1-Mülki müdafiə xidmətləri, qüvvələri,onların yaradılması və təyinatı


Əhaliyə MM-in öyrədilməsinin (tədrisinin) təşkili və planlaşdırılması



Yüklə 134,9 Kb.
səhifə5/65
tarix02.01.2022
ölçüsü134,9 Kb.
#50959
1   2   3   4   5   6   7   8   9   ...   65
Mülki İMtahan

Əhaliyə MM-in öyrədilməsinin (tədrisinin) təşkili və planlaşdırılması

Əhali MM-ə hazırlanarkən aşağıdakı əsas prinsiplər rəhbər tutulur:

1-Mühafizə işləri ümumən ölkənin 8 yaşdan yuxarı, bütün əhalisinə öyrədilməlidir. Bu zaman 8-16 yaşlı şəxslərə FH-da mühafizə olunmağın üsul və qaydaları, 16 yaşdan yuxarı şəxslərə isə, bundan əlavə, qəzaların və fəlakətli hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir;


2-MM-in əhaliyə öyrədilməsi icbari xarakter daşıyır və hər bir adamın vətəndaşlıq borcu sayılır. Tabeliyindən, mülkiyyət və təsərrüfat formasından asılı olmayaraq bütün dövlət və qeyri-dövlət orqanlarının, müəssisə və təşkilatların rəhbərləri öz tabeliyindəki şəxslərin FH-da mühafizəyə hazırlanmasını təşkil edir və bu iş üçün məsuliyyət daşıyırlar;
3-Mühafizə məsələləri konkret yerli şəraiti, təsərrüfatların xüsusiyyətlərini və d. amilləri nəzərə almaqla əhalinin müxtəlif qruplarına fərqli surətdə öyrədilir. MM-in tədrisi üçün ölkənin əhalisi şərti olaraq 5 qrupa ayrılır: Rəhbər heyət; hərbiləşməmiş MM dəstələrinin komandir –rəis və sıravi heyətləri; MM dəstələrinə cəlb olunmayan qulluqçu, fəhlə və kənd təsərrüfatı işçiləri; istehsalat və xidmət sahəsində məşğul olmayan əhali; məktəbli gənclər;
4-Mühafizə bilikləri, qaydaları və üsullarının öyrədilməsi fasiləsiz və ardıcıl xarakter daşıyır. Bu sahəyə aid tədris tədbirləri istisnasız olaraq bütün obyektlərdə - sənaye və kənd təsərrüfatı müəssisələrində, idarə və təşkilatlarda, tədris və müalicə ocaqlarında, xidmət sahələrində və s. hər il planlaşdırılır və həyata keçirilir. Tədris ili yanvardan başlayır və 10 ay davam edir.

Yüklə 134,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin