1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?
32. Mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi. Mühafizə qurğularının sülh dövründə istismarı zamanı onların müəyyən olunmuş müddətdə mühafizə rejiminə keçirilməsində yararlı qalmasını və müharibə dövründə adamların mühafizə qurğusunda qala bilməsi üçün lazımi şəraitin yaradılmasını təmin edən bütün tələblər yerinə yetirilməlidir.
Sülh dövründə aşağıdakıların qorunub-saxlanması təmin edilməlidir:
bütünlükdə qurğunun, həm də onun müxtəlif elementlərinin (girişlər, qəza çıxış yolları, qoruyucu germetik qapıları, partlayışdan qoruyan tərtibatlar və s.) mühafizə xassələri;
bütün mühafizə qurğusunun hermetikliyi və hidroizolyasiyası;
mühəndis-texniki avadanlığı və onun istənilən vaxt Müharibə dövründə istismara keçirilməsi imkanı.
Mühafizə qurğularında otaqları yenidən planlaşdırmaq, mühafizəedici konstruksiyalarda deşik və oyuqlar açmaq, avadanlığı layihədə nəzərdə tutulmayan qaydada sökmək qadağandır. Sülh dövründə mühafizə qurğusunu istismar edən müəssisə, təşkilat və idarələr obyekti istismara qəbul edəndən sonra ona məsul şəxs təyin edir ki, bu şəxslər binanın düzgün saxlanılmasına, qoruyucu tərtibatların və mühəndis-texniki avadanlığın vəziyyətinə müntəzim olaraq nəzarət edirlər. İstismar edilən mühafizə qurğusunda xüsusi sənədlər olmalıdır. Mühafizə-qurğularının vəziyyəti onlara illik baxışlarda və növbədən kənar (xüsusi) baxışlarda yoxlanılır. Bütün baxışların müddətləri obyektlərin rəhbərləri tərəfindən müəyyən edilir. Xüsusi baxışlar təbii fəlakətlərdən və yanğından sonra keçirilir. Baxış zamanı bunlar yoxlanılır:
qurğunun ümümi vəziyyəti və onun girişlərinin, qəza çıxış yollarının, havagötürücü və hava sorucu kanallarının vəziyyəti;
bəndlərin və üst örtüklərin vəziyyəti; qapıların və bağlayıcı mexanizimlərin sazlığı;
qoruyucu tərtibatların, ventilyasiya sisteminin, su təchizatı, kanalizasiya, elektrik təchizatı, rabitə, avtomatika vasitələrinin və digər mühəndis avadanlıqlarının sazlığı;
binanın otaqlarında xalq təsərrüfatı ehtiyacları və əhaliyə xidmət üçün istifadə oluna bilməsi;
yanğınsöndürmə vasitələrinin mövcudluğu və vəziyyəti;
qrunt sularının və yerüstü suların sızması və içəriyə keçməsi hallarının olub-olmaması.