Yüklənən konstruksiyaların materialına görə :
dəmir –beton konstruksiyalı qurğular;
daş divarlı qurğular;
meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular.
Mühafizə qurğularının kütləvi qisa müddət ərzində tikilməsi üçün əvvəlcədən tam bir kompleks təşkilatı və mühəndis tədbirləri həyata keçirilməlidir. Bu tədbirlərə tikinti sahələrinin seçilməsi, yerli şəraitin aşkar edilməsi, həcmi planlaşdırma və konstruksiya işlərinin məqsədyönlü həlli, material və məmulatların alınma mənbələrinin müəyyən olunması, onların gətirilməsi və quraşdırılması məsələləri daxildir.
. Mühafizə qurğularının tikilməsi planında aşağıdakı əsas sənədlər olmalıdır:
Mühafizə qurğularının tikilməsi cədvəli (qurğunun tutumu, konstruktiv həlli, tikilmə yeri, fəhlə və qulluqçuların daldalanması nəzərdə tutulan sexin (sahənin) adı və sayı).
Qurgunun yerləşdirilməsi planı (obyektdəki sexlərin adları və nömrələri, qurğunun yerləşdirilməsi və quraşdırılması qeyd olunan sənəd).
Obyektdə qurğunun tikilməsinin plan cədvəli (qurğunun tikilməsi üçün işçi qüvvəsinə, alətlərə və mexanizmlərə, eləcədə tikinti hissələri və materialların daşınması üçün müxtəlif növ nəqliyyat vasitələrinə olan ümumi tələbat göstərilir).
Qurğunun tikilməsi üçün lazımi material və hissələrin siyahısı (tikinti üçün şəhər (respublika) müəssisələrindən alınası material və məmulatların adları və miqdarı, habelə gətirilmə müddəti).
Dostları ilə paylaş: |