11-FƏRDİ VƏ TİBBİ MÜHAFİZƏ VASİTƏLƏRİ.
Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafizə və tibbi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, qoşunların, mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə və ya atmosferdə qalmalı, ya da burada xilasetmə işləri aparmalı olacaqlar.
Fərdi muhafizə vasitələri bunlardan ibarətdir:
tənəffüs orqanlarının mühafizə vasitələri;
dəri səthinin mühafizə vasitələri;
tibbi mühafizə vasitələri.
Tənəffüs orqanlarını mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfindən hazırlanan ən sadə vasitələr aiddir.
Dostları ilə paylaş: |