Əleyhqazlar.Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və gözlərinihavadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının) radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Bu əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır; onların quruluşu – içərisində fəallaşdırılmış (katalizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.
Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və bakterial vasitəaerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respiratorlardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil.