8)Orfoepik çalışmaların təşkili.
Orfoepiya yunan sözü olub mənası orthos-düzgün, doğru, eqos isa nitq deməkdir. Orfoepiya sözünün mənası düzgün, doğru tələffüz deməkdir. Azərbaycan dilinin orfoepiyası dilimizin səs sisteminə uyğun olaraq, şifahi adabi dilimizdə öz yerini tutmuş tələffüz qaydalarıdır. Orfoepiya ümumilikdə vahid tələffüz qaydalarını təşkil etdiyi üçün bir dildə danışan hər bir insan bu qaydalar vasitəsilə bir-birini tez və asan başa düşə bilər. Ədəbi dilin normaları universaldır və ünsiyyətdə tənzimləyici kimi çıxış edir. Orfoepiya normaları ədəbi dilin strukturu ilə bağlıdır. Bu norma ədəbi dilimizə daxil olan bütün sözlərin nitqdə düzgün tələffüzünü təmin edir.
İlk dəfə olaraq Azərbaycan dilinin orfoepiya normaları 21 iyun 2021-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Orfoepiya normaları şifahi nitqi tənzimləyir. Eyni sözün müxtəlif formalarda tələffüz olunmasına yol vermir. Bu normalar müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin, şəkilçilərin və ixtisarların düzgün tələffüzü qaydalarının müəyyən edilməsi və tətbiqi məqsədilə hazırlanıb. Müasir dövrdə tələffüzün əsasını Azərbaycan ziyalılarının danışığı təşkil edir. Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır. Tələffüz nümunəvi nitqin mühüm amilidir.
Orfoepiya məsələsi dil məsələsidir. Dilimizin yazılı və şifahi normaları arasında xüsusi fərqlərin olmasına baxmayaraq, yazılı dilin normalarını orfoepik normalardan ayrı təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, B.Çobanzadə 1920-ci illərdə orfoqrafiya məsələlərinin nizama salınmasında tələffüzün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Orfoepiyanın böyük ictimai əhəmiyyəti var. Orfoepiya ədəbi dilin şifahi qolunu formalaşdıran bir sistemdir. Hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi aydınlığı tələffüzün əsasını təşkil edir. Müasir dövrdə təhsilin kütləviləşməsi nəticəsində tələffüz normalarına xüsusi önəm verilir. Orfoepik normalar təlimdə dərsdə, mühazirə va konfranslarda, ekran, efir dilində sözün səlis tələffüzünü təmin edir. Ünsiyyət zamanı nitqin qavranılması üçün düzgün tələffüz əsasdır. Düzgün nitq ədəbi dilin normalarına uyğun bir nitqdir. Ədəbi tələffüz normalarına riayət edən şəxslərin nitqi kamil nitq mədəniyyətinin səviyyəsi isə yüksək olur. Şifahi nitqin inkişafı üçün orfoepiya normaları xüsusi əhəmiyyəti kəsb edir. Hər bir şagird fikrini necə şərh edirsə etsin, orfoepik normalara riayət etməlidir.
Orfoepiya üzrə işlər həm nəzəri, həm də praktik istiqamətdə aparılır. Orfoepik rejim və onun təşkilində müəllimin orfoepiya üzrə nəzəri və praktik hazırlığının olması əsas şərtdir. Orfoepik rejim və onun təşkili yolları:
• Müəllimin düzgün nitq nümunəsi(şagirdlər orfoepik normalarıimitasiya-yamsılama ilə mənimsəyirlər); Şagirdlərin düzgün tələffüzə şüurlu münasibət bəsləmələri;
Nitqin səs mədəniyyəti üzrə işin təşkili(sait və samitlərin düzgün tələffüzü);
Bəzi qrammatik formaların(şəkilçilərin) düzgün tələffüzü üzrə işin təşkili;
Bəzi sözlərin düzgün tələffüzü üzrə işin təşkili; Dərslərdə yanlış tələffüzlə düzgün tələffüzün müqayisə edilməsi; .Oxu dərslərində tələffüz nöqsanlarnın hesaba alınması və islahi
Orfoepik cədvəllərin hazırlanması və sinif otağından asılması;
Xüsusi çalışmaların təşkili, orfoepik təhlilin aparılması;
Fəal təlim üsullarından istifadə;
Məktəb kollektivinin düzgün nitqa əməl edilməsi;
Sinifdənkənar tədbirlərdə düzgün nitqa nəzarətin təşkili;
Məktəbdənkənar tədbirlərdə düzgün nitqa diqqət yetirilməsi;
• Ailədə düzgün tələffüzün gözlənilməsi, valideynlərə tövsiyələrin verilməsi;
• Radio, televizor verlişlərinin, teatr tamaşalarının müzakirəsi;
Söz ustalarının məktəbə dəvət olunması; Söz ustalarının lent yazılarından istifadə edilməsi;
Şagirdlərin öz nitqləri üzərində müşahidələrinin təşkili;
Müxtəlif bədii parçaların oxunması, ifadəliliyə əməl edilməsi;
Şagirdlərin müxtəlif tədbirlərdə çıxış etməsi və s
Dostları ilə paylaş: |