26. Orfoepiya təlimində istifadə edilən iş növləri və vasitələr Orfoepiya və intonasiya üzrə vərdişlərin formalaşdırılması üçün ibtidai siniflərdə müxtəlif iş üsullarından istifadə olunur;
düzgün nitqi yamsılama (şagirdlərin düzgün nitq nümunələrini dinləmələri və yamsılamaları-imitasiya);
səsin tələffüz məxrəcinin izah olunması(ağızın, dodaqların vəziyyətini göstərməklə artikulyasiyanın başa salınması);
sözün hecalara ayrılması və hecalarla tələffüz üzrə məşq edilməsi;
oxu prosesində intonasiya; durğu, fasilə, teatr, sürət və s. komponentlərə əməl olunması;
didaktik oyun – çalışmalardan istifadə olunması;
atalar sözü, tapmaca, yanıltmac və saymacalar vasitəsilə düzgün tələffüz qaydalarının yaradılmasına çalışmaq və s.
İbtidai siniflərdə ədəbi tələffüz vərdişlərinin aşılanmasında qeyd olunan iş növlərinin hər birinin müəyyən rolu vardır.
27 . Orfoepiya təlimində fəal təlim üsullarından istifadə. Düzgün tələffüz üzrə iş apararkən fəal/İnteraktiv təlim üsullarından istifadə xüsusilə əhəmiyyətlidir.
Fəal/interaktiv təlimin müxtəlif üsulları vardır: klaster(şaxələndirmə); söz assosiasiyaları, beşliklər; kublaşdırma;konseptual cədvəl; T-sxemlər; Venn diaqramı; əqli hücum; insert; rollu oyunlar; diskussiya; tədqiqatçılıq metodu; debat, BİBÖ, anlayışın çıxarılması, qar topası, akvarium, auksion, morfoloji qutu, sinektika, kolba, iki hissəli gündəlik, ideyalar xalısı, qərarlar ağacı və s.