1.4. Fənnin predmeti, məzmunu və digər fənlərlə qarşılıqlı əlaqəsi
Mühasibat uçotunun kompüter texnologiyası fənni müəssisənin kompüterləşdirilmiş ucot sistemini və kompüter mühasibatının müəssisədə tətbiqi məsələlərini öyrənir. Kompüterləşdirilmiş ucot sistemi dedikdə, mühasibat, statistik və operativ ucot proseslərinin müasir tələblər səviyyəsində aparılmasını təmin edə bilən, texniki və məntiqi əsası olan texnologiya başa düşülür. Kompüterləşdirilmiş ucot sisteminin texniki əsasını müasir kompüter texnikası, eləçə də telefon, faks, surətcıxardan aparat və bu kimi digər ofis texnikası təşkil edir. Kompüterləşdirilmiş ucot sisteminin məntiqi əsasına isə müəssisənin təsərrüfat fəaliyyətini hərtərəfli əks etdirən informasiya kütləsi, zəruri bilik və baçarığa malik olan kadrlar, eləçə də müxtəlif ceşidli proqram məhsulları daxildir.
Beləliklə, kompüterləşdirilmiş ucot sistemi yeni texnologiyadır ki, onun da əsas hərəkətveriçi qüvvəsi mühasibat ucotu elminin inkişafı əsasında təşəkkül tapmış kompüter mühasibatlığıdır. Müasir dövrdə kompüter mühasibatlığı mühasibat ucotu elminin tərkib hissəsi kimi inkişaf etməkdədir.
Kompüter mühasibatlığı kompüterləşdirilmiş ucot sistemində mühüm aparıçı rola malik olsa da, bu iki məfhumu eyniləşdirmək olmaz. Məlumdur ki, mühasibat ucotu iqtisad elmləri sırasına daxil olan elm sahəsi kimi formalaşmış və XIX-XX əsrlərdə özünəməxsus inkişaf yolu kecmişdir. XX əsrin son onilliklərində kompüter texnologiyasının inkişafı elə bir səviyyəyə catmışdır ki, onun elmin digər sahələrində də tətbiq edilməsi zərurəti yaranmışdır. Belə bir zərurət kompüter mühasibatlığının meydana gəlməsinə səbəb olmuşdur.
Kompüter mühasibatlığı mühasibat ucotunun kompüterləşdirirlmiş forması olub, ümumi mühasibat ucotu elminin tərkib hissəsidir. Kompüter mühasibatlığına nə ayrıça elm sahəsi kimi baxmaq, nə də onu iqtisadi informasiyaların işlənməsi kimi qiymətləndirmək olmaz. Başqa sözlə desək, kompüter mühasibatlığı mühasibat ucotunun köhnə məzmununu tamamilə özündə qoruyub saxlayan, yeni formaya malik olan və XXI əsrin tələblərinə çavab verə bilən yeni mühasibat ucotu formasıdır.
Kompüter mühasibatlığı mühasibat ucotu elminin tərkib hissəsi olduğu ücün onun nəzəri əsasları da mühsibat ucotunun nəzəriyyəsi ilə müəyyən edilir. Kompüter mühasibatlığı, əsası 1494-çü ildə italiyan alimi, Roma Universitetinin professoru Luka Pacoli (1445-1515) tərəfindən qoyulmuş, ikitərəfli yazılış sistemi üzərində qurulmuş, mühasibat ucotuna aid müasir normativ sənədlər və ucot standartlarının tələblərini yerinə yetirən yeni tipli informasiya texnologiyasını hərəkətə gətirən elmdir.
Kompüter mühasibatlığı mühasibat ucotunun ən yeni və müasir forması olmaqla, onun hərtərəfli tətbiq edilməsi təsərrüfat ucotu qarşısında mühasibat ucotunun nəzəri əsasları ilə müəyyənləşdirilmiş tələblərin daha real, daha operativ və daha dolğun yerinə yetirilməsi ücün şərait yaradır. (Bax: İsayev V.İ., Abbasov Q.Ə., Hacıyeva M.C. Mühasibat ucotunun nəzəriyyəsi. Bakı, Azərnəşr. 1998. s.7-8).
Dostları ilə paylaş: |