32. Stomatoloji xəstəliklər
1. ## 32.
Xronik qranulomatoz periodonditin forması deyil:
A)) qanqrenoz qranuloma
B) sadə qranuloma
C) mürəkkəb qranuloma
D) kistoqranuloma
E) fibroz qranuloma
2 . ## 32.
Epulisin əlamətlərini ayırd edin:
1. Parodontun şişəbənzər törəməsidir
2. Parodontun həqiqi şişidir
3. Alt çənənin diş ətində inkişaf edir
4. Göbələəbənzər formadadır
5. Hematogen metastazlar verir
6. Adətən hamilələrdə müşahidə edilir
7. Residivləşə bilir
8. Sürətlə böyüyür
9. Histoloji olaraq birləşdirici toxuma və damarlardan ibarətdir
10. Uşaq yaşlarda rast gəlinir
A)) 1,3,4,6,7,9
B) 2,3,5,8,9,10
C).1,3,4,6,7,9
D) 2,4,5,7,8,10
E) 1,3,4,5,7,9
3. ## 32.
Epulisin xarakter olmayan əlamətini ayırd edin:
A)) parodontun həqiqi şişidir
B) alt çənənin diş ətində inkişaf edir
C).göbələəbənzər formadadır
D) adətən hamilələrdə müşahidə edilir
E) residivləşə bilir
4. ## 32.
Aftoz stomatitə xas olmayan əlaməti göstərin:
A)) ağız boşluğu selikli qişasında çoxsaylı irinliklər
B) fibrinoz ekssudativ ərplə örtülmüş qirmızı rəngli haşiyə ilə örtülmüş eroziyalar
C) ağrılıdır
D) xronik və residivləşən gedişə malikdir
E) immun sistemin zəifləməsinin təzahürüdür
5. ## 32.
Deskvamativ qlossitə xas əlamət deyil:
A)) dil məməciklərinin uzanması və qalınlaşması
B) məməcik epitelinin atrofiyası
C) məməcik epitelinin ocaqlı regenerasiyası
D) “coğrafi dil” adlanır
E) parakeratoz
6. ## 32.
Xeruvizmə xas əlamətləri ayırd edin:
1. Ailəvi xarakter daşıyır
2. Uşaq yaşlarda meydana çıxır
3. Bütün kəllə sümüklərini əhatə edir
4. Adətən alt çənədə simmetrik olaraq hər iki bucağında müşahidə olunur
5. “Sümüklərin pecet xəstəliyi” də adlanır
6. Multisentrik kistoz xəstəlikdir
7. Sümük tirləri arası sahədə birləşdirici toxumanın miqdarı artır
8. Osteoklastların proliferasiyası üstünlük təşkil edir
9. Sifət oval şəkil alır
A)) 1,2,4,6,7,9
B) 1,3,5.6,8,9
C) 1,2,3,6,7,8
D) 2,4,5,7,8,9
E) 1,2,3,5,6.7
7. ## 32.
Xeruvizmə xas olmayan əlaməti ayırd edin:
A)) osteoklastların proliferasiyası üstünlük təşkil edir
B) adətən alt çənədə simmetrik olaraq hər iki bucağında müşahidə olunur
C) multisentrik kistoz xəstəlikdir
D) sümük tirləri arası sahədə birləşdirici toxumanın miqdarı artır
E) sifət girdə şəkil alır
8. ## 32.
Ameloblastomanın əlamətlərini ayırd edin:
1. epitelial odontogen xoşxassəli şişdir
2. hematogen metastazlar verir
3. invaziv böyüyür
4. adətən alt çənə bucaöında azı dişlər səviyyəsində lokalizə olunur
5. şiş hüceyrələrində atipizm və polimorfizm
6. odontogen karsinomadır
7. residiv verir
8. ətraf toxumalara keçə bilər
9. ləng inkişaf edir
10. sürətlə inkişaf edir
A)) 1,3,4,7,8,9
B) 2,3,5,6,8.10
C) 1,3,4,5,7,9
D) 2,4,5,6,8,10
E) 1,4,5,7,8,9
9. ## 32.
Ameloblastomaya xas olmayan əlaməti ayırd edin:
A)) şiş hüceyrələrində atipizm və polimorfizm
B) invaziv böyüyür
C) residiv verir
D) ətraf toxumalara keçə bilər
E) ləng inkişaf edir
10. ## 32.
Ağız suyu vəzilərinin reaktiv-distrofik xəstəlikləridir:
A)) sialoadenozlar
B) sialoadenitlər
C) sialolitiaz
D) sialodoxit
E) onkositoma
Dostları ilə paylaş: |