22) Orfoepik rejim, onun təşkili yolları Orfoqrafik qaydaların öyrədilməsində iki mühüm mərhələ var:
Qaydanın öyrədilməsi, yaddaşda möhkəmləndirilməsi və avtomatlaşdırma üçün təmrinlər.
Qaydaların öyrədilməsi və başa salınması, şüurlu mənimsədilməsi üçün əyani vasitələrin əhəmiyyəti böyükdür. Müxtəlif çalışmalar, rabitəli və rabitəsiz mətnlər üzərində iş aparmaqla şagirdlər həmin qaydaları yazılarına tətbiq edirlər. Daha sonra öyrədici və yoxlayıcı yazıların aparılmasına başlanır. Həmin yazı işləri yoxlanılır, qiymətləndirilir, buraxılan səhvlər üzərində işlər gedir.
Orfoqrafik vərdişlərin yaradılmasının əsası I siniflərdə qoyulur. Orfoqrafiya təlimində aşağıdakı iş növlərindən istifadə olunur:
üzündənköçürmə yazılar;imlalar;fonetik-orfoqrafik çalışmalar; leksik- orfoqrafik çalışmalar;grammmatik-orfoqrafik çalışmalar;orfoqrafik təhlil;orfoqrafiya lüğətinin tərtibi;ifadə;inşa.
Ibtidai siniflərdə yazı qaydaları, əsasən, görmə qavrayışının köməyi ilə öyrədilir. Şagirdlər üzündənköçürmə prosesində sözün səs-hərf tərkibini fikrǝn tahlil edə-edə yazırlar.
Orfoepiya üzrə biliklərə saitlərin, samitlərin,şəkilçilərin,ixtisar və qısaltmalarin, vurğunun düzgün tələffüzünü aid etmək olar. Saitlərin düzgün tələffüz qaydaları belədir:
Ərəb və fars dillərindən bir çox alınma sözlərdə a, e, ǝ, i, o, u
Saitləri uzun tələffüz olunur və bu hala, əsasən aşağıda göstərilən açıq hecalarda rast gəlinir: 1. ərəb və fars mənşəli bəzi sözlərin a, u, i saitləri ilə bitən açıq hecalarında
uzanma baş verir: adil [a:dil], mübariz [müba:riz] və s.
2.ǝrǝb mənşəli bir çox sözlərdə e, ǝ, ö saitləri mənbə dilin təsirinin nəticəsi
olaraq açıq hecada və əsasən, ilk hecada uzun tələffüz olunur: elan [e:lan], etibar[e:tibar], ǝla [ə:la] və s.
ǝrǝb və fars mənşəli sözlərdə ba-, bi-, la-, na- ön şəkilçilərində saitlər uzun tələffüz olunur: baməzə [ba:məzə], bitərəf [bi:tərəf], lamǝkan [la:mǝkan]
• Tərkibində eynicinsli qoşa saitlər olan ərəb mənşəli sözlər bir uzun saitlə tələffüz olunur: bədii [bədi:], camaat [cama:t],
Avropa mənşəli sözlərdəki qoşa o saiti bir uzun [o:] və ya a adi [a] səsi ilə tələffüz olunur: kooperativ [k'aperativ], koordinasiya [k'ardinasiya], zoologiya [zo:logiya]və s.
Müxtəlifcinsli qoşa saitlər aşağıdakı qaydada tələffüz olunur:
1. ai, ia, iǝ, ǝi, io yanaşı saitlərinin işləndiyi alınma sözlərin tələffüzü zamanı həmin saitlərin arasına [y] səsi artırılır: ailə [a:yilə], dairə [da:yirǝ], vəsait [vǝsa:yit]
2. aǝ yanaşı saitlərinin işləndiyi sözlərdə a səsi uzun tələffüz olunur: bəraət [bǝra:ǝt], itaǝt [ita:ǝt] və s.;
3. ae, ea, əa, aə, eo, üa, üǝ, au, ua, ue, uə yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur: aerodrom aeroport [aeroport], okean [okean] və s.•Tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun].
Qeyd;dovşan[dovşan],dovğa[dovğa]
Samitlərin tələffüzü:
• Söz ortasında eynicinsli digər qoşa cingiltili və qoşa kar samitlər yazıldığı
Kimi tələffüz olunur: addım [addım], amma [amma].
•Söz ortasında kk ilə yazılan rus və Avropa mənşəli sözlər bir [k'] ilə tələffüz
olunur: akkordeon [ak'ardeon].
Ərəb mənşəli sözlərdə -iyyat, -iyyət, -iyyə şəkilçilərindəki yy samitləri [y] kimi tələffüz olunur: cəmiyyət [cəmiyət], riyaziyyat [riyaziyat] və s.
• Söz ortasında yanaşı gələn müxtəlifcinsli kar samitlərin İkincisi əsasən, cingiltili tələffüz olunur: axtarış [axdarış].
Söz ortasında b, m samitlərindən əvvəl gələn n hərfi [m] kimi
Tələffüz olunur: dinməz [dimmǝz], günbəz (gümbəz], sönməz [sömmǝz]. Sünbül [sümbül], şənbə [şəmbə], zanbaq [zambax] və s.
•Sonu müxtəlifcinsli ft, xt, st, şt samitləri ilə bitən sözlərin tələffüzündə
aşağıdakı qaydalar gözlənilir.
1.elə sözlərdən sonra samitlə başlayan və ya söz işləndikdə, t hərfi tələffüz olunmur: behiştdən [behişdən], behişt müjdəsi [behiş müjdəsi]
2. belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi [d] kimi tələffüz olunur: behiştin [behişdin], xoşbəxtin [xoşbəxdin].