Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq. Rabitə sistemi əmin amanlıq dövründə mövcud olan rabitə qovşaqları, stansiyaları və xəttlərindən, eləcə də MM qərargahlarının tabel rabitə vasitələrindən istifadə olunmaqla təşkil edilir.
Obyektlərdə də rabitənin adları çəkilən bütün 4 növdən aşağıdakı qaydada istifadə olunur:
Məftilli rabitə - rayonun (şəhərin), nazirliyi (yuxarı idarənin) rəhbərliyi ilə; obtektin sığınacaqları, müşahidə postu, öz iş yerlərindəki sex və şöbə rəisləri və obyektin MM xidmətləri ilə əlaqə saxlamaq üçündür.
Radiorabitə - obyektdə, adətən, MM rəhbərlərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt MM rəhbərlərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.
Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə - əlavə vasitələ r kimi, belə avadanlıq olmayan hallarda rabitə növü kimi istifadə edilir.
Siqnalla rabitə vasitələri – sirenalar, siqnal raketləri və bayraqcıqları həm xəbərdarlıq üçün, həm də MM –in sərəncam və komandalarını çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir.
Rabitə xidmətlərini icra etmək üçün obyektlərdə, eləcə də MM dəstələrində rabitə qrupları və manqaları yaradılır. Bunların təşkilati strukturu, şəxsi heyətinin sayı və avadanlıqla təchizat normaları yuxarı MM rəhbərləri tərəfindən müəyyən edilir. Obyektin rabitə sistemi MM-in bütün fəaliyyət mərhələlərində - yəni müəssisənin daimi yerləşdiyi yerdə, köçürülmüş fəhlə və qulluqçular məskunlaşan şəhərədənkənar və xilasetmə işləri aparılan sahələrdə obyekt rəhəbərini etibarlı rabitə ilə təmin etməlidir. Müəssisənn daimi yerində mülki müdafiə hazırlıq səviyyələrinə keçilərkən rabitə burada əvvəlcədən düzəldilmiş idarəetmə məntəqəsindən təşkil edilir. Məntəqədə aşağıdakı rabitə vasitələri olmalıdır:
Obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar;
Nazirliyin (şirkətin), eləcə də rayonun (şəhərin) MM qərargahı, digər təşkilatları ilə telefon rabitəsi;
Müəssisənin sığınacaqarı, “hava həyəcanı” siqnalı üzrə işini dayandırmayan sexləri, eləcə də MM dəstələri, o cümlədən də müşahidə postu ilə bilavasitə, yaxud obyektdəki ATS vasitəsilə telefon rabitəsi;
Rayonun köçürmə (qəbuletmə), toplanış, nəqliyyat minidrmə (düşürmə) məntəqələri ilə şəhərin ATS-i vasitəsilə telefon rabitəsi;
Obyektin şəhərədənkənar zonadakı operativ qrupu ilə sifariş sistemi qaydasında telefon rabitəsi;
Yerli MM qərargahı və fəaliyyətdə olan kəşfiyyat bölmələri ilə radi rabitəsi.
Dostları ilə paylaş: |