1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Məişətdə istifadə olunan güclü təsirli zəhərli maddələr



Yüklə 81,03 Kb.
səhifə16/30
tarix07.04.2023
ölçüsü81,03 Kb.
#94294
1   ...   12   13   14   15   16   17   18   19   ...   30
1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?

19. Məişətdə istifadə olunan güclü təsirli zəhərli maddələr.
Hazırda dünyada 20 mln. artıq kimyəvi birləşmə məlumdur. Bu geniş kimya aləmindən bizi istehsalatda və məişətdə 100-dən çox Güclü Təsirli Zəhərləyici Maddələr əhatə edir. Bir çox belə maddələr istehsalatın ayrılmaz hissələri olmuşlar. GTZM təsərrüfat məqsədləri ilə işlədilən elə kimyəvi maddələrə deyilir ki, onlar ətrafa yayılarkən havanın zədələyici konsentrasiyalarda zəhərlənməsinə səbəb olur. GTZM-in, onlar saxlanılan tutumlardan və qablardan kənara axması, həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından və adi basqın vasitələrinin bilavasitə təsirindən və ya təxribat yolu ilə GTZM avadanlığının dağılması nəticəsində baş verə bilər. Kimyəvi maddələr istehsalı zamanı baş verən qəzalar adətən partlayışlar və yanğınlarla müşayiət olunur. Bunlar isə çox vaxt yanma və kimyəvi maddələrin natamam parçalanması nəticəsində yeni GTZM yaranmasına vəatmosferin çirklənməsinə səbəb olur zəhərlənmə zonasına gəlmiş şəxsi heyətin mühafizəsi üçün əlavə tədbirlər görülməsini tələb edir.
Kimyəvi təhlükəli obyektlərə aşağıdakılar aid edilə bilər:

  1. kimya, neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye sahələrinin müəssisələri;

  2. suyu təmizləmək üçün xlordan istifadə edilən su kəməri və su təmizləmə qurğuları;

  3. soyuducu maddə olaraq ammonyakdan istifadə olunan soyuducu qurğulara malik müəssisələr, ilk növbədə yeyinti sənayesi saxlayan nazirliklərin və idarələrin soyuducu qurğuları və bazaları;

  4. GTZM daşıyan nəqliyyat vasitələrinin dayanması üçün xüsusi yerləri olan dəmir yolu stansiyaları;

  5. taxıl və taxıl məmulatı anbarlarının dezinfeksiya və deretizasiya edilməsi üçün zəhərli maddələr ehtiyatları saxlanılan xüsusi anbar və bazalar;

  6. kənd təsərrüfatında işlədilən kimyəvi maddələr ehtiyatı saxlanılan anbarlar və bazalar.

Respublikamızın təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli zəhərli maddələri nəzərdən keçirək:
Ammonyak boğucu, kəskin naşatır iyli, rəngsiz qazdır, olunma həddi 0,037 mq/litrdir, dadı çox acıdır, havadan yüngüldür. Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə qıcıqlandırıcı təsir göstərir. Onun yüksək konsentrasiyaları gözlərdə ağrıya və güclü yaşaxmaya, təngənəfəsliyə, kəskin öskürməyə, başgicəllənməsinə, mədə ağrılarına,qusmaya səbəb olurSusuz, saf maye ammonyak dəridə ağır yanıqlar törədir, çünki o, nəinki qələvi kimi, həm də yüksək buxarlandırma hərarətinə malik dondurucu maddə kimi təsir göstərir.Ammonyakı zərərsizləşdirmək üçün 1/20 nisbətində sudan istifadə edilir. Xlor kəskin boğucu iyli, göyümtülsarı qazdır. Havadan 2,5 dəfə ağırdır. Su təchizatı və kanalizasiya sistemlərinin təmizləyici qurğularında,içməli və tullantı suların təmizlənməsi və zərərsizləşdirilməsi üçün çoxlu xlor işlədilir. Xlor yuxarı tənəffüs yollarına kəskin qıcıqlandırıcı təsir göstərir, yüksək konsentrasiyalarda təsir zamanı dərhal ağciyər ödemi inkişaf edir. Xloru neytrallaşdırmaq üçün 1/120 nisbətində sudan istifadə olunur. Xlorpikrin kənd təsərrüfatı zərər vericiləriilə mübarizə,dezinfeksiya məqsədləri üçün,taxıl,un və digər ərzaq anbarlarının_təmizlənməsi, habelə əleyhqazların sazlığının yoxlanılması üçün işlədilir. Saf xlorpikrin kəskin iyli, rəngsiz, yağlı mayedir. Xlorpikrinin_buxarları gözlərin selikli qişalarını, ağciyərləri güclü sürətdə,yuxarı nəfəs yollarını azacıq qıcıqlandırır. Ümumi zəhərləyici təsirə də xüsusən, kapilyar damarlara malikdir. Sianid turşusu rəngsiz,şəffaf mayedirAcı badamiyinəbənzər bihuşedici iyi var. Sianid turşusunun buxarları ilə nəfəs alarkən,o_dəri səthindən sorulmaqla və qida yolları ilə birbaşa daxilə keçərək zəhərlənmələrə səbəb olur. Fosgen çürük ot iyi verən rəngsiz qazdır. Fosgen torpağı, texnikanı, avadanlığı zəhərləyə bilmir. Fosgen buxarları ilə nəfəs alarkən ağciyərlərin spesifik zəhərlənməsi baş verir. Bundan başqa o, gözlərə və selikli qişalara zəif qıcıqlandırıcı təsir göstərir lakin dəriyə təsir etmir.


Yüklə 81,03 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin