1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri



Yüklə 335,33 Kb.
səhifə42/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   38   39   40   41   42   43   44   45   ...   106
null

İşıq şüalanması – nüvə partlayışı zamanı meydana çıxan gözə görünən ultrabənövşəyi, infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur.İşıq şüalanması mühafizə olunmayan adamların bədənində müxtəlif dərəcəli yanıqlar əmələ gətirə bilər,gözləri kor edə bilər. İşıq şüalanması yaşayış məntəqələrində,meşələrdə kütləvi yanğınılar törədir.İşıq şüalanması nəticəsində yaranmış yanğınlar 3 zonaya bölünür:

1-cizona – uçqunlarda közərmə və tüstüləmə

2-ci zona – başdan-başa yanğınlar

3-cü zona – tək-tük yanğınlar

İşıq şüalanmasının zədələyici təsiri işıq impulsu ilə təyin edilir. Səthin hər sm2-nə düşən şüalanma enerjisinin miqdarı ilə xarakterizə olunur. Ölçü vahidi kalori/sm2 -dir. İşıq şüalanmasının əsas zədələyici təsiribədənin açıq hissələrində (əl, üz, boyun)və paltarla örtülü hissələrində yanıqlar şəklində meydana çıxır.Bu yanıqların dərəcəsi işıq impulsunun miqdarından asılı olur. Zədələnmənin ağırlığına görə yanıqların 4 dərəcəsi olur:

1ci dərəcəli – 80-160 kc/ Bu zaman bədənin dərisi qızarır və bir qədər şişir.

2ci dərəcəli- 160-400 kc/ Bu zaman dəridə suluqlar əmələ gəlir.

3cü dərcəli- 400-600 kc/ Bu halda bədənin dərisi,dərialtı toxumalar tamamilə ölgünləşir, ölüb cansızlaşır və yaralar əmələ gəlir.

4cü dərəcəli- 600 kc/ dən yuxarıişıq impulsu nəticəsində bütün dəri toxuması kömürləşir.

Yanğınların qarşısını almaq üçün həyata keçirilən profilaktik yanğından mühafizə tədbirlərinin də əhəmiyyəti böyükdür. Kölgə salan müxtəlif əşyalar işıq şüalanmasının qarşısını alır,lakin ən etibarlı mühafizə vasitəsi-sığınacaqlar və daldalanacaqlar sayılır, çünki onlar eyni zamanda digər zədələyici amillərdən də mühafizəni təmin edir. Yanıqlar zamanı yanıq yerlərinə məlhəmlərlə sarğı qoymaq ilk tibbi yardımdır.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin