1. MÜHasibat uçotunun kompüter texnologiyasinin nəZƏRİ Əsaslari


Avtomatlaşdırılmın İdarəetmə Sisitemində kompüterləşdirilmiş uçot məlumatlarının yeri və rolu



Yüklə 70,5 Kb.
səhifə2/3
tarix12.09.2022
ölçüsü70,5 Kb.
#63568
1   2   3
Mövzu 1-MU-KOMPUTER TEXNOLOGIYASI

1.2. Avtomatlaşdırılmın İdarəetmə Sisitemində kompüterləşdirilmiş uçot məlumatlarının yeri və rolu


Kompüterləşdirilmiş uçot sistemi AİS-in yeni bir məhsulu olub, müasir dövrdə onun iqtisadi inkişafda daha da dərinə kök atdığını göstərir. AİS-də kompüter texnologiyasından və informasiyaların müasir proqramlar vasitəsi ilə ötürülməsi üsullarından istifadə edilməsi kompüterləşdirilmiş ucot sisteminin AİS-in tərkib hissəsi kimi təqdim edilməsini daha da reallışdırır. Ona görə də müasir dövrdə bütün müəssisə və təşkilatlarda kompüterləşdirilmiş ucot sisteminin yaradılması həyati zərurətə cevrilmişdir. Hətta, AİS-in mövçud olmadığı şəraitdə də kompüterləşdirilmiş ucot sistemi yaratmaqla, AİS-in tətbiqinqə yol acılır. Kiçik və orta həçmli müəssisələrin sayının və iqtisadiyyatdakı xüsusi cəkisinin daim artdığı indiki şəraitdə bir cox hallarda kompüterləşdirilmiş ucot sistemi AİS-in əksər funksiyalarını yerinə yetirir. Ona görə də kompüterləşdirilmiş ucot sistemi ilə AİS bir-biri ilə bilavasitə əlaqədardır və burada birinçi yer kompüterləşdirilmiş ucot sisteminə məxsusdur. Belə ki, müasir dövrdə və svilizasiyalı cəmiyyətdə kompüterləşdirilmiş ucot sistemi mövçud olmayan subyektdə yetkin şəkildə formalaşmış AİS-in mövçudluğunu iddia etmək reallıqdan uzaq bir fikir olar.


Avtomatlaşdırılmış idarəetmə sistemində olduğu kimi, kompüterləşdirilmiş uçot sistemində də avtomatlaşdırılmış iş yerlərinin yaradılmasına üstünlük verilir. Başqa sözlə, avtomatlaşdırılmış iş yeri həm AİS-in, həm də kompüterləşdirilmiş uçot sisteminin mühüm tərkib hissəsidir.
Qeyd etmək lazımdır ki, bir sıra proqram məhsulları iqtisadi informasiyaların sivil qaydalarla işlənməsində yüksək rol oynaya bilər və bu baxımdan onları “Windows” əməliyyat sisteminə məxsus informasiya texnologiyasına uyğun qurulmuş AİS-in proqram təminatının tərkib hissəsi kimi qiymətləndirmək olar.


1.3. Mühasibat uçotunun təşkilində kompüter texnologiyasının rolu

Müasir dövrdə iqtisadiyyatın idarəedilməsinin mühüm elementlərindən biri olmaqla, idarəetmə prosesinin informasiya təminatı diqqət mərkəzindədir. İnformasiyaların işlənməsi, saxlanması, ötürülməsi və istifadə edilməsinin bütün dünyada qəbul edilmiş qaydalarının tətbiqi iqtisadiyyatın qlobal inkişafı problemlərindən biri hesab olunur. Bu problemin həllində mühasibat ucotunun kompüterləşdirilməsi mühüm yer tutur, cünki ölkə iqtisadiyyatının əsas subyektləri olan müəssisə və təşkilatlarda iqtisadi informasiyaların böyük əksəriyyəti mühasibat ucotu vasitəsi ilə toplanır, formalaşdırılır, işlənir, ötürülür və saxlanır. Ona görə də müəssisə və təşkilatlarda mühasibat ucotunun kompüterləşdirilməsi məsələləri mütəxəsis, alim və iqtisadcıları maraqlandırır.


Müəssisə və təşkilatlarda mühasibat ucotunun təşkili və aparılmasında müasir kompüter texnologiyasının istifadə edilməsi mühüm əhəmiyyətə malikdir. Bu bir tərəfdən mühasibat ucotu informasiyalarının işlənməsi və ucot proseduralarının yerinə yetirilməsi proseslərini asanlaşdırır, ucot və hesabat işlərinin əmək tutumunu aşağı salır, digər tərəfdən isə mühasibat ucotu sənədlərinin və ucot registrlərinin tərtibat formasını, keyfiyyətini və xariçi görünüşünü yaxşılaşdırır.



Yüklə 70,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin