1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Qanaxmalar zamanı ilk tibbi yardım



Yüklə 81,03 Kb.
səhifə27/30
tarix07.04.2023
ölçüsü81,03 Kb.
#94294
1   ...   22   23   24   25   26   27   28   29   30
1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?

35. Qanaxmalar zamanı ilk tibbi yardım.
Qanaxmanı müvəqqəti dayandırmaq üsülları. Növündən (arterial, venoz, kapilyar) və ilk tibbi yardım göstərərkən əldə olan vasitələrdən asılı olaraq, qanaxmanı müvəqqəti və ya tamamilə dayandırmaq olur.Xarici arterial qanaxmanı müvəqqəti dayandırmaq üsulları,zədələnmiş qan damarını sümüyə barmaqla sıxaraq, turna və ya burmac qoymaq, qol və ya qıçı oynaqda sonadək büküb bu vəziyyətdə bərk bağlamaqdan ibarətdir. Xarici venoz və kapilyar qanaxmalar yaraya sıxıcı steril sarğı qoymaq və bədənin yar alı yerini gövdəyə nisbətən bir qədər hündürdə saxlamaqla müvəqqəti dayandırırlar. Bir sıra hallarda venoz və kapilyar qanaxmaların müvəqqəti dayandırılması bu qanaxmaların tamamilə dayandırılması halına keçə bilər. Arterial qanaxmanın, bəzi hallarda isə venoz qanaxmanın tamamilə dayandırılması, yarada cərrahiyyə əməliyyatı zamanı yerinə yetirilir. Damarı barmaqla sıxıb arterial qanaxmanı dayandırdıqdan sonra dərhal turna və ya burmac qoymaq və steril sarğı sarımaq lazımdır. Turnanın nə vaxt qoyulduğunu tarix, saat və dəqiqə göstərilməklə bir parça kağızda qeyd edib, kağızı nəzərə çarpan yerdə turnanın altına qoyurlar. Turna qoyulmuş ətrafı xüsusən qışda isti şeylə örtürlər. Turna qoyulmuş yaralıya şpris – tübik vasitəsilə ağrıkəsən dərman vururlar. Ətrafların turna qoyulmuş yerdən aşağı hissəsi ölgünləşməsin deyə, 2 saatdan sonra arteriyanı barmaqla sıxaraq, turnanı tədricən 5–10 dəqiqə müddətinə boşaltmaq və sonra onu yenidən bir qədər yuxarıya qoymaq lazımdır. Yaralıya cərrahiyyə yardımı göstərilənədək turnanı hər saatdan bir bu cür müvəqqəti olaraq boşaldır və hər dəfə bunu kağızda qeyd edirlər. Qanaxmanı burmac vasitəsilə dayandırmaq üçün kəndirdən, burulmuş yaylıqdan və ya parçadan istifadə edirlər. İkiqat ilgək şəklində qatlanıb qola keçirilərək burulan bel qayışı da əlaltı turna ola bilər. Venoz və ya kapilyar qanaxmalar zamanı yaraya sıxıcı sarğı qoyurlar. Qan axan yeri steril salfetlə və ya 3–4 qat bintlə örtür, üstdən pambıq qoyurlar. Sarğını bintlə bərk sıxıb sarıyırlar. Qan sarğını islatdıqda üstündən əlavə bint sarıyırlar.


Yüklə 81,03 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin