanması və lazım gəldikdə onlardan

istifadə edilməsi, eyni zamanda bir neçə sənədin emal

olunması, mətnə xüsusi simvolların daxil edilməsi,

orfoqrafik, qrammatik, sintaksis yoxlamaların həyata

keçirilməsi və digər əməliyyatları yerinə yetirmək olar.

Word redaktorunu yükləmək üçün Пуск (Başla)

menyusunun Все программы (Bütün proqramlar)

altmenyusundan Microsoft Office qovluğunda yerləşən

Microsoft Word 2010 əmrini seçmək lazımdır. Word

redaktoru yükləndikdən sonra ekranda onun işçi pəncə-

rəsi açılır. Word redaktorunun pəncərəsi müxtəlif əmə-

liyyatların yerinə yetirilməsi üçün Office düyməsi, lent,

tab-vərəqlər, cəld alətlər paneli, işçi sahə, sənədə baxış

rejimləri, informasiya sətri, sürüşdürmə çubuqları, vərəqlərarası keçid düymələri və s. elementləri özündə

birləşdirir.

Pəncərə başlığında proqramın və redaktə edilən sənədin (faylın) adı yazılır. Əgər sənəd yeni yaradılıbsa və yadda saxlanmayıbsa, sistem tərəfindən avtomatik

olaraq ona Документ 1 (Sənəd 1) adı verilir. Pəncərə

başlığının sol yuxarı güncündə əsas əmrlərin yerləşdiyi

Office düyməsi, cəld alətlər paneli, sağ yuxarı

küncündə isə pəncərənin ölçülərinin idarə edilməsi və

bağlanması düymələri yerləşmişdir. Onun altında isə

lent və lentin üzərində mətnlə işləmək üçün tab-

vərəqlər yerləşir.

Word redaktorunda aşağıdakı tab-vərəqlər reallaş-

dırılmışdır:

 Главная (Ev) tab-vərəqi. Bu tab-vərəqə daxil olan

əmrlər yaradılmış sənədin mətni üzərində müxtəlif

redaktə, formatlaşdırma, strukturlaşdırma və s.

əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutul-

muşdur. Həmin əmrlər sənəddə şriftin seçilməsi,

ölçüsünün, üslubunun, rənginin dəyişdirilməsi, ab-

zaslarla və siyahılarla iş, sənəddə fraqmentin

axtarılması, əvəz edilməsi, mətnin və ya onun fraq-

mentinin qeyd edilməsi, köçürülməsi, silinməsi,

başqa yerə daşınması, mübadilə buferində saxlanıl-

ması, istifadəsi və digər funksiyaları yerinə yetirir.

 Вставка (Əlavə etmə) tab-vərəqi. Bu tab-vərəqin

əmrləri Word sənədlərinə yeni obyekt, o cümlədən

cədvəl, şəkil, diaqram, simvol, düstur daxil etmək,

həmçinin mətnin səhifələrinin nömrələnməsi, sə-

hifələrə sərlövhələrin (təkrarlanan yazıların) əlavə

edilməsi və s. əməliyyatları yerinə yetirmək üçün

nəzərdə tutulmuşdur

 Разметка страницы (Səhifə düzəni) tab-vərəqi.

Bura səhifənin parametrlərinin tənzimlənməsi, o

cümlədən vərəqin kənarlarından məsafənin

qoyulması, vərəqin ölçüsünün və istiqamətinin

seçilməsi, mətnin sütunlara bölünməsi, səhifənin

fonunun və sərhədinin, abzasların parametrlərinin

tənzimlənməsi və s. əməliyyatlar daxildir.

 Ссылки (İstinadlar) tab-vərəqi. Bu tab-vərəqdə

mündəricatın, predmet göstəricinin, haşiyənin,

istinadların qoyulması və digər əməliyyatları yerinə

yetirən əmrlər daxil edilmişdir.

 Рассылки (Göndərişlər) tab-vərəqi. Bu tab-vərəqə

konvert, yarlıq, etiket formalarının yaradılması,

sənədlərin birləşdirilməsi və s. əmrlər daxil

edilmişdir.

 Рецензирование (İcmal) tab-vərəqi. Bu tab-

vərəqdəki əmrlər mətnlərin orfoqrafik yoxlanılması,

qeydlərin qoyulması, səhvlərin düzəldilməsi və s.

kimi əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə

tutulmuşdur.

 Вид (Görünüş) tab-vərəqi. Bu tab-vərəqdəki əmrlər

redaktorun əsas pəncərəsinin görünüşünü tənzim-

ləmək, müxtəlif baxış rejimlərinə keçmək, miqyası

dəyişdirmək, makroslar yaratmaq, eyni zamanda bir

neçə sənədin açıldığı pəncərələr ilə işləmək, bir

pəncərədən digərinə keçmək, onları ekranda idarə

etmək və s. kimi əməliyyatların yerinə yetirilməsi

üçün nəzərdə tutulmuşdur.

Cəld alətlər paneli lentin yuxarı sol güncdə yerləşir. Bura daha tez-tez istifadə olunan əmrlər daxil

edilir və istifadəçinin işini asanlaşdırmaq məqsədi daşıyır. Hər hansı bir əmr düyməsini cəld alətlər

panelinə əlavə etmək üçün şəkildə göstərilən

Настройка панели

быстрого доступа (Cəld

müraciət panelini fər-

diləşdir) düyməsindən is-

tifadə olunur.

Bu düyməni basdıqda açılan kontekst menyudan

olan istənilən əmri cəld alətlər panelinə çıxarmaq

mümkündürBunun üçün kontekst menyuda

siçanın göstəricisini həmin əmrin adının üzərinə gətirib

siçanın sol düyməsini basmaq lazımdır. Bu zaman

kontekst menyuda həmin əmrin qarşısında  işarəsi

əmələ gəlir. Hər hansı əmri cəld alətlər panelindən

çıxarmaq üçün kontekst menyuda aktiv olan düymənin

adının üzərində siçanın sol düyməsini basmaq

kifayətdir. Bu zaman  işarəsi silinəcək.

Kontekst menyuda olmayan hər hansı başqa əmri

cəld alətlər panelinə yerləşdirmək üçün kontekst

menyunun Другие команды… (Digər əmrlər...)

bəndindən istifadə olunur. Bu zaman Параметры

Word (Word seçimləri) dialoq pəncərəsinin

Настройка (Fərdiləşdir) bölməsi açılır .

Burada Выбрать команды из: (Əmri seç:)

hissəsində olan açılan siyahıdan lazım olan əmri

seçərək Добавить (Əlavə et) düyməsini basmaqla onu

sağ tərəfdə olan Настройка панели быстрого

доступа (Cəld müraciət panelini fərdiləşdir)

siyahısına əlavə etmək mümkündür. Cəld alətlər

panelindən əmrin pozulması üçün sağ siyahıdan həmin

əmri seçib Удалить (Təmizlə) düyməsini basmaq

lazımdır. Sonda dialoq pəncərəsinin aşağısında olan OK

(Təsdiq) düyməsi basılmalıdır ki, bütün dəyişikliklər

qəbul edilsin. Aparılmış dəyişikliklərdən imtina etmək

üçün Отмена (İmtina) düyməsini basmaq lazımdır.

İşçi sahənin ölçülərinin tənzimlənməsinə və abzasın

qoyulmasına xidmət edən xətkeşlər proqram pəncərə-

sində cari işçi sahənin yuxarı hissəsində və sol tərəfində

yerləşir. Əgər xətkeşlər ekranda yoxdursa, onları Вид

(Görünüş) tab-vərəqinin Показать или скрыть

(Göstər və ya gizlət) qrupundan Линейка (Xətkeş)

əmrini seçməklə ekrana çıxarmaq olar.

Sürüşdürmə çubuqları işçi sahənin sağ və aşağı his-

sələrində yerləşirlər. Mətn ekrana tam yerləşmədikdə,

bu çubuqların köməyi ilə onu şaquli (aşağı və yuxarı)

və ya üfüqi (sol və sağ) istiqamətlərdə hərəkət etdirmək

mümkündür. Bunun üçün siçanın göstəricisini çubuqla-

rın seçilmiş (açıq rəngli) hissəsinin üzərinə gətirib sol

düyməni basmaqla lazımi istiqamətə daşımaq lazımdır.

