1. Pedaqogikanın mövzusu və vəzifələri



Yüklə 244,72 Kb.
səhifə8/14
tarix20.06.2023
ölçüsü244,72 Kb.
#132869
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Pedaqogika cavabları

Dövlət sənədləri. Respublikamızda təhsil Azərbaycan dövlətinin müvafiq 
qanunları əsasında təşkil olunur və inkişaf etdirilir. Ən əvvəl Azərbaycan 
Respublikası Konstitusiyası (Əsas Qanunu), sonra təhsil sahəsində dövlət 
qanunvericiliyinin əsasları, təhsillə əlaqədar qəbul olunan qanunlar və digər rəsmi 
sənədlər nəzərdə tutulur. Bu cür sənədlərin tələblərini, təlim və tərbiyə qarşısında 
qoyduğu vəzifələri pedaqoji proseslə məşğul olan, pedaqoji problemləri tədqiq 
edən şəxslər öyrənməlidirlər. 

Pedaqoji sənədlər. Hər bir tədris və ya tərbiyə müəssisəsinin özünəməxsus 
sənədləri vardır. Bu sənədlər həmin tədris və ya tərbiyə müəssisəsində aparılan işin 
xüsusiyyətlərini əks etdirir. Məktəbin necə işlədiyini öyrənməkdə həmin sənədlər 
tədqiqatçıya zəngin məlumat verir. 
Pedaqoji mövzuda yazılar. Pedaqoji biliklər müvafiq kitablarda, jurnal və 
qəzetlərdə şərh edilir. Bu cür mənbələr keçmişdə tədris müəssisələrinin 
vəziyyətindən, oradakı təlim və tərbiyə işinin məzmunundan, üsulları və təşkili 
formalarından, pedaqoji fikrin tarixindən xəbər verir. Təhsilin, təlim və tərbiyənin, 
habelə inkişafın müasir problemlərini, qabaqcıl məktəb və müəllimlərin iş təcrübə-
sini, mövcud olan nöqsanları və onların aradan qaldırılması yollarını təhlil edən 
kitablar və məqalələr vardır. 

Tərbiyə olunanların fəaliyyət məhsulları. Pedaqoji bilik mənbəyi olan uşaq 
fəaliyyəti məhsulları müxtəlifdir. Fənlər üzrə uşaqların icra etdikləri işlər, 
sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı onların yerinə yetirdikləri 
tapşırıqlar buraya daxildir. Məsələn, dil üzrə uşaqların yazdıqları imla, inşa və ya 
rəy mətnləri, ayrı-ayrı fənlərdən həll etdikləri məsələ və misallar, tərtib etdikləri 
planlar və xəritələr, quraşdırdıqları modellər, düzəltdikləri əyani vasitələr, 
becərdikləri bitkilər, hazırladıqları fotomontaj və fotostendlər, çıxardıqları divar 
qəzetləri və bülletenlər, muzey üçün topladıqları eksponatlar, tikdikləri paltarlar, 
hörmələr, çəkdikləri şəkillər, onların istehsal etdikləri müxtəlif məhsullar və s. 
şagirdlərin bacarıqları və qabiliyyətləri barədə, təlim və tərbiyənin necəliyi haq-
qında fikir söyləməyə əsas verir. 


Yüklə 244,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin