1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


Ilk tibbi yardımın məqsədi



Yüklə 335,33 Kb.
səhifə100/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   96   97   98   99   100   101   102   103   ...   106
null

Ilk tibbi yardımın məqsədi:Həyatı təhlükəni aradan qaldırmaq;

Həyatı funksiyaların davam etdirilməsini təmin etmək;Xəstə və yaralını vəziyyətinin pisləşməsini önləmək;

Yaxşılaşmanı asanlaşdırmaq;Təxirəsalınmaz tibbi yardım üç əsas qrupa bölünürü:

Xarici zədələyici amillərin (elektrik cərəyanı, ağır təzyiq altında sıxılma və s) təsirinin dərhal aradan qaldırılması və əlverişsiz şəraitdən uzaqlaşdırılması (sudan, yanan və ya qaz dolmuş yerdən çıxarılması).

Alınmış zədənin növündən asılı olaraq dərhal tibbi yardımın göstərilməsi: Qanaxmanın müvəqqəti dayandırılması, süni tənəffüsün verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.

Xəsarət alanı yaxındakı müalicə müəssisəsinə aparılması . Bu zaman çox ehtiyatla davranmaq, yaxud hadisə yerinə təcili yardım çağırmaq lazımdır.

İlk yardım göstərərkən elə etmək lazımdır ki, yardım edənin özü zərərli təsirə məruz qalmasın (elektrik cərəyanı, uçqun və s) xəsarət alanı düşdüyü şəraitindən elə çıxarmaq lazımdır ki, o əlavə zədə almasın, vəziyyəti ağırlaşmasın. Ilk tibbi yardımda vaxt amili çox əhəmiyyətlidir. Xəsarət alanı sakit bir yerdə uzatmaq, onu sıxan bel kəmərini və yaxalığını açmaq, üstünü örtmək və tibbi yardım çağırmaq lazımdır. Xəstənin qısa müddətdə tibb müəssisinə çatdırılması onun həyatını xilas edər. Bu zaman yolüstü nəqliyyatdan da istifadə etmək olar.

Əzilmə, burxulma, çıxıqlar zamanı zədələnmiş nahiyyəyə sakitlik vermək, soyuq qoymaq və ağrıkəsici dərman vermək lazımdır. Sınıqlar zamanı ətrafa şina qoyulmalıdır.

Güclü qanaxmalarda, yanıqlarda və paltar yanıqda üst paltarı kəsib atmaq lazımdır. Yanıb dəriyə yapışmış paltarı zorla dartıb qoparmaq olmaz. Onu ehtiyatla kəsib götürmək lazımdır. Ilin soyuq vaxtlarında paltarı soyundurmaq yox, tikiş yerlərindən sökmək və ya kəsmək lazımdır. Bu vaxt hadisə yerində və nəqliyyatla zərərçəkəni apararkən soyuq dəymədən qorumaq lazımdır. Xəstə təngənəfəs olduqda, döş qəfəsi yaralanarsa ona oturaq və ya yarımoturaq vəziyyət vermək lazımdır.

Xəsarət alanın ürək və tənəffüsü dayanmışsa, bu heç də həmişə onun ölməsi demək deyil, belə halda ürəyin qapalı masajı və süni tənəffüsə başlamaq lazımdır.

Ilk tibbi yardım göstərilməsində ilk tibbi yardım çantasından istifadə olunur.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin