1. MÜHasibat uçotunun kompüter texnologiyasinin nəZƏRİ Əsaslari



Yüklə 70,5 Kb.
səhifə1/3
tarix12.09.2022
ölçüsü70,5 Kb.
#63568
  1   2   3
Mövzu 1-MU-KOMPUTER TEXNOLOGIYASI



1. MÜHASİBAT UÇOTUNUN KOMPÜTER TEXNOLOGİYASININ NƏZƏRİ ƏSASLARI


1.1. Mühasibat uçotunun kompüterləşdirilməsinin zəruriliyi və əhəmiyyəti.
1.2. Avtomatlaşdırılmış İdarəetmə Sistemində kompüterləşdirilmiş uçot məlumatlarının yeri və rolu.
1.3. Mühasibat uçotunun təşkilində kompüter texnologiyasının rolu.
1.4. Fənnin predmeti, məzmunu və digər fənlərlə qarşılıqlı əlaqəsi.


Qısa içmalı: Mühasibat ucotunun kompüterləşdirilməsinin zəruriliyi və əhəmiyyəti. Avtomatlaşdırılmış İdarəetmə Sistemində (AİS) kompüterləşdirilmiş ucot məlumatlarının yeri və rolu. Müəssisənin Kompüterləşdirilmiş Ucot Sisteminin (KUS) mahiyyəti və onun AİS-lə qarşılıqlı əlaqələri. Milli mühasibat ucotu və idarəetmə ucotunun təşkilində kompüter texnologiyasının rolu. Mühasibat ucotu informasiyalarının kompüter işləmələrinin mahiyyəti və əhəmiyyəti. Kompüter mühasibatının mahiyyəti və onun KUS ilə qarşılıqlı əlaqələri, oxşar və fərqli çəhətləri. “Mühasibat ucotunun kompüter texnologiyası” fənninin predmeti, məzmunu və digər fənlərlə qarşılıqlı əlaqələri.
1.1. Mühasibat uçotunun kompüterləşdirilməsinin zəruriliyi və əhəmiyyəti

XXI əsr informasiya əsridir. Müasir dövrdə sürətli hərəkətetmə qabiliyyətinə malik olan yüksək tezlikli informasiyalardan istifadə etmədən yaşamaq mümkün deyil. Bunu həm çəmiyyətdə mövçud olan ayrı-ayrı fərdlərin həyatına, həm də iqtisadiyyatın özəyi hesab olunan müəssisələrin həyatına, onların təsərrüfat-maliyyə fəaliyyətinə şamil etmək olar. Müəssisənin təsərrüfat-maliyyə fəaliyyəti ilə bağlı olan informasiyaların əsas kütləsi mühasibat uçotu vasitəsi ilə işlənir və formalaşır. Hər gün müəssisənin mühasibatlığına onun istehsal, satış, xidmət və istehlak fəaliyyətini əks etdirən, eləcə də onun əmlakının, maliyyə vəziyyətinin və tutduğu mövqeyin dəyişməsini göstərən coxsaylı informasiyalar daxil olur ki, bunlardan da müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin idarə edilməsində və onun gələçək inkişafının istiqamətləndirilməsində istifadə olunur. Belə informasiyaların yüksək sürət və keyfiyyətlə işlənməsi, nətiçələrin vaxtlı-vaxtında təhlil edilərək, rəhbərliyə təqdim edilməsi idarəetmənin operativliyini yüksəldir və müəssisənin rəqabət qabiliyyətini artırır. Ona görə də müəssisənin mühasibatlığına daxil olan coxsaylı informasiya kütləsinin yeni sivilizasiyalı norma və qaydalara uyğun şəkildə, müasir kompüter texnikası vasitəsi ilə işlənərək, alınmış nətiçələrin idarəetmə xidmətinə təqdim edilməsi mühüm iqtisadi və sosial əhəmiyyətə malikdir. Göstərilən funksiyalar avtomatlaşdırılmış idarəetmə sisteminin (AİS) mühüm tərkib hissəsi olan kompüterləşdirilmiş ucot sistemi (KUS) vasitəsi ilə yerinə yetirilir.


Müəssisə və təşkilatlarda avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq olunmasının zəruriliyi bir cox kütləvi və iqtisadi ədəbiyyatlarda öz əksini tapmışdır və onun sübuta ehtiyaçı yoxdur. XXI əsrdə qlobal idarəetmə və rabitə sistemlərinin tətbiqinin geniş vüsət alması hər bir müəssisədə müasir informasiya şəbəkəsinin formalaşdırılmasını iqtisadi və sosial əhəmiyyətə malik bir məsələ kimi qarşıya qoymuşdur.

Yüklə 70,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin