Kütləvi qırğın silahlarının ən güclüsü nüvə silahıdır. İlk dəfə 1945-ci ilin avqustun 6 və 9-daABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur. Nüvə partlayışının zədələyici amilləri - zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, yerinradioaktiv zəhərlənməsi və elektromaqnitimplulsu.
Radioaktiv zəhərlənməonun törənməsinə partlayış enerjisinin 5-10% i sərf olunur.Əsasən yerüstü nüvə partlayışı zamanı nüvə kütləsinin parçalanma məhsulları toz-torpaqla birlikdə odlu kürə halında havaya qalxır,sonra isə radioaktiv maddələrin xırdalanmış hissələrinin böyüklüyündən asılı olaraq ya torpağa enir,ya da buludun tərkibində hava axını ilə uzaqlara yayılır. Ərazinin radioaktiv maddələrlə zəhərlənmə dərəcəsi nüvə partlayışının miqdarından, növündən, partlayış məsafəsindən,meteoroloji şəraitdən və yerin relyefindən asılıdır.
Radioaktiv maddələrin təsirindən həm partlayış zamanı,həm də ondan uzun müddət sonra canlı orqanizmlərin xəstələnməsi təhlükəsi qalır.RM -in heç bir xarici əlaməti(rəngi,iyi və s) yoxdur. Zəhərlənmənin dozası dozimetrik cihazlar vasitəsilə aşkar etmək mümkündür. Radioaktiv maddələrorqanizmə bir tərəfdən şüa, digər tərəfdən isə hava və qidamaddələri ilə təsir göstərir və şüa xəstəliyi əmələ gətirir.
Beləliklə, RM-in zərərli təsiri mühitdə uzun müddət qalır. Şüalanmadozası R ilə ölçülür. Beləliklə radiasiyazəhərlənmə zonasındakı adamların həm əraziyə, əşyaların, paltar-ayaqqabının, dərinin səthinə düşmüş radiasiya maddələrin, saçdığı qamma şüalanmanın təsirinə (çöldən zəhərlənmə), həm dəhava və qida ilə orqanizmə düşən radioaktiv maddələrin təsirinə(daxildən zəhərlənmə) məruz qalırlar. Radioaktiv maddələrlə zəhərli sahələrdə adamların uzun müddət mühafizəsiz qalması şüa xəstəliyi törədə biləcək şüalanmaya səbəb olur. Radioaktiv maddələrdən mühafizə üçün sığınacaqlardan, radiasiya əleyhinə daldalanacaqlardan, fərdi mühafizə vasitələrindən istifadə olunur.