Mətni çubuqların uc hissələrində olan oxlar vasitəsilə

də hərəkət etdirmək olar.

Şaquli sürüşdürmə çubuğundan aşağıda üç əlavə ke-

çid düyməsi yerləşir. Həmin düymələr vasitəsilə mətn

daxilində cari səhifədən əvvəlki və ya sonrakı səhifəyə,

həmçinin sənəddə olan müəyyən obyektə keçmək

mümkündür. Burada obyekt qismində səhifə, bölmə,

cədvəl, şəkil, başlıq və s. ola bilər.

İnformasiya sətri pəncərənin aşağı hissəsində axırın-

cı sətirdə yerləşir. Bu sətirdə sənəddəki səhifələrin

ümumi sayı, ekrandakı səhifənin sıra nömrəsi, cari sət-

rin səhifədəki sıra nömrəsi, kursorun sətirdə mövqeyi,

iş prosesində istifadəçi üçün əhəmiyyətli olan digər

məlumatlar əks olunur. İnformasiya sətrinin sağ tərəfində sənədə baxış rejimləri və miqyasın müəyyən edil-

məsi üçün düymələr yerləşdirilmişdir.

Sənədə baxış rejimləri hissəsində beş əmr düyməsi

yerləşir:

 Разметка страницы (Səhifə düzəni) – bu rejim

mürəkkəb formatlaşdırma əməliyyatlarını yerinə yetirir.

Adətən, sənədlər bu rejimdə daxil edilir. Bu rejimdə sə-

nəd çap zamanı görünən formada olur.

 Режим чтения (Tam ekran oxuması) – oxuma

rejimi adlanır. Bu rejim sənədlərin ekranda oxunuşunu

asanlaşdırmağa xidmət edir. Bu rejimdə işləyərkən

mətnlər avtomatik olaraq Microsoft ClearType

texnologiyasının köməyi ilə əks olunur. Microsoft ClearType texnologiyası oxuma rejimində

mətnin şriftlərinin ölçüsünü dəyişdirməyə imkan verir,

lakin bu zaman sənəddə heç bir dəyişiklik baş vermir.

Oxuma rejimindən çıxmadan sənədin mətni üzərində

redaktə əməliyyatlarını yerinə yetirmək mümkündür.

Bunun üçün oxuma rejimində Параметры просмот-

ра (Baxış seçimləri) menyusundan Разрешить ввод

(Daxil etməyə icazə ver) əmrini seçmək lazımdır

веб-документ (veb düzəni) – bu rejim sənədin

veb səhifədə oldugu kimi görünüşünü təsvir edir.

структура (struktur) – böyük tipli sənədlərlə işi

asanlaşdırmaq üçün bu rejimdən istifadə olunur. Bu

zaman sənədin yalnız mətn hissəsi ekranda görünür.

Hər bir sənəd başlıqları ilə seçilən hissələrdən (məs.,

fəsillər), bu hissələr öz növbəsində kiçik hissələrdən

ibarət olur.

2. SƏNƏDİN YARADILMASI VƏ SƏNƏDLƏ

İŞ

Yeni sənədin yaradılması. Word redaktoru yük-



ləndikdən sonra ekranda Документ 1 (Sənəd 1) adlı

boş sənəd açılır. Növbəti sənədləri yaradarkən proqram

özü avtomatik olaraq onlara artma sırası ilə Документ

2 (Sənəd 2), Документ 3 (Sənəd 3) və s. adlar

mənimsədir. Lakin bu sənədləri yaddaşa yazarkən

onların adlarını dəyişmək və başqa ad daxil etmək

mümkündür.

Yeni sənəd yaratmaq üçün Office düyməsini basıb,

açılan menyudan Создать (Yeni) əmrini seçmək

lazımdır. Açılan Создание документа (Yeni sənəd)

dialoq pəncərəsində adi sənədin yaradılması və ya hazır

sənəd şablonlarının seçilməsi rejimləri təklif olunur. Adi qaydada sənədin yaradılması üçün

Новый документ (Yeni sənəd) boş sənəd formasını

seçərək Создать (Yeni) düyməsini basmaq kifayətdir.

Nəticədə yeni sənədin yaradılması üçün boş səhifə

açılır.


