13-FH ZAMANI YARANMIŞ ŞƏRAİTİN AYDINLAŞDIRILMASI VƏ
QİYMƏTLƏNDİRİLMƏSİ
Fövqəladə hallar şəraitinin qiymətləndirilməsi və proqnozlaşdırılmasının məqsədi baş vermiş FH-ın ərazisinin miqyasını, bina və tikililərin dağılma səviyyəsini, obyektin işçi heyəti və əhali arasında itkilərin müəyyən edilməsidir.
Bir qayda olaraq, bu işlər 3 mərhələdə həyata keçirilir.
Birinci mərhələdə baş verə biləcək təbii və texnogen fövqəladə halların proqnozlaşdırılması həyata keçirilir.
İkinci mərhələdə nəticələrin proqnozlaşdırılması və şəraitin qiymətləndirilməsi fövqəladə hallar mənbəyinin yaranmasından dərhal sonra həyata keçirilir.
Üçüncü mərhələdə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üçün lazım olan proqnozlaşdırmanın və faktiki şərait nəticələri kəşfiyyat məlumatlarına əsasən dəqiqləşdirilir.
Fövqəladə halın mənbəyindən asılı olmayaraq, insanlara, canlılara, ətraf mühitə, tikililərə və d.
təsir edən 6 əsas faktor vardır:
Təzyiq təsiri (partlayıcı maddələrin, qaz buludlarının, adi və kütləvi qırğın vasitələrinin partlayışı və s.);
Termiki təsir (texnogen və təbii yanğınlar zamanı istilik şüalanması; nüvə partlayışı və s.);
Toksikoloji təsir (təhlükəli kimyəvi istehsalatda texnogen qəzalar, kimyəvi silahın tətbiqi, vulkan püskürməsi zamanı zəhərli qazların ayrılması və s.);
Radiaktiv təsir (radiaktiv-təhlükəli obyektlərdə texnogen qəzalar, nüvə partlayışları və s.);
Mexaniki təsir (qəlpələr, binaların dağılması, sel, sürüşmə və s.); Bioloji təsir (epidemiya, bakterioloji silah və s.).
Dostları ilə paylaş: |