10 Orfoepik qaydalar və onların tətbiqi prinsipləri metodikası. Orfoepik qaydaların müəyyənləşdirilməsində aşağıdakı prinsiplər əsas götürülür: fonetik prinsip, morfoloji prinsip, qrafik prinsip, mənbə dilin tələffüz qaydalarına əməl etmək. 1.Fonetik prinsip. Bu prinsipa görə orfoepik qaydalar ümumxalq dilinə tamamilə uyğun olmalı, onun tələblərinə cavab verməlidir. Söz və qrammatik formaların əksəriyyət tərəfindən işlədilən tələffüz şəkli orfoepiyada norma kimi əsas götürülür. Məsələn; felin sərt şəklinin hekayəsi I şəxsin təkində bir neçə variantda tələffüz olunur: görsəydim, görsöydüm, görseydim. Axırıncı deyiliş tərzindən daha geniş istifadə olunduğundan "görseydim" tələffüz şəkli orfoepiya baxımından məqbul sayılır və norma kimi qəbul edilir. 2.Morfoloji prinsip. Bu prinsipin tələbinə görə canlı danışıqda (xüsusən dialektlərdə) bir neçə formada işlədilən tələffüz variantlarından biri orfoepik norma baxımından məqbul sayılır. Məs.; ev, ǝv, öy; dǝyil, döyül, degil, deyil; alıram, alıyam, aleram, ala varam kimi tələffüz şəkillərindən deyil, ev, alıram düzgün sayılır və orfoepik norma kimi qəbul edilir. 3. Qrafik prinsip. Bu prinsipa görə dildə sözün iki tələffüz şəklindən daha tipik olanı - orfoqrafiyada işlədilən forması orfoepiyada əsas götürülür. Məs: darvaza-dərvaza, xalça-xəlçə, pencək-pəncək. 4. Mənbə dilin tələffüz qaydalarına əməl etmək. Alınmaların (rus dili və başqa dillərdən alınan sözlərin) müəyyən bir qismi dilimizin fonetik təbiətinə uyğun şəkildə tələffüz olunur. Onların digər bir hissəsinin tələffüzündə isə alındığı dilin orfoepik normaları əsas götürülür.Orfoepik qaydalar: Tələffüz zamanı səslərin bir-birinə təsiri, bu səbəbdən səslə hərf, yazı ilə deyiliş arasında yaranan fərqli cəhətlər, əsasən, üç fonetik məqamla bağlı olur: 1) Sözün daxilində baş verən fonetik dəyişmə. Bu özünü aşağıdakı formalarda göstərir: a) bir səsin yanaşı gələn digər səsə təsiri nəticəsində həmin səslərdən birinin öz hərfi işarəsindən fərqli tələffüz olunması. Məsələn, yazılır - sünbül, mənbə, dəftər, nöqtə, səkkiz, məftil, avtobus, Səttar. deyilir - sümbül, məfdil, səkgiz, aftobus, Sǝtdar. b) müəyyən bir səs tələffüz olunmur. Bu hal qoşasaitli və samitli sözlərin deyilişində Məsələn, yazılır sünbül, mənbə, dəftər, nöqtə, səkkiz, məftil, avtobus, Səttar. deyilir sümbül, məmbə, dəfdər, məfdil, nöktə, sǝkgiz, aftobus, Sǝtdar. b) müəyyən bir səs tələffüz olunmur. Bu hal qoşasaitli və samitli sözlərin deyilişində özünü göstərir. Məsələn, yazılır-müəllim, müasir, attestat, qrammatika, keyfiyyət. deyilir m(a)llim, m(a)sir, a(t)estat, qra(m) atika, keyfi(y)ǝt. c) tələffüz olunan səsin hərfi işarəsi olmur. Məsələn, ailə - a(y)ilə, dairə - da(y)irə, Nailə Na(y)ilə və s. 2) Söz sonunda səsin tələffüzü. Bu aşağıdakı şəkillərdə müşahidə olunur: a) sözün son səsi şəkilçinin ilk səsinin təsiri ilə dəyişilib başqasına keçir. Mas.; növbətçi [nö: bəçi]- s. b) şəkilçinin ilk səsi sözün son səsinin təsiri ilə dəyişib başqa səslə tələffüz olunur. Məsələn, məndən - mən[n]ǝn, Salmandan - Salman[n]an, qarlı qar[r]ı, 3) Söz birləşmələrində ikinci sözün ilk səsinin təsiri ilə birinci sözün son səsi dəyişilərək tələffüz olunur, bəzi hallarda tələffüzdən düşür. Məsələn, palid kötüyü - pali[t] kötüyü, uşaq kitabxanası - uşa[x] kitabxanası.