Gündəlik həyatımızda hər bir insan peşəsindən və savadından asılı olmayaraq ilk tibbi yardım göstərməyi bacarmalıdır. Yaddasaxlamaq lazımdır ki, vaxtında və düzgün göstərilən ilk tibbi yardım xəstəliyin inkişafını ləngidir, gələcək ağırlaşmaların qarşısını alır. Xəsarət alan ilk yardım göstərildikdən sonra yaxındakı tibb müəssisələrinə çatdırırlmalıdır. Ilk tibbi yardım zədələnmə yerində təcili (15 dəqiqə) göstərilməlidir.
FH zamanı insanlarda davranış və düşüncə dəyişikliyi, əsəbilik, ruh düşkünlüyü, ağlama, baş ağrıları, yuxusuzluq, yardım edənə inamsızlıq, yardımı qəbul etməmək və s. hallar yaranır. Fəlakət zonasına düşmüş adam özünü ələ almalı, təmkinli, bacarıqlı olmalı, şəxsi fəaliyyəti ilə ətrafdakılara nümunə olmalıdır ki, təlaş və çaxnaşma düşməsin Hər hansı zədə almış və qəflətən xəstələnmiş şəxsin həyatını xilas etmək, sağlamlığını bərpa etmək üçün ilk tibbi yardımın əhəmiyyəti böyükdür.Istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətində yaxında tibb işçisi olmadıqda, bu zaman digər şəxslər zədələnənlərə ilk tibbi yardım göstərməyi bacarmalıdır. Özünü itirmək və bacarıqsızlıq zədələnənin vəziyyətini bir qədər də ağırlaşdıra bilər.