Yerin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələrə:yerdə (torpaqda) yol verilən konsentrasiya, həddindən artıq ağır metallar və başqa zərərli maddələrin olması,geniş ərazilərdə sahələrin aşınması,duzlaşması sayəsində münbit torpaqların sıradan çıxması və s. aiddir.
Atmosferin dəyişməsi ilə əlaqədar FH-a aiddir:atmosferdə zərərli maddə qarışıqlarının yol verilən konsentrasiya həddindən yuxarı qalxması,şəhərlərdə kəskin “oksigen aclığı” yaranması, şəhərlərdə səs-küyün yol verilən hədd səviyyəsindən yüksək olması,atmosferin “ozon qatının” (O3) pozulması.