31. Prenatal və perinatal patologiyalar
1.## 31.
Xromosom xəstəliklərinə aid olmayan patologiyanı göstərin:
A)) talassemiya xəstəliyi
B) Patau sindromu
C) Klaynfelter sindromu
D) Daun sindromu
E) Terner sindromu
2. ## 31
Mekkel divertikuluna xas əlamət deyil:
A)) çənbər bağırsağın anadangəlmə inkişaf qüsurudur
B) qalça bağırsağın anadangəlmə inkişaf qüsurudur
C) əhalinin 2%-də rast gəlinir
D) əsasən kişilərdə müşahidə olunur
E) göbək-müsariqə axacağının bağlanmaması
3. ## 31.
Lutambaşe sindromuna xas olmayan əlamət:
A)) sol mədəciyin hipertrofiyası
B) qulaqcıqlararası oval pəncərənin açıq qalması
C) sol atrio-ventrikulyal dəliyin stenozu
D) sol mədəciyin həcminin kiçilməsi
E) sağ mədəciyin hipertrofiyası
4. ## 31.
Hirşprunq xəstəliyinin səciyyəvi əlaməti deyil:
A)) dolixokolon adlanır
B) meqakolon adlanır
C) S-ə bənzər və düz bağırsaq divarında Auerbax sinir kələfinin ageneziyası
D) bağırsaq keçməməzliyi
E) yoğun bağırsağın kompensator hipertrofiyası
5. ## 31.
Ölüdoğulmaya xas olmayan əlaməti göstərin:
A)) bağırsaqların çox havalılığı
B) bağırsaqlarda mekoniumun olması
C) havanın mədədən o tərəfə keçməməsi
D) ağciyərlərin havasız olması
E) dəridə masserasiya sahələri
6. ## 31.
Yetişməmiş dölü xarakterizə edən əlamətləri ayırd edin:
1. Dölün uzunluğunun 48 sm və çəkisinin 2500 qr-dan az olması
2. Dərudə yağlı pendirəbənzər yaxmanın olmaması
3. Qulaq seyvanı və burun qığırdaqlarının yumşaq olması
4. Çiyin və kürək nahiyəsində uzun və narın tüklər
5. Kəllə sümükləri arasında tikişlərin bağlanması
6. Dırnaqlqrın dırnaq yatağını tam örtməməsi
7. Oğlan uşaqlarının xayaların enməməsi
8. Qız uşaqlarında böyük cinsiyyət dodaqlarının örtülməməsi
9. Dölyanı sularda mekoniumun olması
10. Adətən bud sümüyünün distal epifizində sümükləşmə nüvəsinin olmaması
A)) 1,3,4,6,7,8,10
B) 1,2,4,6,8,9,10
C) 2,3,4,5,7,8,9
D) 1,2,5,6,7,9,10
E) 2,4,5,7,8,9,10
7. ## 31.
Yenidoğulmuşun hemolitik xəstəliyinin əlamətlərini ayırd edin:
1. Ana rezus-müsbət, döl rezus-mənfi olduqda baş verir
2. Ana rezus-mənfi, döl rezus-müsbət olduqda baş verir
3. Döldə massiv damardaxili hemoliz baş verir
4. Yerli hemosideroz müşahidə olunur
5. Əsasında immun konflikt mexanizmi durur
6. Orqanların ümumi hemosiderozu baş verir
7. Dəri və selikli qişalarda sərkilər əmələ gəlir
8. Hemolitik anemiya müşahidə edilir
9. Sarılıq əmələ gəlir
10. Melena və hematomezis müşahidə olunur
A)) 2,3,5,6,8,9
B) 1,3.4,5,7,10
C) 1,5,6,7,9,10
D) 2,3,4,5,8,10
E) 1,3,4,7,8,9
8. ## 31.
Yenidoğulmuşun hemolitik xəstəliyinə xas olmayan əlamətləri ayırd edin:
A)) melena və hematomezis müşahidə olunur
B) ana rezus-mənfi, döl rezus-müsbət olduqda baş verir
C) döldə massiv damardaxili hemoliz baş verir
D) əsasında immun konflikt mexanizmi durur
E) sarılıq əmələ gəlir
Dostları ilə paylaş: |