1. Pedaqogikanın mövzusu və vəzifələri



Yüklə 244,72 Kb.
səhifə7/14
tarix20.06.2023
ölçüsü244,72 Kb.
#132869
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Pedaqogika cavabları

Təklif:
Belə ki, sinifdə bir ev tapşırığı güşəsi yaradarsınız. Həmin guşədə şagirdlərə verdiyiniz yaradıcı ev tapşırıqlarını yapışdıra bilərsiniz. Bu zaman onlara şərt qoya bilərsiniz ki, hər həftə və ya ay ərzində ən yaxşı, ən maraqlı (müvafiq meyarlarınıza uyğun) ev tapşırığı təqdimatını hazırlayan şagirdin tapşırığı həmin guşəyə asılacaqdır. Bunu sadəcə təklif nümunəsi kimi qeyd edirəm. Siz müxtəlif formalarda ev tapşırığını yoxlamanı təmin edə bilərsiniz.


56. Təlimdə yazılı nəzarət üsulları- Nəzarət bütöv təlim prosesinin əsas ünsürlərindən biridir. Bu metodlar qarşıya qoyulmuş məqsədin yerinə yetirilməsi vəziyyətini, şagirdlərin bilik və bacarıqlarının səviyyəsini, nöqsan və çətinlikləri aşkara çıxarmağa, səhvləri tapıb düzəltməyə, təlim fəaliyyətini tənzimləməyə xidmət edir.
Təlimdə nəzarət metodları çoxdur. Onları bir neçə qrupa bölmək olar: a) şifahi nəzarət metodları; b) yazılı nəzarət metodları; c) laborator və praktik nəzarət metodları; ç) maşınlı nəzarət metodları; d) özünənəzarət metodları. Bu metodlarla yanaşı, müəllim gündəlik müşahidə yolu ilə şagirdlərin təlimə münasibətini, fəallıq və səyini öyrənib nəzərə alır. Yazılı nəzarət metodlarına yoxlama yazı işləri (imla, ifadə, inşa, məsələ və misal həlli), test yoxlamaları, qrafik yoxlamalar, yazılı imtahanlar, proqramlaşdırılmış yoxlama metodları daxildir.

57. Pedaqoji elmin mənbələri və tədqiqat metodları bir-biri ilə əlaqədardır. 
Pedaqoji tədqiqat metodları pedaqoji metodologiyaya dayanaraq pedaqoji elmin 
mənbələrinə uyğun olaraq seçilir. Odur ki, öncə pedaqoji elmin mənbələri barədə 
fikirlərimizi bölüşək, sonra pedaqoji texnologiya və tədqiqat metodları 
anlayışlarına elmi şərh verməyə çalışaq.
Pedaqoji elmin mənbələri müxtəlifdir: pedaqoji proses, pedaqoji sənədlər
pedaqoji mövzuda yazılar, klassiklərin əsərləri və pedaqoji fikirləri, şagirdlərin (və 
digər tərbiyə olunanların) fərdiyyəti, şifahi xalq yaradıcılığı nümunələri, dövlət 
sənədləri, canlı söz, müqəddəs kitabımız “Qurani-Kərim” və s. Xüsusi qeyd 
olunmalıdır ki, tədris və tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji proses 
pedaqoji elmin və pedaqoji biliklərin əsas mənbəyidir. Sadalanan mənbələri iki 
qrupa ayırmaq olar: 1) geniş mənada pedaqoji prosesinin özü; 2) şifahi və yazılı 
mənbələr. Birinciyə praktika, ikinciyə təlim-tərbiyə haqqında əsaslandırılmış 
fikirlər, mülahizələr, dövlət sənədləri, pedaqoji sənədlər, mütəfəkkirlərin pedaqoji 
ideyaları və s. daxildir. 



Yüklə 244,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin