1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Orfoqrafik çalışmaların növləri



Yüklə 108,01 Kb.
səhifə51/52
tarix24.01.2023
ölçüsü108,01 Kb.
#80382
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   52
orfoqrafiya və orfoepiya-1

57. Orfoqrafik çalışmaların növləri
Orfoqrafik çalışmalar. Orfoqrafik çalışmalar orfoqrafik savadlılığın möhkəmləndirilməsi üçün istifadə olunur. Orfoqrafik çalışmaların müxtəlif növləri vardır:

  • sözlərdə buraxılmış orfoqramları yerinə yazmaq.

Məsələn: 1.Verilmiş parçanı dəftərinizə köçürün, büraxılmış hal şəkilçilərini yerinə yazın.
2. Mətni köçürün, büraxılmış şəxs şəkilçilərini yerinə yazın və s.
3. Mötərizədə verilmiş sözləri cümlənin tələbinə görə dəyişib yazın.
4. Cümlələri köçürün, mötərizədə verilmiş feilləri indiki zamanda işlədin.

  • Verilmiş orfoqramları işlətməklə cümlə qurmaq.

Məsələn, verilmiş sözləri ismin yiyəlik, yönlük, təsirlik halına salıb cümlələrdə işlədin (yaxşılıq, igidlik, köməklik).

  • Müəllim mətndən öyrəniləcək orfoqramlı sözləri ayırıb, şagirdlərin diqqətini bunların yazılışına yönətməlidir.

  • Verilmiş nümunələrə oxşar orfoqramlar işlənmiş sözlər yazıb, cümlədə işlətmək.

  • Öyrəniləcək orfoqrama uyğun nümunələr tapmaq.

  • Eyni köklü sözə şəkilçilər artırmaqla yeni söz əmələ gətirib, cümlədə işlətmək(dil-çi, dilçi-lik, dil-siz və s.).

  • Sözdə eynicinsli saitlərin bir-birini izləməsini misallarla göstərə bilmək.

  • Düzəltmə isim və sifətləri şəkilçilərin ifadə etdiyi mənaya görə bir-birindən fərqləndirmək(məktəbli, kəndli, ayliq, mərdlik, dadlı¸ gülməli və s.).

  • Verilmiş şəkilçilər vasitəsi ilə isimlərdən yeni isimlər, feillərdən düzəltmə isimlər, feillərdən düzəltmə sifətlər düzəltmək (dəmirçi, vətəndaş, baxış, görüş, göstəriş, aglagan, küsgün və s.).

Müəllim bu cür çalışmaların sayını və növünü artırmalıdır.
59.Yoxlama imla və onun aparılması
Bu imlanı aparmaqda məqsəd şagirdərin bu və digər mövzu üzrə öyrəndiklərini yoxlamaqdan iarətdir. Hər bir mövzu, bölmə keçildikdən sonra öyrənilənləri yoxlamaq məq­­sədi daşıyan bu imla növünün aparılması müəllimin fəa­li­y­yə­tinin göstəricisi kimi özünü göstərir.
Yoxlama imla mətni müəllim tərəfindən seçilib, təhlil olu­nur. Hansı sözlər üzrə lüğət işi aparılacağı müə­y­yən­ləş­di­ril­dik­dən sonra əlavə qrammatik tapşırıq müəyyənləşdirilir. Yoxlama im­­lanın mətni ədəbi tələffüz qaydalarına uyğun oxunmalıdır. Mətn bir dəfə oxunduqdan sonra müəllim lüğət üzrə iş aparır, yax­­şı olar ki, mətndə şagirdlərə tanış olmayan söz olmasın, iza­hı­­na ehtiyac duyulan sözlərin yazılış qaydası ötəri xatırlanır. Son­­ra mətn cümlə-cümlə oxunur. Cümlə qısadırsa, şagirdlər tez ya­­z­ırlar, cümlə geniş olarsa, müəllim onu həm bütöv, həm də bit­kin hissələrlə diktə edir. İmla yazılıb qurtardıqdan sonra bir da­ha oxunur, şagirdlər yazdıqlarını yoxlayır, səhvlərini düzəldirlər.
Yoxlama imladan kiçik və böyük summativ qiymətlən­dir­mə­də istifadə edilir.


Yüklə 108,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin