10-Köçürülmənin təşkili, növləri. Köçürmə orqanları.
Köçürmə (təxliyə, evakuasiya) - adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Evakuasiya – latın sözü evacuatio sözündən götürülmüşdür, evacuare — boşaltmaq, çıxartmaq deməkdir.
Bu əsasnamədə sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizəsinin üsullarından biri olan köçürmə tədbirlərinin Azərbaycan Respublikası ərazisində planlaşdırılması və həyata keçirilməsi üzrə əsas tələblər müəyyən edilir. Əsasnamənin əsas müddəaları aşağıdakılardır:
Ümumi müddəalar;
Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili;
Köçürmə tədbirlərinin təminatı .
Zamandan asılı olaraq təhlükəli zonadan köçürülmə tədbirləri 2 cür həyata keçirilir:
Qabaqcadan
Təcili
Kütləvi qırğın vasitələrinin tətbiq edilməsi, təbii fəlaklət və təhlükəli obyektlərdə qəzaların yaranması ehtimalı barədə etibarlı mənbələrdən məlumat gəldikdə əhalinin və obyektlərin personalının təhlükəli ərazidən qabaqcadan köçürülməsi yerinə yetirilir.
Fövqəladə vəziyyət yaranarkən əhalinin və obyektlərin personalının fəlakət zonasından təcili köçürülməsi yerinə yetirilir və bu minimal vaxt ərzində həyata keçirilir. Bu müddət bir neçə dəqiqədən bir neçə saata kimi ola bilər.
Miqyasından asılı olaraq təhlükəli zonadan köçürülmə 2 yerə ayrılır.
Lokal köçürülmə. Fövqəladə hal baş vermiş və ya baş verəcək ərazi - şəhər mikrorayonları və ya kiçik tipli yaşayış məntəqələri olarsa bu növ köçürülmə həyata keçirilir. Belə halda köçürülməli əhalinin və obyeklətrin personalının sayı on nəfərdən minə kimi ola bilər.
Yerli köçürülmə. Fövqəladə zona - aralıq şəhərlər, böyük şəhərlərin ətraf rayonları, şəhərin özlərində olan zaman bu növ köçürülmə həyata keçirilir. Belə halda köçürülməli əhalinin və obyektlərin personalının sayı bir neçə mindən yüz münə qədər ola bilər.
Fövqəladə zonaya düşən əhalinin sayından asılı olaraq köçürülmənin həyata keçirilməsini belə təsnif etmək olar:
Ümumi köçürülmə
Qismən köçürülmə
Dostları ilə paylaş: |