16.Eynicinsli və müxtəlif cinsli qoşa samitli sözlerin tələffüzü.
Samitlərin yazılışına dair aşağıdakı qaydaların gözlənməsi də vacibdir:
⚫ birinci hecasındaki samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.
⚫ əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, metal, mühüm, proses, sərhəd, hüsnxət.
⚫ sonu-iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari və s.
⚫ rus dilində tərkibində u olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sirk, sement, lisey(vitse sözü istisnadır).
⚫ rus dilində tərkibində h olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin.
⚫ əsli h samitli alınma sözlər h ilə yazılır: hektar, himn, hospital, hotel. əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.
əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, general, geologiya, gigiyena, gimnastika, gitara. Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı:
qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii,əmtəə. ⚫ təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd,
küll, rǝdd, sirr, fənn, xətt, haqq, hiss.
Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.
İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, klassik, operetta, nəqqaş, səyyar, kəmiyyət və s.
17. Samitərin karlaşması və cingiltiləşməsi ilə bağlı orfoepik qaydalar
3.1. Müasir Azərbaycan ədəbi dilində kar samitler cingiltili, cingiltili samitlər isə kar tələffüz oluna bilir.
3.2. Söz ortasında eynicinsli qoşa kar samitin (kk, pp, tt) və ya müxtəlifcinsli iki kar samitin (st, xt, sk, tk və s.) ikincisi cingiltili tələffüz olunur: səkkiz [sakgiz], təşəkkür [təşəkgür], guppultu [gupbultu], hoppanmaq [hopbammax], elbette [elbetde], xettat [xetdat], taxta [taxda], tüstü [tüsdü], usta [usda], kəskin [kesgin], ötkem [ötgem] və s.
3.3. Söz ortasında qq cingiltili samitinin birincisi kar tələffüz olunur: diqqat [dik'qat], müvəqqəti [müvək'qəti], saqqal [sak'qal], toqqa [tok'qa] və s.
3.4. Söz ortasında eynicinsli digər qoşa cingiltili (bb, cc, dd, II, mm, nn, rr, vv, yy, zz) və qoşa kar (ff, hh, ss, $$) samitlər yazıldığı kimi tələffüz olunur: addım [addım], amma [amma], banna [bǝnna], dəbbə [dabbe], gülle [gülle], qayyum [qəyyum], qülle [qülle], qüvvə [qüvve], lezzet [lezzet], meşşan [meşşan], meheccer [meheccer], mürəbbə [mürəbbe], ressam [ressam], sehhet [sehhet], seyyar [seyyar], şəffaf [şəffaf], terror [terror] ve s.
3.5. Söz ortasında kk ilə yazılan rus və Avropa mənşəli sözlər bir [k'] ilə tələffüz olunur: akkordeon [ak'ardeon], akkreditasiya [ak'reditasiya], akkumulyator [ak'umulyator] və s. 3.6. Ərəb mənşəli sözlərdə -iyyat, -iyyət, -iyyə şəkilçilərindəki yy samitləri [y] kimi tələffüz olunur: cəmiyyət [cəmiyǝt], davamiyyət [davamiyǝt], ədəbiyyat [ədəbiyat], fərziyyə [fərziyǝ], nəzəriyyə[nezeriye], riyaziyyat [riyaziyat] və s. 3.7. Söz ortasında yanaşı gələn müxtəlifcinsli kar samitlərin ikincisi əsasən, cingiltili tələffüz olunur: axtarış [axdarış], asfalt [asvalt], baxtiyar [bexdiyar], böhtan [böhdan], defter [defder], dəstə [dəsdə], kəşfiyyat [kaşviyat], məftil [mefdil], məxfi [mexvi], müştəri [müşdəri], püstə [püsdǝ], saxta [saxda], şaftalı [şafdali], taxta [taxda], təşkil [təşgil] və s.
Qeyd. Kar samitle biten sözlere qoşulan fars mənşəli -kar, -keş, -paz şəkilçiləri fars dilindəki leksik mənasını saxladığı üçün (kar "iş", keş"çəkən", paz "bişirən") yazıldığı kimi tələffüz olunur: sənətkar [sənətkar], zəhmətkeş [zəhmətkeş], aşpaz [aşpaz] və s.
Dostları ilə paylaş: |