İbtidai siniflərdə ədəbi tələffüz vərdişlərinin aşılanmasında qeyd olunan iş növlərinin hər birinin müəyyən rolu vardır.
Düzgün tələffüz üzrə iş apararkən fəal/İnteraktiv təlim üsullarından istifadə xüsusilə əhəmiyyətlidir.
Müəllim dərsə hazırlaşarkən iş üsullarını elə seçməlidir ki, bunlar şagirdlərin idrak marağını artırsın, onları motivasiyaya sövq etsin, düşündürsün. Ən əsası isə bu iş üsulları şagirdləri yeni axtarışlara aparsın, onlarda tədqiqatçılıq meyillərini gücləndirsin və yeni biliklər əldə etməyə kömək etsin.
Fəal/interaktiv təlimin müxtəlif üsulları vardır: klaster(şaxələndirmə); söz assosiasiyaları, beşliklər; kublaşdırma;konseptual cədvəl; T-sxemlər; Venn diaqramı; əqli hücum; insert; rollu oyunlar; diskussiya; tədqiqatçılıq metodu; debat, BİBÖ, anlayışın çıxarılması, qar topası, akvarium, auksion, morfoloji qutu, sinektika, kolba, iki hissəli gündəlik, ideyalar xalısı, qərarlar ağacı və s. Klaster(şaxələndirmə). “Klaster” (şaxələndirmə) – klaster hər hansı bir mövzunun açılmasına, şagirdlərin bu mövzu ətrafında geniş, sərbəst düşünməsinə şərait yaradan üsuldur. Bu üsulun tətbiqi zamanı fikirdən fikir, mövzudan mövzu yaranır.
“Beyin həmləsi” (Əqli hücum) – sürətli informasiya axını və şagirdlərin fəallığının artırılması üçün tətbiq olunur. Bu üsul problemin həlli və ya hər hansı suala cavab tapmaq üçün də istifadə oluna bilər.
“Söz assosiasiyaları” – bu üsuldan həm mövzunun öyrənilməsinin əvvəlində, həm də sonunda istifadə etmək olar. Bunu aşağıdakı kimi tətbiq etmək olar:
Öyrənilən mövzu ilə bağlı başlıca söz lövhəyə yazılır;
Dərsin axırında tapşırılır ki, hər bir şagird mövzu ilə bağlı düşündüyünü və ya nə hiss etdiyini bir sözlə ifadə etsin. Sonra bu sözlərin siyahısı tərtib edilir.
“Diskussiya” (Müzakirə) – diskussiya həm müəllim, həm də şagirdlər üçün əhəmiyyətli üsuldur. Diskussiya prosesində şagirdlər məsələyə münasibət bildirməyi, onları faktlara əsaslanmaqla təhlil etməyi öyrənirlər.
“Debatlar” – üçüncü tərəfin irəli sürdüyü dəlillərlə digər iki tərəfi inandırmaq prosesidir. Debatlar insanların yox, ideyaların, fikirlərin toqquşmasıdır və problemlərin yeganə həlli irəli sürülən dəlillərdir. Bu zaman mövzuya dair məlumat toplanır və qrupdan bir nəfər bu məlumatları qeydə
“Akvarium”- diskussiya vərdişlərini inkişaf etdirmək üçün tətbiq edilən üsuldur. Burada şagirdlər iki qrupa ayrılaraq bir-birinin daxilində olan iki dairə yaradırlar. Daxili dairə qoyulan problemi müzakirə edir, xarici dairə isə onların diskussiyanı düzgün aparmağını müşahidə edirlər. Sonra qruplar yerlərini dəyişir və problemin həlli üzrə aparılan işlər davam etdirilir.
“Mühazirə”- şagirdlər lazımi informasiyanı tapmağa çətinlik çəkdikləri zaman istifadə oluna bilər. Mühazirə zamanı müəllim yalnız dərslikdəki material ilə kifayətlənməməli şagirdləri daha əlavə materiallarla silahlandırmalıdır.
“Təqdimat” (prezentasiya)- şagirdlərin tədqiqat fəaliyyətinin nəticələrinin təqdim edilməsidir. Təqdimat şifahi, yazılı, vizual, rollu və s. formalarda ola bilər. Şagirdlər təqdimatı fərdi və ya qrup şəklində edə bilərlər.
BİBÖ (KWL)- bu hərflərin tam açılışı aşağıdakı mənanı verir: