1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Eyni və müxtəlif cinsli qoşa samitli sözlərin tələffüzü



Yüklə 108,01 Kb.
səhifə11/52
tarix24.01.2023
ölçüsü108,01 Kb.
#80382
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   52
orfoqrafiya və orfoepiya-1

12. Eyni və müxtəlif cinsli qoşa samitli sözlərin tələffüzü
Müasir Azərbaycan ədəbi dilində kar samitlər cingiltili, cingiltili samitlər isə kar tələffüz oluna bilir.
1) Söz ortasında eynicinsli qoşa kar samitin (kk, pp, tt) və ya müxtəlifcinsli iki kar samitin (st, xt, sk, tk və s.) ikincisi cingiltili tələffüz olunur: səkkiz [səkgiz], təşəkkür [təşəkgür], guppultu [gupbultu], hoppanmaq [hopbammax],
2) Söz ortasında qq cingiltili samitinin birincisi kar tələffüz olunur: diqqət [dik'qət], müvəqqəti [müvək'qəti],
3) Söz ortasında eynicinsli digər qoşa cingiltili (bb, cc, dd, ll, mm, nn, rr, vv, yy, zz) və qoşa kar (ff, hh, ss, şş) samitlər yazıldığı kimi tələffüz olunur: addım [addım], amma [amma], bənna [bənna], dəbbə [dəbbə], güllə [güllə], qəyyum [qəyyum],
4) Söz ortasında kk ilə yazılan rus və Avropa mənşəli sözlər bir [k'] ilə tələffüz olunur: akkordeon [ak'ardeon], akkreditasiya [ak'reditasiya],
5). Ərəb mənşəli sözlərdə -iyyat, -iyyət, -iyyə şəkilçilərindəki yy samitləri [y] kimi tələffüz olunur: cəmiyyət [cəmiyət], ədəbiyyat [ədəbiyat]
6). Söz ortasında yanaşı gələn müxtəlifcinsli kar samitlərin ikincisi əsasən, cingiltili tələffüz olunur: axtarış [axdarış], asfalt [asvalt], bəxtiyar [bəxdiyar]
7) Söz ortasında b, m samitlərindən əvvəl gələn n hərfi [m] kimi
tələffüz olunur: dinməz [dimməz], günbəz [gümbəz], sönməz [sömməz], sünbül [sümbül],
Sonu müxtəlifcinsli ft, xt, st, şt samitləri ilə bitən sözlərin tələffüzündə aşağıdakı qaydalar gözlənilir:
.1. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi tələffüz olunmur: behiştdən [behişdən], behişt müjdəsi [behiş müjdəsi], xoşbəxtsən [xoşbəxsən], xoşbəxt tale [xoşbəx tale],və s.;
2. belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi [d] kimi tələffüz olunur: behiştin [behişdin] behişt arzusu [behişd arzusu], xoşbəxtin [xoşbəxdin], xoşbəxt adam [xoşbəxd adam],
3. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə də son samit kar tələffüz olunur: ağacdan [ağaçdan]
4 belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, q samiti [x] kimi tələffüz olunur: qonaqsan [qonaxsan],
5.. ərəb mənşəli alınma sözlərdə söz ortasında kar samitdən əvvəl işlənən q samiti [k′] kimi tələffüz olunur: iqtisad [ik′tisat],

Yüklə 108,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin