1. Pedaqogikanın mövzusu və vəzifələri



Yüklə 244,72 Kb.
səhifə4/14
tarix20.06.2023
ölçüsü244,72 Kb.
#132869
1   2   3   4   5   6   7   8   9   ...   14
Pedaqogika cavabları

I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs; [1]
1.0.2. adlı təqaüd - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd;
1.0.3. adyunktura - hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi kadrların hazırlanması forması; [2]
1.0.4. akademiya - müəyyən sahə üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi; [3]
1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru;
1.0.6. attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi proseduru; [4]
1.0.6-1. Sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru; [5]
1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi;
1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;
1.0.8-1. beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır).
1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması;
1.0.10. dissertasiya - müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat işi;
1.0.11. dissertant - dissertasiya işini yerinə yetirən şəxs;
1.0.12. doktorant - doktoranturada təhsil alan şəxs;
1.0.13. doktorantura - ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı forması;
1.0.14. dosent - ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə;
1.0.15. elmlər doktoru - elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə;
1.0.16. evdə təhsil - müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması;
1.0.17. əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil;

45. Müəllimin şərhi üsulu --- müəyyən faktı, hadisəni, anlayış və qanunauyğunluğu şifahi şəkildə şagirdlərə çatdırmaq metodudur. Bu metod az vaxtda daha çox informasiya verməyə imkan yaradır.


Müəllimin şərhi üç növdə olur: nəql, izah, məktəb mühazirəsi. Nəql müəyyən hadisəni canlı, obrazlı şəkildə danışmaqdır. İzah hər hansı anlayışı, qaydanı dəlil və sübutlarla başa salmaqdır. Məktəb mühazirəsi irihəcmli proqram materialını sistemli şəkildə çatdırmaqdır (daha çox yuxarı siniflərdə tətbiq olunur).
Müəllimin şərhi öz xarakterinə görə məlumatverici və problem şəklində olur. Məlumatverici şərh hazır informasiya verməyi nəzərdə tutur. Problem şərh isə şagirdləri düşündürməyə xidmət edir: bu zaman müəllim mövzu üzrə müəyyən problemlər irəli sürüb, ya özü, ya da şagirdlərin iştirakı ilə onları həll edir. Belə şərh şagirdləri fəallaşdırır, təlimə maraq oyadır.
Bəzən müəllim məlumatverici şərhdən qabaq problem vəziyyət (situasiya) yaradır. Məsələn, "Yayın qızmar çağında su buza çevrilərmi? Necə?". Bu hal mövzuya maraq yaradır.
Şərhin səmərəsi üçün müəyyən şərtləri gözləmək lazımdır:
- Şərhin məzmunu (müəllimin danışığı) elmi və sistemli olmalı, şagirdlərin yaşına və anlama səviyyəsinə müvafiq gəlməli, fikirlər aydın və anlaşıqlı olmalı, sübut edilməlidir, nəzəri biliklər həyatla əlaqələndirilməlidir;
- şərh zamanı müəllimin nitqi orta tempdə, dəyişkən tonda qurulmalı, canlı və emosional olmalıdır. Sürətli və yavaş tempdə deyilən fikirlər uşaqlara çatmır, monoton və quru, şərh isə yorucu olur;
- şərh zamanı müəllim mimika və jestlərdən yerli-yerində istifadə etməli, danışarkən var-gəl etməməlidir;
- şərh zamanı şagirdlərin fəallığı təmin edilməlidir (qeydlər aparmaq, izah etmək, suallara cavab tapmaq, müəllimə suallar vermək və s.).

46. Xalq pedaqojikasının mahiyyəti --Xalq pedaqogikası, təlim-tərbiyə sahəsindəki xalq müdrikliyi çox qədim tarixə malikdir. Hər bir etnosun etnik xüsusiyyətlərini qoruyub saxlamasında, təşkilatlanmasında, özünütənzimləmə və inkişafında xalqın tərbiyə sisteminin əvəz­edilməz rolu vardır. Ona görə də bu sistemin potensial imkanla­rının öyrənil­məsi, gənc nəslin təlim-tərbiyəsi işinin milli zəmində müvəffəqiyyətlə qurulması üçün etnopedaqoji tədqiqatların əhəmiyyəti getdikcə daha da artır.


Övlad böyüdülməsi və tərbiyə edilməsi işində xalq hikmə­tindən və təcrü­bə­sindən istifadənin əhəmiyyəti barədə fikirlər həmişə mövcud olmuşdur. İctimai fikir tariximizin görkəmli nümayəndə­lərindən Q.Təbrizinin, N.Gəncəvinin, M.Gəncə­vinin, F.Şirvaninin, Ə.Xaqaninin, İ.Nəsiminin, Ə.Bəhmənyarın, Fara­binin, Yusif Xas Hacibin, M.Kaşğarinin, M.Fü­zu­­linin, Ş.İ. Xəta­yinin, M.P.Va­qifin, A.Bakı­xa­novun, M.F.Axundovun, Q.Zaki­rin, S.Ə.Şirvaninin, H.Zər­da­binin, F.Köçərlinin, Y.V. Çəmənzə­min­linin və başqalarının əsərlə­rin­də xalq hikmətindən istifadəyə dair kifayət qədər misallar gətirmək olar. Böyük mütəfəkkirlər hüdudsuz xalq incilərindən, zəngin xalq təcrübəsindən məharətlə istifadə edərək insanın özünə, başqalarına, təbiət, cəmiyyət və təfəkkür hadisə­lərinə münasibət və nəcib əxlaqi keyfiyyətlər tərbiyəsi üçün qiymətli bədii sənət nümunələri yaratmışlar.
Xalq pedaqogikasına dair ilk elmi tədqiqatlara isə XIX əsrin 50-ci illərindən başlayaraq tarixi-etnoqrafik, elmi-nəzəri, psixoloji və pedaqoji nəşrlərdə rast gəlinir. Həmin vaxtdan bu günədək problemin sistemli elmi tədqiqi ilə çoxsaylı pedaqoqlar etnoqraflar, tarixçilər, sosioloqlar, təlim-tərbiyə sahəsində çalışan müxtəlif adamlar məşğul olmuşlar. Ümumiyyətlə götürdükdə, etnopedaqoji problemlərin tədqiqi tarixini üç dövrə bölmək olar:

  1. XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinə qədərki dövr.

  2. XX əsin əvvəllərindən 60-cı illərədək olan dövr.

  3. XX əsrin 70-ci illərindən bugünəqədərki dövr.


Yüklə 244,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin