Vulkanik zələzələlər – vulkan püskürməsi nəticəsində baş verir. Uçqun zəlzələləri: yeraltı uçqunlar nəticəsində əmələ gəlir, çox az hallarda baş verir və zəif olur.
Tektonik zəlzələlər – yer qabığında süxur qatlarının qırılması, sürüşməsi, qalxması və s. nəticəsində baş verir. Yer kürəsində qeydə alınan güclü zəlzələlərin böyük əksəriyyəti, dağıdıcı zəlzələlərin isə hamısı tektonik zəlzələlərdir.
Vulkan–xaricə lava, vulkanik qazlar, daşlar püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan partlayışı zamanı təkcə közərmiş mayelər yox, həmdə bərk və qaz halında olan maddələr xaricə çıxır.