1-Mülki müdafiə xidmətləri, qüvvələri,onların yaradılması və təyinatı



Yüklə 134,9 Kb.
səhifə26/65
tarix02.01.2022
ölçüsü134,9 Kb.
#50959
1   ...   22   23   24   25   26   27   28   29   ...   65
Mülki İMtahan

Təşkilati tədbirlər isə, fövqəladə hallar yaranan şəraitdə obyektdə mülki müdafiə qərargahının, dəstələrinin, habelə fəhlə və qulluqçuların ən səmərəli fəaliyyət qaydalarını müəyyən etməkdən ibarətdir.

Dayanıqlılığın qiymətləndirilməsi üzrə işləri yerinə yetirmək üçün obyektlərdə əsas mütəxəsislərdən ibarət aşağıdakı hesabat-tədqiqat qrupları yaradılır ki, bunlara:




  1. fəhlə və qulluqçuların müdafiəsinin tədqiqi;




  1. bina və qurğuların dayanıqlılığı;




  1. sənaye avadanlıqları;




  1. texnoloji proseslər;




  1. elektrik, su, qaz və buxar təchizatı;




  1. maddi-texniki təchizatın tədqiqi;




  1. sənayenin dayanıqlı idarə olunmasının tədqiqi və həmçinin kompleks tədqiqat və ümumi işlərin nəticələrini yekunlaşdıran qrup daxildir.




  1. Şəhərlərin, sənaye binaları və qurğuların layihələşməsi və tikilməsi zamanı əsas tələbat aşağıdakılardan ibarətdir:

  2. Şəhər və yaşayış rayonlarının respublikanın bütün ərazisində bərabər yerləşdirilməli;




  1. Yaşayış olan şəhərlərin böyüməsini və iri şəhərlərin tikilməsini məhdudlaşdırmalı;




  1. Şəhərin əhali məskunlaşmış yerlərini sahəsi 250 ha çox olmayan yaşayış rayonlarına ayırıb eni 100 m-dən az olmayan yaşıl zolaqlar salmalı;




  1. Nəqliyyatın şəhərdən kənara çıxması üçün şəhər daxili küçələr salmalı;




  1. Küçələrin dəmir yol xətti ilə və həmçinin öz aralarında kəsişmə yerləri eyni səviyyədə ehtiyat keçidlərilə əsas yoldan 50 m-dən az olmayan məsafədə təmin olunmalı;




  1. Şəhərdaxili nəqliyyat yolu yaşayış məntəqələri və sənaye müəssisələri arasında sıx əlaqə yaratmaqla şəhər kənarına sərbəst çıxmaq üçün magistral xətlə əlaqələnməli;




  1. Tərtibat və texniki dəmir yol stansiyalarını, mümkün güclü dağıntı zonasından kənarda yerləşdirilməli;




  1. Tramvay və trolleybus parkları iri şəhərlərdə hissə-hissə şəhər ətrafı yerlərdə yerləşdirilməli;




  1. Parklarda, bağlarda, bağçalarda və tam tikilməmiş meydançalarda, yanğın söndürmək üçün süni su tutumları yaratmalı;




  1. Mümkün dağıntı zonalarında sənaye binalarını maksimum dərəcədə az mərtəbəli və yüngül materiallardan istifadə etməklə tikməli;




  1. Binaları yanmayan və çətin yanan materiallardan hazırlamalı;




  1. Texnoloji avadanlıqları mümkün qədər açıq meydançalarda yerləşdirməli;




  1. Mümkün dağıntı zonasında yerləşən yeyinti sənaye binaları və qurğuların ərzaq anbarlarına, radioaktiv tozların və güclü təsirli zəhərli maddələrin keçməsinə qarşı tədbirlərin görülməli;




  1. Şəhərlərdə olan hamam və avtomobil yuma məntəqələri elə qurulmalıdır ki, fövqəladə vəziyyət zamanı onlardan istifadə oluna bilsin;




  1. Anbar otaqları zirzəmi və yarım zirzəmilərdə tikilməli və onların qapı və pəncərələri minimum qədər az olmalıdır.




Yüklə 134,9 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin