1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Orfoepiyanın fonetika ilə inteqrativ tədrisi



Yüklə 108,01 Kb.
səhifə8/52
tarix24.01.2023
ölçüsü108,01 Kb.
#80382
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   52
orfoqrafiya və orfoepiya-1

9. Orfoepiyanın fonetika ilə inteqrativ tədrisi
Nitqin ən kiçik vahidi səslərdir. İnsanlar arasında ən vacib ünsiyyət vasitəsi olan dil öz vəzifəsini-kommunikativ rolunu, danışıq səsləri vasitəsi ilə yerinə yetirir.Təkcə bu hal dilin varlığı və fəaliyyət göstərməsi üçün fonetikanın nə qədər böyük əhəmiyyətə malik olduğunu aydın göstərir .Dil ünsiyyət vasitəsi olmaq vəzifəsini iki şəkildə: şifahi və yazılı dil vasitəsi ilə icra edir. Dilin bu iki forması bir-biri ilə sıx bağlıdır.
Səslər və hərflər fonetikanın əsas mövzularından biridir. Məhz fonetikanın tədrisi ilə bağlı şagirdlər səs və hərf anlayışlarını anlamağa başlayırlar. Səs və hərf arasındakı münasibətlərin öyrənilməsi isə bilavasitə orfoqrafiya və orfoepiya ilə bağlıdır
Orfoqrafiya-sözlərin düzgün yazılışını öyrənən, elm(linqvistika) sahəsidir..Orfoepiya isə sözlərin dazgün tələffaz qaydalarını öyrənən elm sahəsidir.
Şagirdlərdə orfoepik vərdişlərin formalaşdırılmasında fonetik biliklərdən istifadə olunmalıdır. Bu biliklərə aşağıdakılar aid etmək olar.
-sonu samitlə bitən sözlərə (isimlərə: qanad, bulud, kənd və s.) saitin əlavə edilməsi və necə deyilişinin izahı;
-tələffüzü və yazılışı arasında fərq olan sözlərin (söyüt-söyüd, bulut-bulud, dəfdər-dəftər, taxda-taxta, bosdan-bostan və s.) qarşı-qarşıya yazılaraq tutuşdurulması, dəyişən samitin altından xətt çəkilməsi, tələffüzünün aydınlaşdırılması;
-isimlərdə (palı.., sü.., qali.., uşa..lar, ota..ı, balı..a və s.) nöqtələrin yerinə uyğun gələn samitin (t-d, p-b, q-ğ) artırılaraq "Belə deyilir", "Belə yazılır" başlıqları altında qruplaşdırılması;
-isimlərin (dəstə, usta və s.) yazılışına əsasən tələffüzünün şagirdlər tərəfindən müəyyənləşdirilməsi və s.
I sinifdə iki funksiyalı incə və qalın tələffüzlü k səsinin tədrisi çətinlik törədir. Birinci variantda (incə tələffüzdə) k səsi kitab, kəpənək, küçə, kəklik, kələm və s. sözlərdə olduğu kimi çıxış edir. İkinci variantda (qalın tələffüzdə) isə k səsi kartof, kombayn, traktor və s. sözlərdəki kimi tələffüz olunur. Müəllim k səsinin hər iki funksiyasını başa salmaq üçün öz nitqi, maqnitofon lentləri, diktorların çıxışlarının dinlənilməsi və s. üzrə şagirdlərə tələffüz nümunələri verdi. Bu zaman səhv tələffüzlə düzgün tələffüzün müqayisə edilməsinə üstünlük verildi.

Yüklə 108,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin