1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Zədələnmə ocaqlarında aparılan xilasetmə və digər təxirəsalınmaz işlər



Yüklə 81,03 Kb.
səhifə26/30
tarix07.04.2023
ölçüsü81,03 Kb.
#94294
1   ...   22   23   24   25   26   27   28   29   30
1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?

34. Zədələnmə ocaqlarında aparılan xilasetmə və digər təxirəsalınmaz işlər.
Mülki müdafiənin ən mürəkkəb və məsul vəzifələrindən biri –dinc və müharibə dövrlərindəki fövqəladə halların nəticələri aradan qaldırılarkən xilasetmə tədbirlərinin təşkili və yerinə yetirilməsidir. Bu işlər düşmən basqını nəticəsində yaranan zədələnmə (zəhərlənmə) ocaqlarında, eləcə də təbii fəlakət və güclü qəzara yonlarında insanları xilas etmək, onlara yardım göstərmək və qəzaları məhdudlaşdırmaq məqsədilə görülür. Xilasetmə işlərinə aiddir:

  1. fəlakət yerlərində və oraya gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyatın aparılması;

  2. fəlakət yerlərində işə başlamaq mümkün olsun deyə yanğınların söndürülməsi və ya (məhdudlaşdırılması);

  3. zədələnmiş, yanan, qaz və tüstü bürümüş binalardan və uçqunlar altından insanların tapılıb çıxarılması;

  4. üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularından insanların xilas edilməsi;

  5. süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi;

  6. zədəlilərə ilk tibbi yardım göstərilməsi və onların müalicə müəssisələrinə köçürülməsi;

  7. insanların zəhərlənmiş sahələrdən çıxarılması, lazımi hallarda sanitariya təmizliyindən keçirilməsi, həmçinin avadanlığın, ərazinin, ərzaq və suyun zərərsizləşdirilməsi.

Digər təxirəsalınmaz işlərə xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək məqsədilə görülən tədbirlər aiddir:

  1. uçqunlarda və zədələnmə baş vermiş sahələrdə maşın yolu və keçidlərin düzəldilməsi;

  2. qaz, elektrik və texnoloji şəbəkələrdə, həmçinin sukanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması;

  3. xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğu və konstruksiyaların bərkidilməsi, yaxud dağıdılması;

  4. zədələnmiş rabitə, elektrik və su xətlərinin müvəqqəti bərpaedilməsi.


Yüklə 81,03 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin