Parça məmulatlarını Sodanın zəif məhlulu qaynatmaqla deqazasiya zamanı işlədir.Naşatır spirti zarın tipli zəhərli maddələri deqazasiya edir. İçərisinə fosgen, sinxlor və zarın tipli zəhərli maddələrin buxarları dolmuş otaqların deqarasiya etmək üçün oraya ammonyakın (naşatır spirti) sulu məhlulunu çiləyirlər.Ərazinin deqazasiyasından ötrü yerli təbii vasitələrdən gil, gilli torpaq , torf, əhəng, küldən istifadə edilir.
24) Nüfuzedici radiasiya, onun zədələyici təsiri
Kütləvi qırğın silahlarının ən güclüsü nüvə silahıdır. İlk dəfə 1945-ci ilin avqustun 6 və 9-daABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur. Nüvə partlayışının zədələyici amilləri - zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, yerinradioaktiv zəhərlənməsi və elektromaqnitimplulsu.