Təklif: Belə ki, sinifdə bir ev tapşırığı güşəsi yaradarsınız. Həmin guşədə şagirdlərə verdiyiniz yaradıcı ev tapşırıqlarını yapışdıra bilərsiniz. Bu zaman onlara şərt qoya bilərsiniz ki, hər həftə və ya ay ərzində ən yaxşı, ən maraqlı (müvafiq meyarlarınıza uyğun) ev tapşırığı təqdimatını hazırlayan şagirdin tapşırığı həmin guşəyə asılacaqdır. Bunu sadəcə təklif nümunəsi kimi qeyd edirəm. Siz müxtəlif formalarda ev tapşırığını yoxlamanı təmin edə bilərsiniz.
56.Təlimdə yazılı nəzarət üsulları- Nəzarət bütöv təlim prosesinin əsas ünsürlərindən biridir. Bu metodlar qarşıya qoyulmuş məqsədin yerinə yetirilməsi vəziyyətini, şagirdlərin bilik və bacarıqlarının səviyyəsini, nöqsan və çətinlikləri aşkara çıxarmağa, səhvləri tapıb düzəltməyə, təlim fəaliyyətini tənzimləməyə xidmət edir.
Təlimdə nəzarət metodları çoxdur. Onları bir neçə qrupa bölmək olar: a) şifahi nəzarət metodları; b) yazılı nəzarət metodları; c) laborator və praktik nəzarət metodları; ç) maşınlı nəzarət metodları; d) özünənəzarət metodları. Bu metodlarla yanaşı, müəllim gündəlik müşahidə yolu ilə şagirdlərin təlimə münasibətini, fəallıq və səyini öyrənib nəzərə alır. Yazılı nəzarət metodlarına yoxlama yazı işləri (imla, ifadə, inşa, məsələ və misal həlli), test yoxlamaları, qrafik yoxlamalar, yazılı imtahanlar, proqramlaşdırılmış yoxlama metodları daxildir.
57. Pedaqoji elmin mənbələri və tədqiqat metodları bir-biri ilə əlaqədardır.
Pedaqoji tədqiqat metodları pedaqoji metodologiyaya dayanaraq pedaqoji elmin
mənbələrinə uyğun olaraq seçilir. Odur ki, öncə pedaqoji elmin mənbələri barədə
fikirlərimizi bölüşək, sonra pedaqoji texnologiya və tədqiqat metodları
anlayışlarına elmi şərh verməyə çalışaq.
Pedaqoji elmin mənbələri müxtəlifdir: pedaqoji proses, pedaqoji sənədlər,
pedaqoji mövzuda yazılar, klassiklərin əsərləri və pedaqoji fikirləri, şagirdlərin (və
digər tərbiyə olunanların) fərdiyyəti, şifahi xalq yaradıcılığı nümunələri, dövlət
sənədləri, canlı söz, müqəddəs kitabımız “Qurani-Kərim” və s. Xüsusi qeyd
olunmalıdır ki, tədris və tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji proses
pedaqoji elmin və pedaqoji biliklərin əsas mənbəyidir. Sadalanan mənbələri iki
qrupa ayırmaq olar: 1) geniş mənada pedaqoji prosesinin özü; 2) şifahi və yazılı
mənbələr. Birinciyə praktika, ikinciyə təlim-tərbiyə haqqında əsaslandırılmış
fikirlər, mülahizələr, dövlət sənədləri, pedaqoji sənədlər, mütəfəkkirlərin pedaqoji
ideyaları və s. daxildir.