Word redaktoru tərəfindən təklif olunan şablonlara

uyğun sənədin yaradılması üçün Создание документа

(Yeni sənəd) pəncərəsində olan Шаблоны (Şab-

lonlar) hissəsindən yaradılacaq sənədin növü və

formasını seçmək olar.

Mövcud sənədin açılması. Əvvəllər yaradılmış

sənədi açmaq üçün Office düyməsini basdıqda, açılan

menyunun Открыть (Aç) əmrindən istifadə olunur.

Bu əmr yerinə yetirildikdə Открытие документа

(Sənədin açılması) dialoq pəncərəsi açılır.

Pəncərənin işçi sahəsinin sol tərəfində informasiyadaşıyıcılarının (disk, flaşh, CD-ROM, kart və s.) və

qovluqların siyahısı verilir. Sol hissədə seçilmiş

qovluğun məzmunu, yəni içində olan qovluq və sağ

hissədə isə faylların siyahısı əks olunur. Siyahıdan

konkret faylı seçib (həmin faylın adı Имя файла

(Faylın adı) hissəsinə düşür) pəncərənin aşağı

hissəsində olan Открыть (Aç) düyməsini basmaq

lazımdır.

Pəncərədə əks olunan faylların siyahısı ilə işləmək

üçün aşağıdakı funksiyalar nəzərdə tutulmuşdur:

 Огромные значки – çox böyük işarələr;

 Крупные значки – böyük işarələr;

 Обычные значки – adi işarələr;

 Мелкие значки – kiçik işarələr;

 Списки – siyahılar;

 Таблица – cədvəl;

 Плитка – kərpic;

 Содержимое – məzmun.

Siyahıda konkret tipə aid olan faylları əks etdirmək

üçün Типы файлов (Faylın tipi) açılan siyahısından

lazımi fayl tipini seçmək olar. İlkin olaraq burada Все

документы Word (Bütün Word sənədlər) parametri

seçilmiş olur. Seçilmiş faylı açmadan onun məzmununu

qabaqcadan görmək üçün Показать область предва-

рительного просмотра (Öncəbaxış sahəsini göstər)

funksiyasından istifadə etmək mümkündür.

Məqsəddən asılı olaraq sənədi müxtəlif rejimlərdə

açmaq olar. Belə ki, Открыть (Aç) düyməsinin sağ

tərəfində olan oxu basdıqda aşağıdakı rejimləri əks

etdirən siyahı açılmış olur.

3. MƏTNİN YAZILMASI VƏ REDAKTƏ EDİLMƏSi

Mətnin seçilməsi. Word redaktorunda obyekt və

obyektlər qrupu üzərində əməliyyat aparmaq üçün

həmin obyektləri seçmək, yəni qeyd etmək lazımdır.

Məsələn, hər hansı sözü və ya cümləni ləğv etmək və

formatlaşdırmaq, qrafik obyektləri qruplaşdırmaq,

abzaslar üzərində formatlaşma əməliyyatları aparmaq

üçün əvvəlcə onları qeyd etmək, yəni seçmək, sonra isə

tələb olunan əməliyyatı yerinə yetirmək lazımdır.

Obyektin seçilməsi əməliyyatını klaviatura, siçan və ya

onların birgə istifadəsi ilə yerinə yetirmək olar.

 sözün və ya sözlərin seçilməsi – siçanin gös-

təricisini sözün (sözlərin) əvvəlinə qoyub siçanın düy-

məsini basılı saxlayaraq sözün axırına qədər sürüş-

dürmək lazımdır. Bu zaman həmin söz qeyd olunur

(fonu rənglənir). Siçanın göstəricisini sözün üzərinə gətirib, sol

düyməni iki dəfə dalbadal basmaqla onu qeyd etmək

mümkündür. Bu əməliyyatı klaviatura vasitəsilə yerinə

yetirmək üçün Shift düyməsini basılı saxlamaqla, sola

və ya sağa («», «») düymələrindən istifadə etmək

olar.

 sətrin seçilməsi - siçanin göstəricisini qeyd olun-



ma hissəsində sətrin qarşısına gətirib sol düyməsini bir

dəfə basmaq lazımdır. Bu əməliyyatı yerinə yetirmək

üçün klaviaturada «Shift + Home» və ya «Shift +End» düymələrindən istifadə olunur. Qeyd olunma

hissəsi dedikdə əsas mətnin sol tərəfindəki boş sahə

başa düşülür. Siçanın göstəricisini bu sahəyə gətirdikdə

o, sağ tərəfə istiqamətlənmiş ox formasını alır.

