1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri



Yüklə 335,33 Kb.
səhifə106/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   98   99   100   101   102   103   104   105   106
null

Torpaq sürüşmələri – Torpaq sürüşmələri yavaş inkişaf edən təbii fəlakətlərdəndir. Ancaq çox dik yamacların üzərində tikilən və ya yamacların altındakı yaşayış evləri ani inkişaf edən torpaq sürüş­mələ­rinə məruz qala bilər. Torpaq sürüşməsinin ilkin əlaməti bina və evlərdə, yol­larda çatların əmələ gəlməsi, ağac və hündür tikililərin yerdəyişməsidir.Qar uçqunları. Qışda baş verən təbii fəlakətlərdən biri də güclü qar yağması və çovğun nəticəsində yaranan qar yığınlarıdır. Qar uçqununun yaranmasına səbəb uzun müddət yağan qar, dağ və hava titrəmələri ilə nəticələnən zəlzələ, partlayışlar və digər insan fəaliyyətidir. Epidemiyalar – Respublikanın ərazisində taun xəstəliyinin 3 təbii mənbəyi, habelə vəba və tulyaremiya xəstəliyi yayılan təhlükəli sahələri müəyyən edilmişdir.Respublikamız üçün səciyyəvi olan texnogen fövqəladə hallar aşağıdakılar ola bilər:1. Güclü təsirli zəhərli maddələr (GTZM) istehsal emal edilərkən,daşınarkən və saxlanılarkən belə maddələrin ətrafa yayılması ilə müşayiət edilən qəzalar və bununla əlaqədar olaraq geniş sahələrdə zəhərlənmə zonalarının yaranması.2. Nəqliyyatla GTZM-in ətrafa yayılması ilə müşayiət edilən qəzalar. 3. Tez alışan maddələr istehsal,emal olunan və saxlanılan obyektlərdə yanğınlar, partlayışlar ola bilər. 4. Nəqliyyat vasitələrində yanğın və partlayışlar 5. Hidrodinamik qəzalar-su qurğuları qovşaqlarının yarılması və fəlakətli daşqın zonalarının yaranması. Qaz-neft məhsulları boru kəmərləri. Bakı-Novorosiysk, Bakı-Batumi, Bakı-Ceyhan magistral neft boru kəmərinin istismarı məsələləri xüsusən narahatlıq doğurur.Belə qəzalarla alışma və yanğınların əsas səbəbləri metal boruların yerin altında pas atması, tikinti-quraşdırma işlərində yol verilmiş qüsurlar, boru və avadanlıqlardakı qüsurlar, boru kəmərlərinin mexaniki zədələnməsi ola bilər.
Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin