Klaster(şaxələndirmə) “Klaster” (şaxələndirmə) – klaster hər hansı bir mövzunun açılmasına, şagirdlərin bu mövzu ətrafında geniş, sərbəst düşünməsinə şərait yaradan üsuldur. Bu üsulun tətbiqi zamanı fikirdən fikir, mövzudan mövzu yaranır.
“İdeyalar xalısı” – bu üsul çətin problemlərin həll edilməsinə kömək göstərir və bir neçə mərhələdən ibarətdir:
I mərhələ - problem qoyulur (müəllim problemi bir gün əvvəl və ya dərsin əvvəlində elan edir)
II mərhələ - problemin səbəbləri müəyyən edilir (nəyə görə belə bir problem mövcuddur?)
III mərhələ - problemin həlli yolları müəyyən edilir (bu problemi həll etmək üçün nə etmək lazımdır?)
“Qar topası “üsulu- bu üsul hər bir şagirdə ümumi işə öz töhvəsini vermək imkanı yaradır. O şagirdlərə öyrənilən mövzu ilə bağlı öz baxışlarını formalaşdırmağı, onu söyləməyi və müdafiə etməyi, birgə qərar qəbul etməyi, güzəştə getməyi öyrədir.
Üsul bir neçə mərhələdən ibarətdir:
I mərhələ. Şagirdlərin fərdi işi.
II mərhələ. Qruplarda iş.
III mərhələ. Ümumiləşdirmə və qərarın hazırlanmasında bütün sinfin iştirak etməsi.
“Layihələrin hazırlanması” – bu üsul şagirdlərin tədqiqatçılıq bacarığının inkişaf etdirilməsi üçün vacibdir. Müəllim hər hansı bir mövzunu və ya problemi müəyyən edir və şagirdə layihə hazırlamağı tapşırır
“İki hissəli gündəlik strategiyası”- bu üsulun tətbiqi zamanı sinfi cütlərə ayırırlar. Hər bir şagirdə tapşırırlar ki, “ Azərbaycan necədir?” mövzusuna aid fikirlərini qısa şəkildə qeyd etsinlər. Hər iki yoldaş yazıb qurtardıqdan sonra fikirlərini bir-biri ilə bölüşürlər. Bütün siniflə müzakirə aparmaq üçün müəllim bir şagirdi qaldırır, öz fikirlərini soruşur və digər şagirdlər də deyilənlərə əlavələr edə bilərlər. Sonra şagirdlərə S.Vurğunun “Azərbaycan” şeirini oxumağı tapşırırıq, şeiri oxuduqca onlar iki hissəli gündəliyə öz qeydlərini etməlidir.
İki hissəli gündəliyi hazırlamaq üçün şagirdlər ağ vərəqi şaquli xətlə iki yerə ayırırlar və onun sağ və sol tərəflərində aşağıdakı kimi qeydlər edirlər:
Şagirdlər şeiri oxuyub iki hissəli gündəlikdə qeyd edirlər. Sonra müzakirəni bütün siniflə aparmaq lazımdır. Müzakirədən sonra müəllim şagirdlərdən xahiş edir ki, 10 dəqiqə ərzində “Azərbaycan” mövzusuna aid düşüncələrini yazsınlar. ( Bu üsul 10 dəqiqəlik ESSE adlanır.)
“İşgüzar səs-küy”- bu üsul müəllimin şifahi şərhindən sonra tətbiq edilir. Bu zaman şagirdlər 2-3 nəfərlik qruplara bölünürlər. Müəllimin təklif etdiyi mövzular üzrə 4-5dəqiqə ərzində qruplar üzrə işgüzar müzakirələr gedir. Sonra isə təkliflər, nəticələr əsasında bütün sinif üzrə fikir mübadiləsi aparılır. Bu isə mövzunun aydın, düzgün dərk edilməsinə kömək edir.