Müharibə dövründə — Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə — Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri;
Sülh dövründə — ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirinə məlumat verir.
Köçürmənin aşağıdakı növ üsulları vardır:
Piyada üsul (əsas);
Bütün növ nəqliyyat vasitələri ilə;
Kombinasiyalı üsul.
Köçürüləcək əhalinin sayı nəqliyyatın vasitəsinin və nəqliyyat şəbəkəsinin olmasından, onun buraxma imkanından və d. şərtlərdən asılı olaraq köçürmə komissiyası tərəfindən müəyən edilir. İlk öncə tibbi müəssisələr, uzaq məsafələri piyada gedişlə qət etmək imkanı olmayan şəxslər (hamilə qadınlar, 14 yaşına kimi uşağı olan qadınlar, laborator şəraitdə müalicə olunan şəxslər, 65 yaşından böyük kişilər və 60 yaşından böyük qadınlar), və həmçinin, öz fəaliyyətini fövqəladə halda da davam etdirən azad növbəli müəssisələrin işçiləri və əməkdaşları köçürülürlər. Qalanları isə piyada köçürülür
Köçürülənləri uzaq məsafəyə daşımaq üçün əsasən nəqliyyatdan istifadə edilir. Köçürmə üçün istifadə olunan nəqliyyat vasitələri müxtəlif ola bilər: Avto
(şəxsi), dəmiryol, su və hava nəqliyyatı. Sərnişin nəqliyyatından da əlavə yük maşınlarından, yük qatarlarından, yük təyyarə və gəmilərindən də istifadə olunur.
Əhalini piyada üsulla köçürməsi yollar, yol kənarları və yoldankənar qeyd olunmuş marşrut üzrə həyata keçirilməlidir. Piyada sıraları idarələrdə (müəssisələrdə, ərazi üzrə müəyyən yerlərdə) təşkil olunur. Onların sayı müxtəlif ola bilər. Sıra, idarəedilməsini asanlaşdırmaq məqsədilə sex kollektivləri və digər istehsal dəstələri olaraq 20-30 nəfərlik qruplara ayrılır. Hər sıraya bir rəhbər, hər bir qrupa isə cavabdeh təyin edilir.
Hərəkətin orta surəti 4 km/saat-dan artıq olmur. Hər 1 - 1.5 saatdan sonra 10-15 dəqiqəlik istirahət, yolun yarısını qət etdikdən sonra isə 1 – 2 saatlıq böyük istirahət nəzərdə tutulmalıdır.
Əhalinin köçürülməsinin əsas üsullarından biri kombinasiyalı üsuldur, bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələri ilə təhlükəli zonalardan dərhal çıxarılır.
Dostları ilə paylaş: |