9= MM-dəRabitə və xəbərdarlıq sisteminin vəzifələri,təşkili Mühafizə tədbirləri həyata keçirilərkən mülki müdafiə qüvvələrinə rəhbərlik üçün MM-i idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir.
Rabitə - idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən fövqəladə hallar yaranan dövrdə, müharibə vaxtı, habelə təbii fəlakətlər və güclü istehsalat qəzaları baş verən şəraitdə çox böyük əhəmiyyət kəsb edir. Buna görə də MM-in bütün vasitələrində - obyektlərdə, rayon və şəhərlərdə, respublikada onun rəhbərlərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil edilir.
Rabitənin təşkili üçün radio-telefon(məftili rabitə), səyyar və siqnalla rabitə vasitələridən istafadə olunur. Bunlara rabitənin növləri deyilir.
Radio və telefon rabitə növü ən mürəkkəb şəraitdə belə, istənilən məsafədəki çoxlu orqanlarla, eyni zamanda və dərhal rabitə yaradıb əlaqə saxlamağa imkan verir.
Məftilli rabitə vasitələrindən isə həm sülh, həm də hərbi dövrlərdə MM-in bütün vasitələrindən daha geniş istifadə olunur.