Radioprotektorlar - ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə ediləni həb şəklindəki sistamin adlı maddədir.
Bu həbləri şüalanmadan 30-40 dəq əvvəl qəbul etmək məsləhətdir.
Antidotlar (zəhər əleyhinə dərman) - ZM-n təsirinin qarşısını alan və ya zəiflədən maddələrdir. Sinir-iflicedici (fosforlu-üzvi) təsirli, sianid turşusuna və digər sianlara, lüizitə və qıcıqlandırıcı ZM-yə qarşı antidotlar vardır.
Bakteriya əleyhinə maddələr - spesifik və qeyri-spesifik profilaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, ana-toksinlər və bakteriofaqlar aiddir.
12- MM-İN MÜHAFİZƏ QURĞULARI.
Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər kompleksinə mühəndis-mühafizə sistemi deyilir.
Bu kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də mühafizə qurğularının inşaatıdır.
Mülki müdafiənin mühafizə qurğuları fövqəladə hallarda adamların daldanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə edilməlidir.
Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif edilir.
Dostları ilə paylaş: |