 Abzasın seçilməsi – abzasin qarşısında qeyd olun-

ma hissəsində siçanın sol düyməsini iki dəfə dalbadal

basmaq lazımdır. Həmçinin, siçanın göstəricisini ab-

zasın istənilən sözünün üzərinə gətirib sol düyməsini üç

dəfə dalbadal basmaqla da abzası seçmək olar.

 Bütün mətnin seçilməsi – Главная (Ev) tab-vərə-

qinin Выделить (Seçmə) açılan menyusundan Вы-

делить все (Hamısını seç) əmrini seçmək lazımdır.

Həmçinin bu əməliyyatı klaviaturada Ctrl düyməsini

basılı saxlayıb qeyd olunma hissəsində siçanın sol

düyməsini basmaqla da yerinə yetirmək olar.

 Obyektin seçilməsi – Главная (Ev) tab-vərəqinin

Выделить (Seçmə) açılan menyusundan Выбор

обектов (Obyektlərin seçilməsi) əmrini seçmək, sonra

siçanın göstəricisini seçilməsi lazım olan obyektin

üzərinə gətirib sol düyməni basmaq lazımdır.

 Mətndə eyni formatlı sözlərin seçilməsi - Глав-

ная (Ev) tab-vərəqinin Выделить (Seçmə) açılan

menyusundan Выделить текст, имеющий такой же

формат (Oxşar formatlı mətni seç) əmrini seçmək

lazımdır.

 Cümlənin seçilməsi – klaviaturada Ctrl düyməsini

basılı saxlayıb cümlə üzərində siçanın sol düyməsini bir

dəfə basmaq lazımdır.

 Düzbucaqlı mətn blokunun seçilməsi – klaviatu-

rada Alt düyməsini basılı saxlayıb, siçanın göstəricisini

qeyd olunmalı olan düzbucaqlı blokun yuxarı sol güncündən başlayaraq, aşağı sağ güncünə qədər

sürüşdürmək lazımdır.

 Ayrı-ayrı sözlərin seçilməsi – bir sözü siçanın gös-

tərici vasitəsilə qeyd edib, sonra klaviaturada Ctrl düy-

məsini basılı saxlayıb digər sözlər üzərində siçanın sol

düyməsini basmaq lazımdır.

Seçimdən imtina etmək üçün seçilmiş mətnin üzə-

rində siçanın düyməsini və ya klaviaturada hərəkət

düymələrindən birini basmaq lazımdır.

Mətnin silinməsi. Mətni seçdikdən sonra klavia-

turadan hər hansı bir simvolu daxil etdikdə seçilmiş

mətn silinir və həmin simvol ilə əvəz olunur. Seçilmiş

mətni silmək üçün klaviaturada Delete və ya

Backspace düymələrini basmaq kifayətdir.

Kursorun sağındakı bir simvolu silmək üçün

klaviaturada Delete, solundakı bir simvolu silmək üçün

isə Backspace düymələrindən istifadə olunur. Kursorun

sağındakı sözü və ya söz hissəsini silmək üçün

klaviaturada Ctrl+Delete, kursorun solundakı sözün və

ya söz hissəsinin silinməsi üçün klaviaturada

Ctrl+Backspace düymələri kombinasiyasını basmaq

lazımdır.

Düzəlişlərin ləğvi və bərpası. Təsadüfi silinmiş mətn

fraqmentini bərpa etmək və ya yerinə yetirilmiş hər

hansı bir əməliyyatdan imtina

etmək üçün (onu ləğv etmək)

üçün Cəld alətlər panelində

yerləşən Отменить (Qaytar)

düyməsindən istifadə olunur.

ƏDƏBİYYAT SİYAHISI:



  1. Mühazirə materialları

  2. Gasımov Vaqif Ms-word

Yüklə 29,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin