1. Pedaqogikanın mövzusu və vəzifələri


Dərsdə əks əlaqə yaradılmalıdır; müəllim şagirdlərin hissi aləmi, təlimə münasibəti, marağı, mənimsəmə səviyyəsi haqqında vaxtında informasiya əldə etməlidir



Yüklə 244,72 Kb.
səhifə3/14
tarix20.06.2023
ölçüsü244,72 Kb.
#132869
1   2   3   4   5   6   7   8   9   ...   14
Pedaqogika cavabları

Dərsdə əks əlaqə yaradılmalıdır; müəllim şagirdlərin hissi aləmi, təlimə münasibəti, marağı, mənimsəmə səviyyəsi haqqında vaxtında informasiya əldə etməlidir.

5. Dərsdə əlverişli psixoloji iqlim, müsbət emosional vəziyyət yaradılmalıdır. Dərsin səmərəsi onun emosional mühiti ilə sıx bağlıdır: mənfi emosiyalar (qorxu, inamsızlıq, kədər və s.) şəraitində keçən dərs cansıxıcı, yorucu və səmərəsiz olur. Dərsdə müəllim və şagirdlər arasında qarşılıqlı hörmət, inam, pedaqoji əməkdaşlıq, xoş əhval-ruhiyyə, müsbət zehni hisslər (şadlıq, təlim sevinci, inam, təəccüb və s.) hakim olmalıdır.

Göstərilən tələblərə cavab verən dərs yaxşı dərs hesab olunur; belə dərsdə yüksək səmərə, müsbət təlim-tərbiyə nəticələri əldə edilir.

19. Təlimin təşkilat formaları.


Cavab--
Təlimin təşkili forması” anlayışının ilə bağlı fikir müxtəlifliyi vardır. Biz onun təlimin (dəyişmə və inkişaf prose- sinin) məzmununun mövcudluq üsulu, məzmunun mövcud olmasını mümkün edən öz daxili təşəkkülü, quruluşu kimi dərk edilməsini məqbul sayırıq.
Təlim prosesinin təşkilinin digər formaları (köməkçi formala- rı) sırasına dərnəklər, praktikumlar, seminarlar, konfranslar, məslə- hətlər, fakültativ məşğələlər, tədris ekskursiyaları, şagirdlərin müs- təqil işləri (evdə) və s. Aiddir. Bu formalar şərti olaraq köməkçi for- malar adlanır, ola bilər ki, onlardan bəziləri məsələn, seminarlar, ev- də müstəqil işlər, fakültativ məşğələlər, ekskursiyalar müəyyən vaxt təlimin təşkilinin əsas forması statusunda çıxış etsin.

Qeyd etmək lazımdır ki, şagirdlərin evdə müstəqil işi məktəb- dənkənar əsas və stabil məşğələ növlərindəndir. Bu iş növü təlim prosesinin tərkib hissəsidir. Onun başlıca məqsədi şagirdlərin dərs- lərdə aldıqları bilik və bacarıqları genişləndirmək, dərinləşdirmək, unutmanın qarşısını almaq və həm də onların fərdi meyillərini, iste- dad və qabiliyyətlərini inkişaf etdirməkdir.

Müstəqil ev işi tədris proqramlarının tələblərini, həmçinin məktəblilərin maraq və tələbatlarını, onların inkişaf səviyyəsini nə- zərə almaqla qurulur. Sinifdənxaric müstəqil iş şagirdlərin müstəqil- liyinə, şüurluluğuna, fəallığına istinad edir. Düzgün təşkil edilmiş sinifdənxaric fəaliyyət şagirdlərin inkişafında sinifdəki fəal işdən heç də az əhəmiyyət kəsb etmir.

Ə.X.Paşayev, F.A.Rüstəmov yazırlar ki, şagirdlərin evdə müstəqil işi aşağıdakı təlim funskiyalarını yerinə yetirir:




  1. Dərsdə əldə olunmuş bilik və bacarıqları möhkəmlətmək;



  1. Sinifdə keçirilmiş tədris materialını genişləndirmək və də- rinləşdirmək;




  1. Çalışmaları müstəqil yerinə yetirmək üçün bacarıq və vər- dişləri formalaşdırmaq;



  1. Proqram materialı çərçivəsində fərdi tapşırıqları yerinə ye- tirmək yolu ilə təfəkkürün müstəqilliyini inkişaf etdirmək;




  1. Fərdi müşahidələr və təcrübələr aparmaq, dərslərdə yeni mövzuları öyrənmək üçün material toplamaq və tədris vasitələri ha- zırlamaq (təbiət nümunələri, şəkillər, üllüstrasiyalar, qəzet və jur- nallardan kəsilib götürülmüş və statistik materiallar əsasında).

Fənn dərnəkləri öz istiqamətinə, məzmununa, iş metodlarına, keçirilmə vaxtına görə müxtəlifdir. Praktika təsdiq edir ki, fənn dərNəkləri şagirdərin maraq və meyillərinin inkişafında olduqca əlve- rişli rol oynayır. Təlimə müsbət münasibət inkişafa da müsbət təsir edir. Dərnəklər həyatla əlaqənin möhkəmləndirilməsinə, fənlərarası əlaqənin inkişafına kömək edir. Şagirdlərin fənn dərnəklərində iştirakı tədris prosesini fəallaşdırır, təlimin keyfiyyətini yüksəldir.

Ekskursiyalar tədris işinin qədim formalarındandır. Könüllü keçirilən tərbiyə xarakterli ekskursiyalardan fərqli olaraq, təlim eks- kursiyaları tədris proqramlarında öz əksini tapır. Ekskursiyanın hər bir mərhələsinin vəzifəsindən asılı olaraq, müəllim şagirdləri kol- lektiv, qrup və fərdi tpşırıqlar üzərində işlədir. Ekskursiyaların təş- kili forması məqsəd, obyektin xüsusiyyətləri, şagirdlərin idrak qabi- liyyətini səmərəli idarə etmək imkanları, həmçinin şagirdlərin təhlü- kəsizliyini və sağlamlığını müdafiə etmək istəyi ilə şərtlənir.

Fakültativlər və seçmə kurslar tədris planı üzrə məktəblilərin, onların valideynlərinin arzu və maraqlarını nəzərə almaqla işlənib ha- zırlanır. Fakültativlərin və seçmə kurslar siyahısı tərtib edilərkən tək- cə şagirdlərin arzularına deyil, həm ictimai tələbatlara və məktəbin imkanlarına əsaslanılır. Şagirdlərin praktik fəaliyyətə hazırlanması zamanı konkret şərait və vəzifələr nəzərə alınır. Fakültativ və seçmə məşğələlər ümumtəhsil fənləri ilə sıx əlaqədə keçirilməlidir.

Məsləhətlər şagirdlərə tədris materialına yiyələnmək işində qarşıya çıxan çətinlikləri aradan qaldırmağa kömək edir. Məsləhətlər prosesində müəllim şagirdlərin fəaliyyətini elə istiqamətləndirir ki, onlar bu və ya digər məsələni düzgün başa düşsün, mürəkkəb tap- şırıqların və öyrənilən hadisələrin mahiyyətini açmağı öyrənsinlər. Məsləhətlər şagirdlərin biliklərindəki mövcud çatışmazlıqları üzə çı- xarmağa, onların diqqətini dərindən öyrənilməsi vacib olan məsələlə- rə yönəltməyə imkan verir. Düzgün təşkil edilmiş məsləhət şagirdlər- də özünənəzarət, öz biliklərinə tənqidi münasibət tərbiyə edir, yaxşı oxumağa, təhsil səviyyəsini düzgün müəyyən etməyə kömək edir.
20. Dərsin tipləri və quruluşu
Dərslərin tipləri və quruluşu Hər bir dərsin əsas və yardımçı məqsədləri olur. Dərsin tipi və buna müvafiq olaraq quruluşu dərsin əsas məqsədi ilə müəyyən edilir. Ümumitəhsil məktəblərində aşağıdakı dərs tiplərindən istifadə olunur:

Mürəkkəb, yaxud qarışıq dərs;

Yeni bilik verən dərsi;

Biliklərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi dərsləri;

Təkrar və ümumiləşdirmə dərsləri;

Yoxlama dərsləri.

İnteqrativ dərslər.

Mürəkkəb, yaxud qarışıq dərs  Mürəkkəb,yaxud qarışıq dərs tipinin bir neçə didaktik məqsədi ola bilir. Bu dərs tipinin quruluşu, təxminən, bu cürdür: - Sinifin təşkili. Ev tapşırığının yoxlanması. Keçmiş mövzunun soruşulması. Yeni mövzunun öyrənilməsinə hazırlıq. Yeni mövzunun izahı. Yeni mövzunun möhkəmləndirilməsi. Ev tapşırığı və qiymətləndirmə.

Yeni bilik verən dərs  Bu tip dərslərin quruluşu, təxminən, belədir: -Sinfin təşkili. Yeni materialın şüurlu mənimsənilməsinə kömək edəcək biliklərin təkrarı. Dərsin mövzu və məqsədinin izahı. Yeni materialın öyrənilməsi.Yeni bilklərin ilkin möhkəmləndirilməsi. Ev tapşırığı və qiymətləndirmə.
21Muasit telim texnologiyalari.suallarda var.
22Özunu terbiye ve yeniden terbiye
Bir neçə min il bundan əvvəl söylənmiş bu aforizmin əsas hikməti ondan ibarətdir ki, insanla kainat bir tamlıq təşkil edib, belə ki insanın özünü dərk etməsi onun kainatı dərk etməsi ilə bağlıdır. Digər tərəfdən əsrlərin dərinliyindən qaynaqlanan bu sözlər bir daha təsdiq edir ki, qərinələr dolanıb, zamanlar keçsə də özünü dərketmə problemi heç vaxt aktuallığını itirmir. Hər bir insan hər dövrdə bu problemi özü üçün öz həyat şəraitinə uyğun olaraq yenidən həll etməli olur. Çünki şəxsiyyətin ən mühüm ölçülərindən biri olan özünü dərketmə nə irsən keçə bilər, nə də insana kənardan təlqin oluna bilər.

Biliyi bir başdan digərinə ötürmək mümkün olmadığı kimi, özünü dərketmə də ətrafdan bizə ötürülə bilməz. Özünü dərketmək özünü tərbiyə etmək deməkdir. Hamı sərkərdə, dövlət başçısı, qəhrəman ola bilməz ancaq hamı özünü tərbiyə edə bilər. Hər bir insanın özünü tərbiyə etməsi üçün ilkin addım özünə müraciət etməsidir. Özünü tərbiyə özünə müraciət edib, öz hərəkət və davranışlarına nəzarət etmək, özünə bir növ hesabat verib, təhlil etməkdir

23Terbiyenin prinsipleri


1.Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsi prinsipi.
2.Tərbiyədə yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi.
3.Hörmət və tələbkarlıq prinsipi.
4.Tələblərdə vahidlik prinsipi.
5.Nikbinlik prinsipi.

Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsinin əhəmiyyəti:


- şagirdlər həyatın ən böyük tərbiyəçi olduğunu real şəkildə görür və dərk edirlər;
- şagirdlərdə milli və mənəvi dəyərlərə hörmət, məhəbbət hissi yaranır, vətənin sahiblərindən biri olduqları fikri əmələ gəlir;
- onlar vətənin, diyarlarının tarixini, gücünü, qüdrətini öyrənmək imkanı qazanırlar;
- şagirdlər vətənin xilaskarı, müdafiəçisi, inkişafetdiricisi olacaqları barədə milli qürur hissini yaşadırlar;
- onlar özlərini həyata hazırlamaq və onun qurucuları ola bilmək inamına yiyələnirlər.

Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi


• Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi tələb edir ki, uşaqların müxtəlif inkişaf dövrlərinə xas olan ümumi psixofizioloji xüsusiyyətləri və hər bir uşağın müxtəlif amillərin təsiri altında formalaşan fərdi-psixi keyfiyyətləri tərbiyə işində nəzərə alınsın. 

Hörmət və tələbkarlıq prinsipi


• Bu prinsip tələb edir ki, tərbiyə olunanın şəxsiyyətinə maksimum dərəcədə hörmət etməklə, ona mümkün qədər ciddi tələbkarlıqla yanaşılsın.
Tələbkarlıq – ictimai həyatın müxtəlif sahələrində davranış normalarına əməl etməyin, fəaliyyət prosesində öz vəzifələrini yerinə yetirməyin zəruriliyini təmin etmək xüsusiyyətidir. 

Tələblərdə vahidlik prinsipi


• Bu prinsip uşağa göstərilən tərbiyəvi təsirlərin əlaqələndirilməsi və vahid məqsəd ətrafında birləşdirilməsini, birinin digərini tamamlamasını tələb edir. 
Tələblərdə vahidlik aşağıdakı tərəflər arasında gözlənilməlidir:
- bütün müəllimlər arasında;
- müəllimlərlə məktəb rəhbərliyi arasında;
- müəllimlərlə şagird təşkilatları arasında;
- məktəb rəhbərliyi ilə şagird təşkilatları arasında;
- məktəblə ailə arasında;
- məktəblə məktəbdənkənar tərbiyə müəssisələri arasında;
- məktəblə ictimaiyyət arasında;
- ailə üzvləri arasında və s.

Tərbiyədə nikbinlik prinsipi


• Bu prinsip pedaqoji ədəbiyyatda “Müsbətə istinad etmə prinsipi”də adlanır. Nikbinlik prinsipinin tələbinə görə, müəllim-tərbiyəçi tərbiyə prosesində öz işini uşaqda müəyyən etdiyi müsbət keyfiyyətlərə əsaslanaraq qurmalıdır. 

24Terbiyede yas ve ferdi xususiyyetlerin nezere alinma prinsipi


3.Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi
• Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi tələb edir ki, uşaqların müxtəlif inkişaf dövrlərinə xas olan ümumi psixofizioloji xüsusiyyətləri və hər bir uşağın müxtəlif amillərin təsiri altında formalaşan fərdi-psixi keyfiyyətləri tərbiyə işində nəzərə alınsın. 
25Terbiyye usullari

1.Tərbiyə üsulları haqda anlayış


• Tərbiyə üsulları – tərbiyə məqsədlərinə çatmağın yolları, qaydalarıdır. Tərbiyə üsulları konkret şəraitdən, tərbiyə prosesinin təşkili və xarakterindən asılı olduğundan çoxsaylıdır. Buna görə də nəzəri pedaqogikada, adətən, tərbiyənin ümumi üsullarından bəhs olunur.
Azərbaycan xalq pedaqojikasına görə
tərbiyə üsulları bunlardır:
- əxlaqi şüurun formalaşmasına xidmət edən üsullar (öyüd-nəsihət, izahetmə-başasalma, məsləhət, tövsiyyə, vəsiyyət, göstəriş, dilətutma və s.);
- davranış təcrübəsinin formalaşdırılmasına xidmət edən üsullar (məşq, oyun, sınaq, tələb, söz vermək, and içmək və s.);
- stimullaşdırma üsulları (xeyir-dua, tərif, alqış, bəxşiş, mükafat, bəyənmə, xəbərdarlıq, məzəmmət etmə, danlaq, qadağan etmə, hədə-qorxu, irad tutmaq, cırnatmaq, tənə vurmaq, məhrum etmək, küsmək, döymək və s.);
- nümunə (valideyn nümunəsi, böyük bacı-qardaş nümunəsi, qohum-əqraba nümunəsi, tay-tuş nümunəsi, ağsaqqal nümunəsi, el qəhrəmanları nümunəsi və s.)
26.Terbiyede Numune

Nümunə və tərbiyədə onun rolu


Pedaqoq alimlərdən bəziləri (Q.İ.Şukina, V.A.Slastenin və b) nümunəni şüur və əqidənin formalaşmasına yönələn müstəqil üsul kimi təqdim edirlər.
Bəziləri (Y.R.Talıbov, R.Ş.Mustafayeva və b.) onu - tərbiyənin vasitəsi, bəziləri də (M.Ə.Muradxanov və b.) üsul və vasitələrin təsirini şərtləndirən tərz kimi qələmə verirlər.
Tətbiq edilmə yerinə və xüsusiyyətinə görə eyni üsuldan tərbiyənin vasitəsi kimi də istifadə oluna bilər. Bununla belə nümunə öz-özlüyündə üsul deyildir. Amma tərbiyə işində ondan təqlid üçün örnək, əyani forma, canlı şahid kimi bilavasitə istifadə etdikdə nümunə üsul xarakteri kəsb edir, üsul səviyyəsinə qalxır.
Nümunə tərz və vasitə kimi tərbiyənin bütün üsullarına daxil olur.
Tərbiyə işində nümunənin rolu əzedilməzdir. Nümunə əsasında aparılan tərbiyə bu və ya digər keyfiyyət, hərəkət və davranış qaydası haqqındakı anlayışları konkretləşdirir və nəticədə uşaqda daha canlı təsəvvür yaradır. Uşaq həmin nümunədən ibrət dərsi götürür, ideal hisslərlə yaşayır, müsbət hərəkətlərə, xeyirxah əməllərə meyl edir.

27.Regbetlendirme ve ceza usulu


Rəğbətləndirmə
• Əxlaqi hərəkətin, davranışın müsbət qiymətləndirilməsi
rəğbətləndirmə adlanır.

Tərifləmə - ən sadə rəğbətləndirmə tədbiridir, xüsusilə kiçik yaşlı uşaqlara daha çox tətbiq edilir. 


• Təşəkkür etmə - şifahi və yazılı olmaqla əxlaqi hərəkətin daha ciddi və rəsmi rəğbətləndirilməsidir. 
• Mükafatlandırma – təşəkkürün maddi bir şeylə ifadəsi olub, tətbiqinə xüsusi olaraq müəyyən edilmiş qaydalarla yanaşılmalı olan rəğbətləndirmə tədbiridir. 
• Təltif – hərəkət və davranışlarında müsbət mənada sabitlik göstərən şagirdlərə verilən, təhsil haqqında sənədlərdə təsbit olunmuş qaydalara əsasən tətbiq olunan rəğbətləndirmə tədbiridir. 
Cəzalandırma
• Əxlaqi hərəkətin, davranışın mənfi qiymətləndirilməsi cəzalandırma adlanır.
28.Elmi dunya gorusunun formalashmasi
Elmi dünyagörüşü tərbiyəsi müəllimin istifadə etdiyi təlim vasitə və metodları ilə sıx bağlıdır. Təlimdə şagirdləri fəallaşdıran, düşündürən, onların müstəqil fikrini oyadan metod və priyomlara daha geniş yer vermək lazımdır. Öyrənilən anlayış və ideyaları konkret həyati və zehni məsələlərin, problemlərin həllinə tətbiq etmək də faydalıdır. Müəllim təlim prosesində - dərsdə şagirdləri belə məsələlərin həllinə geniş cəlb etməli, onlarda dialektik, tənqidi təfəkkürü inkişaf etdirmək qeydinə qalmalıdır. Bu məqsədlə evristik müsahibə, problem vəziyyət yaratmaq, düşündürücü suallar qoymaq səmərəlidir: "Fikrini sübut et", "Hansı fikri düzgün sayırsan?", "Hansı fikirlə razı deyilsən? Nə üçün?" və s. Təlimdə problemlilik, yaradıcı axtarışlar, elmi diskussiyalar dünyagörüşü tərbiyəsi, ideya inamı baxımından da əhəmiyyətlidir.
Şagirdlərin öz biliklərini müxtəlif zehni və həyati məsələlərin həllinə tətbiq etmələri onlarda həmin biliklərə inamın yaranmasına, müstəqil mühakimə yürütmələrinə, real həyati faktları ümumi qanunlar baxımından təhlil etmək bacarığının yaranmasına gətirib çıxarır.
Təlim prosesində elmi dünyagörüşü tərbiyəsinin mühüm bir amili fənlərarası əlaqədir. Təbii-riyazi elmlərin obyekti təbiətdir. Ayrı-ayrı elmlər bu ümumi obyektin bir cəhətini öyrənir. Həmin elmlərin əsaslarını əks etdirən tədris fənləri də ayrılıqda bu və ya digər təbiət hadisəsini öyrədir və bütövlükdə təbiətin elmi mənzərəsi haqqında bitkin təsəvvürlər, sistemli anlayışlar verə bilməz. Ona görə də elmi dünyagörüşünün bir fənn çərçivəsində həyata keçirilməsi mümkün deyildir; yalnız fənlərarası əlaqə sayəsində təbiətin və cəmiyyətin ümumi mənzərəsini yaratmaq, ümumi qanunauyğunluqları mənimsətmək olar.
Elmi dünyagörüşü tərbiyəsində şagirdlərin yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Elmi dünyagörüşü tərbiyəsi müxtəlif yaş dövrlərində, müxtəlif məzmunda aparılır. Hər yaş dövründə uşaqların dərketmə imkanları, təcrübə və tərbiyə səviyyəsi eyni deyildir. Bu hal tərbiyənin məzmun, forma və metodlarının seçilməsində nəzərə alınmalıdır.
Elmi dünyagörüşü dini inkar etmir, ona zidd mövqe tutmur. O, dünyəvilik mövqeyini müdafiə edir. Dünyəvilik isə dinsizlik demək deyildir; insan dinə hörmət etməli, eyni zamanda bəşəri sivilizasiyaya yiyələnməli, dünyanın inkişaf qanunlarını öyrənməlidir. Din hər kəsin vicdan işidir. Onu zorla qəbul etdirmək olmaz; hər kəs ona öz yolu ilə gəlib çatır. Din təhsilə, siyasətə, dövlət işlərinə qarışmamalı, maddi mənfəət güdməkdən uzaq olmalı, siyasətə alət edilməməlidir. M.K.Atatürkün ifadəsi ilə desək, din vicdanlardakı yüksək və müqəddəs yerini qorumalıdır.

29.Exlaq terbiyesi


Əxlaq – hər hansı cəmiyyət tərəfindən qəbul edilmiş davranış qaydalarının məcmususdur.
• Əxlaq – ictimai şüurun formalarından biri kimi həm də fəlsəfi kateqoriyadır.
30. 1. Estetik tərbiyənin mahiyyəti
“Estetik tərbiyə” anlayışı yunan dilində “hissiyyat” mənasını verən “estezis” məfhumundan yaranmış “estetika” termini ilə üzvi surətdə bağlıdır. “Estetika” elm anlayşı kimi ilk dəfə 1750-ci ildə alman nəzəriyyəçisi Baumhartenin eyni adlı əsərində işlədilmişdir. Amma ümümiyyətlə estetika haqqında təsəvvürlər insanlığın ən qədim dövrlərindən mövcuddur.
• Estetik tərbiyə insanda estetik hisslərin, zövqün və bədii mühakimənin təşəkkül tapıb möhkəmlənməsinə səbəb olan, incəsənət əsərlərini, təbiət və cəmiyyətdəki gözəllikləri duymaq və başa düşməkdə köməklik göstərən, bədii yaradıcılıq qüvvələrini inkişaf etdirən təsirlərin məcmuyu deməkdir.
31.Ekoloji tərbiyə
"Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.
Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyini - təbiəti, ekoloji mühiti korlayır; udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır. Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Ekoloji tərbiyə hələ kiçik yaşlardan, ailə və uşaq bağçasından başlanmalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə, heyvan və quşlara qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər.
Hüquq tərbiyəsi
Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. Hazırda, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi bir dövrdə gənc nəslin hüquq tərbiyəsi böyük əhəmiyyət kəsb edir
"Hüquq" ərəbcə "haqq söz" deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış qaydaları sistemidir. Hüquq əxlaqla sıx bağlıdır. Hüquq normaları əxlaq normalarından müəyyən cəhətdən fərqlənir: hüquq normaları hamı üçün məcburidir və rəsmi dövlət aktlarında əks olunur. Hər cür fəaliyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir.
Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, habelə hüquq normalarına münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət prosesidir.
32. Sinif rəhbəri sinfin tərbiyə vəzifələrini müəyyən edir və onları həyata keçirir. Şagirdlərin fərdi xüsusiyyətlərindən asılı ola­raq bu vəzifələrin həyata keçirilməsinin vasitə və metodları da müx­təlif ola bilər. Belə ki, bəzi şagirdləri tərifləmək, digərlərinə əmr vermək, başqalarını isə davranış qaydalarını pozduqlarına görə tən­beh etmək lazım gəlir.
Deməli, şagirdləri düzgün tərbiyə etmək üçün onlara fərdi ya­naş­mağı bacarmaq lazımdır. Fərdi yanaşma isə yalnız şagirdləri də­rin­dən və hərtərəfli bilmək əsasında mümkün ola bilər.

Sinif rəhbərinin əsas fəaliyyət sahələri aşağıdakılardır: 

Ayrı-ayrı şagirdləri və sinif kollektivini davamlı öyrən­mək; 

Şagird kollektivini təşkil etmək, vəzifə bölgüsü aparmaq; 

Müəllimlərin tərbiyəvi fəaliyyətini tənzim etmək; 

Sinifdənxaric tərbiyə işlərini təşkil etmək; 

Şagirdlərin biliklərə dərindən yiyələnməsinə nəzarət et­mək; 

Şagirdlərin əxlaq tərbiyəsi ilə bağlı təcrübə qazanmasına və davranışlarına nəzarət etmək; 



Şagirdlərdə davranış mədəniyyətinin tərbiyə edilməsi; 
33. Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.
Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır. Məktəbdənkənar təhsil müəssisələrinə aşağıdakılar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, evləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat məktəbləri və s. Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar, şagirdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlərindən pulsuz və güzəştlə istifadə edirlər. Məktəbdənkənar təhsil müəssisələrində işin məzmun və formalarını həmin müəssisələrin şuraları müəyyən edir.
Məktəbdənkənar təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Dərnək məşğələləri;
2.Mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarışlarının keçirilməsi;
3. Təlimati-metodiki işlər.
34.
• Uşaqların düzgün tərbiyəsi üçün ailənin çox böyük imkanları vardır. Əxlaq normalarının mənimsənilməsi, birgə əmək vərdişləri formalaşdırılması, ətraf aləmə münasibət ilk dəfə ailədən başlayır. Valideynlərin mədəni səviyyəsi, əxlaqi görüşləri, sosial ünsiyyət təcrübələri böyüyüən nəslin inkişafında həlledici rol oynaya bilir. 
• Ailə tərbiyəsində ailə üzvlərinin qarşılıqlı münasibəti mühüm rol oynayır. Uşaqların tərbiyəsi üçün məsuliyyət daşıyan ailə üzvləri baba, nənə, ata, anadır. 
35. Məktəb rəhbərinin idarəetmə mədəniyyəti onun peşə-pedaqoji mədəniyyətinin bir hissəsidir. Son illərdə pedaqoji mədəniyyət problemləri sahəsində psixoloji-pedaqoji tədqiqatlar aparılır. Pedaqoji mədəniyyət anlamı pedaqoji dəyərlər, pedaqoji texnologiya və pedaqoji yaradıcılıq kateqoriyalarında açılır.
Məktəb rəhbərlərinin idarəetmə mədəniyyəti özünü müxtəlif növ idarəetmə fəaliyyətində, məktəbi idarəetmə də dəyərlərin və texnolo-giyaların mənimsənilməsində, ötürülməsində və yaradılmasında göstərir. Bu mənada idarəetmə mədəniyyətinə aksioloji, texnoloji və şəxsiyyət-yaradıcı komponentlər daxildir. Məktəbi effektli idarə etmək üçün hazırda böyük əhəmiyyət kəsb edən biliklər, ideyalar, konsepsiyalar pedaqoji dəyərlər kimi çıxış edir.
36) Müasir şəraitdə məktəblərin metodiki bazasının ciddi mənada təkmilləşməyə ehtiyacı var. Məktəblərin idarəetməsində , tədris planı və proqramlarının ödənilib ödənilməməsində, dövlət prinsiplərinin tətbiqində, müxtəlif kurslardan keçmiş müəllimlərin öyrəndikləri təhsillə bağlı yeniliklərin tətbiqində çatışmamazlıqlar var.
Bu çatışmamazlıqları aradan qaldırmaq üçün məktəbin metodiki probleminin həllinə müxtəlif istiqamətlərdən yanaşmaq lazımdır. Ən əsası ilk olaraq məktəblərdə metodik xidmətin fəaliyyət istiqamətləri müəyyən olunmalıdır. Məktəb metodşurasına fənn metodbirləşmə rəhbərləri, diaqnostika qrupları və ayrı-ayrı bölmə rəhbərləri daxildir. Adətən metodşuraya direktorun təlim-tərbiyə işi üzrə müavinləri rəhbərlik edir. Onlar məktəbdə şagirdlər arasında nizam-intizamın təşkilinə, onların dərsə davamiyyətinə, müəllimlərin saat bölgüsünə, açıq dərslərin təşkilinə, məktəbin metodiki baxımdan bütün problemlərinin həllinə birbaşa rəhbərlik edirlər.
Məktəblərdə metodik xidmətin müxtəlif fəaliyyət istiqamətləri var. Lakin, bu fəaliyyət istiqamətlərinin tətbiqində ciddi nöqsanlar var.
-Şagirdlərin təlim –tərbiyə işinin təşkilində
- müəllimlərin professional səviyyəsinin təhlilində
- Metodik şuranın fəaliyyətinin planlaşdırılmasında
- Təhsil prosesinin səviyyəsini yüksəltmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsində
- təlimin düzgün şəkildə qurulmasını təmin edən fəal forma və metodların seçimində
- açıq dərslərin təşkili və təhlilində
- elmi gecələrin təşkilində
- Müsabiqə və olimpiadaların təşkilində
- Fənlər üzrə həftələrin təşkilində və s
Metodik xidmətin müxtəlif fəaliyyət istiqamətlərində olan bu nöqsanların aradan qaldırılması üçün ciddi tədbirlər görmək lazımdır.
- Təhsilini müvəffəqiyyətlə başa vurub gələn, gənc müəllim kimi məktəbdə fəaliyyətə başlayan kadr öz ixtisası daxilində şagirdləri dərin biliklərlə mənimsətməklə yanaşı şagirdlər arasında tərbiyəvi işlər də aparmalıdır.
O, nəinki müəllim, həm də tərbiyəçi kimi fəaliyyət göstərməlidir. Məktəblərdə tərbiyə işinin təşkili dedikdə, bunu bəzən şagirdlərin daimi olaraq nizam-intizamlı olmalarını təmin etmək kimi başa düşürlər. Ancaq, baxaq görək nizam-intizamı “zor gücünə” təşkil etməklə şagirdlər arasında tərbiyənin təşkilini düzgün yerinə yetirmək olarmı?
“ Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu” nda tərbiyə məsələlərinin qoyuluşu, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda (2009) tərbiyə məsələlərinin qoyuluşu haqqında qanun verilib. Bəs gəlin baxaq görək, bu sözügedən qanunun tətbiqi nə dərəcədə yerinə yetirilir?
Tərbiyənin məktəblərdə düzgün tətbiq edilməsi üçün, şagirdlərə örnək göstərmək lazımdır. Təbii ki, bunu ilk öncə məktəbin öz kollektivi nümunəsində etmək lazımdır.
Şagirdlərin özünü tərbiyəsini təşkil etmək, özünümüşahidə, özünütənqid, özünütəhlil, özünüqiymətləndirmə və s təşkil etmək, sonra isə cəmiyyətdəki münasibətlərini təşkil etmək üçün çalışmaq lazımdır.
Tərbiyə prosesində sistemlilik, ardıcıllıq və fasiləsizlik tərbiyənin təşkilinin səciyyəvi xüsusiyyətləridir.

 Metodik işin digər fəaliyyət istiqaməti müəllimlərin professional səviyyəsinin təhlilidir.
Azərbaycan müəllimi bu gün peşəkarlıq səviyyəsini təkmilləşdirmək üçün müxtəlif kurslardan keçməsinə baxmayaraq, kurslarda mənimsədikləri innovasiyaları dərslərində tətbiqi zamanı problemlərlə qarşılaşırlar.
Məktəblərdə müəllimlər öz professional səviyyələrini artırmaq üçün nəinki kurslara getməklə kifayətlənməli, eləcə də bir- birlərinin fəaliyyətlərini dəstəkləyərək, şagirdlərin məqsədlərini müəyyənləşdirərək, öz potensial imkanlarından geniş istifadə edərək, həmkarları ilə mehriban münasibət yaradaraq, öz fəaliyyətlərində müvəffəqiyyət əldə edə bilərlər.

Metodik Şuranın fəaliyyət istiqamətinə ilk növbədə açıq dərslərin təşkili, müzakirəsi, təlimin düzgün qurulması üçün fəal forma və metodların seçilməsi , yeni dərs ili üçün düzgün planlaşdırmanın təşkili və s daxildir.
Metodik Şura öz işini dövlətin təhsil sahəsindəki prinsiplərini, eləcə də digər prinsiplərini nəzərə alaraq təşkil etməli və dərslərin dövlətin məqsədlərinə uyğunluğunu daimi izləməlidir
37)Məktəb işlərinin planlasdirilmasi və məktəb sənədləri.
Planlaşdırma ən mühüm amil olub məktəbi idаrə etməyin və ona rəhbərliyin zəruri tərkib hissəsidir. Planlaşdırma və məktəbə rəhbərlik məsələləri məktəbin müəllim kollektivi ilə razılaşdırılır. Planlaşdırmanın əsasını əldə olan daxili və xarici informasiyalar təşkil edir. Məktəb işinin planlaşdırılmasında üç növ plan – cari, illik ve perspektiv plan nəzərdə tutulur. Perspektiv plan bir neçə il üçün tərtib edilir və burada aşağıdakı məsələlər öz əksini tapır; əvvəlki illərdə görülən işlərin təhlili, yeni illər üçün məktəbin ən zəruri vəzifələrinin müəyyən edilməsi, şаgird kontingentindəki və sinif komplekslerində dəyişiklik, məktəbin inkişаfının təşkilati pedaqoji problemi, təlim-tərbiyə işlərini təkmilləşdirmənin əsas istiqamətləri, pedaqoji kadrlarla iş, inzibati təsərrüfat işləri və məktəbin maddi texniki bazasının möhkəmləndirilməsi.
İllik plan məktəbin bütün həyatını əks etdirir və daha çox konkret olur. İllik plan adətən aşağıdakı bölmələrdən ibarət olur:
1. Əvvəlki tədris ilində məktəb işinin təhlili;
2. Yeni tədris ilində məktəbin vəzifələri;
3. Ümumi icbari təhsilin həyata keçirilməsi;
4. Təlim-tərbiyə prosesinin kеyfiyyətinin yüksəldilməsi;
5. Şagirdlərlə sinifdənxaric və məktəbdənkənar işlərin təşkili;
6. Şagirdlərin təlim-tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi;
7. Pedaqoji şuranın işi;
8. Metodik işlər, ixtisasartırma və attestasiya;
9. Elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi;
10. Məktəbi idarə və məktəbdaxili nəzarət;
11. Səhiyyə-sağlamlıq işləri;
12. Təşkilati-təsərrüfat işləri;
13. Məktəbin maddi bazası.
Cari planda ayrı-ayrı bölmələrin fəaliyyət proqramları qeyd edilir və yeri gəldikcə illik planda müəyyən düzəlişlər aparılır. Cari plаnlaşdırmaya müəllimin tematik və dərs üzrə planları, sinif rəhbərlərinin rüblük və illik, məktəb direktoru və onun müavinlərinin həftəlik və aylıq planları daxildir. Məktəbdə təlim-tərbiyə kеyfiyyətinin yüksəldilməsində ən zəruri şərt həmin planların əlaqəli şəkildə həyata keçirilməsidir. Qeyd olunan nəzarətlə yanaşı məktəb rəhbərləri il ərzində 40- 50 saat dərs dinləməli və onların pedaqoji təhlilini verməlidir. Bu təhlil zamanı məktəb direktoru obyektiv və ədalətliliyi gözləyir, əks təqdirdə müəllimlər və məktəb rəhbərləri arasında narazılıq baş verə bilər. Müəllimin fəaliyyətinə nəzarətlə yanaşı şagirdlərin təlim işinə də nəzarət olunur. Bu zaman proqram materialının necə yerinə yetirilməsinə diqqət verilir. Nəzarət zamanı məktəb rəhbərləri hər bir şagirdi hərtərəfli öyrənməyə nail olur. Onun idrak marağının, qabiliyyətinin necə inkişaf etməsini öyrənə bilir. Nazarətin tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, о şagirdə tapşırılan işə məsuliyyət hissi yaradır, onları müstəqilliyə, yaradıcılığa təhrik edir. Nəzarət şagirdləri də, müəllimləri də sistemli işin icrasına cəlb edir. Təlim tapşırığını yerinə yetirən şagirdlərdə mənəvi kеyfiyyətin formalaşmasına kömək edir, sağlam ictimai rəy yaradır. Şagirdlərin tədris fənlərinə nəzarətin məzmunu didaktik vəzifələr, tədris və inkişaf səviyyəsi ilə müəyyənləşdirilir. Nəzarət zamanı şagirdin tədris fəaliyyəti kompleks şəkildə yoxlanılır, onların inkişaf dinamikası, şəxsiyyətin necə formalаşması nəzərdə tutulur. Müəllimlərin nəzarətinə cari, dövri, yekun nəzarəti daxil edilir. Cari nəzarəti müəllim hər gün dərsdə təşkil edir, sistemli şəkildə şagirdlərin bütün hərəkətlərini-müvəffəqiyyət və nöqsanlarını qeydə alır. Belə nəzarət sayəsində müəllim hər bir şagirdi, habelə kollektivi bir tam halında öyrənir. Dövri nəzarət adətən bütöv bir mövzu, bölmə başa çatdıqdan sonra aparılır. Yekun nəzarəti isə ilin sonunda kurs tamamlandıqda aparılır. Nəzarətdən məqsəd şagirdlərin bilik, bacarıq və vərdişlərinin kеyfiyyətini yüksəltmək üçün əhəmiyyətli təkliflər hazırlamaqdır, müəllimlərin pedaqoji fəaliyyətinə düzgün istiqamət vərməkdir.
38)Məktəbin maddi texniki bazası.

2.1. Məktəbəqədər təhsil müəssisələrinin layihələndirilməsi üçün ayrılmış torpaq sahələrinin yaşayış məntəqələrində magistral küçələrdən, kommunal və sənaye obyektlərindən, avtomobil nəqliyyatı müəssisələrin-dən kənar sahələrdə yerləşdirilməsi nəzərdə tutulur.


2.2. Yeni layihələndirilən məktəbəqədər təhsil müəssisələrinin ərazisində səs-küy, vibrasiya və elektromaqnit şüalanması mənbəyi olan avadanlıqların yerləşdirilməsinə yol verilmir. Səs təzyiqi və vibrasiya səviyyələri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na uyğun olaraq müəyyənləşdirilir.
2.3. Məktəbəqədər təhsil müəssisəsinin ərazisi hündürlüyü 1,6 m olan hasarla və yaşıllıq zolağı ilə əhatə olunur. Mürəkkəb relyefli ərazilərdə uşaqların oyun meydançalarının subasmadan mühafizəsi məqsədi ilə leysan və sel sularının kənarlaşdırılması üçün drenaj kommunikasiya sistemi nəzərdə tutulur.
2.4. Məktəbəqədər təhsil müəssisələrinin binaları bir-birindən ayrılıqda layihələndirilir. Şəhərlərdə çoxmərtəbəli tikililərin sıx yerləşdiyi ərazilərdə, eləcə də yeni tikilən şəhərlərdə tutumu 140 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisəsinin sərbəst giriş-çıxışa malik hasarlanmış ərazidə olmaq şərtilə binalara bitişik tikilməsinə yol verilir. Məktəbəqədər təhsil müəssisəsinin binası yaşayış binasından əsaslı divarla ayrılır.
2.5. Layihələndirmə binadaxili zonalara ayrılır.
2.6. Oyun meydançası zonasının tərkibinə aşağıdakılar daxildir:
2.6.1. qrup meydançaları (bu meydançalar hər bir qrup üçün fərdi qaydada olmaqla, 1 yaşlı körpə uşağa 7,5 m2-dən, məktəbəqədər yaşlı 1 uşaq üçün isə 9,0 m2-dən az olmayaraq qəbul edilir);
2.6.2. ümumi bədən tərbiyəsi meydançası.
2.7. Qrup meydançaları sahənin perimetri boyu keçən, eni 1,5 m olan dairəvi cığırla (velosiped sürməklə yanaşı, yol hərəkəti qaydalarını öyrənmək üçün) birləşir. Meydançaların örtüyü yaşıl otla və ya döyəclənmiş süxurla örtülməli və toz yaratmamalıdır.
2.8. Körpəyaşlı uşaqlar üçün meydançaların örtüyü kombinasiya edilir: qum meydançalarının ətrafında otluq və kölgəlik talvarlarına döyəclənmiş torpaqla örtülən keçid nəzərdə tutulur. Körpəyaşlı uşaqlar üçün meydançalar həmin qrupun otaqlarının çıxışına bilavasitə yaxın yerləşdirilir.
2.9. Hər bir qrup meydançasının ərazisində uşaqların günəşdən və yağıntıdan mühafizəsi üçün sahəsi 40 m 2 olan kölgə salan örtüklər quraşdırılır.
2.10. Ümumi bədən tərbiyəsi meydançası aşağıdakılardan ibarətdir:
2.10.1. hərəkətli oyunlar üçün xüsusi avadanlıqlarla təchiz olunmuş zonalar;
2.10.2. gimnastika avadanlığı və idman ləvazimatları olan zonalar;
2.10.3. qaçış yolları;
2.10.4. uzunluğa tullanmaq üçün qum çalaları;
2.10.5. maneəli zolaqlar.
2.11. 150 yerə qədər tutumu olan məktəbəqədər təhsil müəssisələri sahəsi 250 kv.m-dən az olmayan idman meydançası, tutumu 150 yerdən artıq olan məktəbəqədər təhsil müəssisələri isə sahəsi 150 kv.m və 250 kv.m olan 2 ədəd idman meydançası ilə təchiz edilir.
2.12. Məktəbəqədər təhsil müəssisəsinin yaşıllıq zonasının sahəsi ümumi sahənin 50 faizindən az olmamalıdır. Yaşıllıq zonalarında tozdan, səs-küydən, küləkdən və digər amillərdən mühafizə üçün sahə elementləri arasında müvafiq ara məsafələrini təmin edən zolaqlar nəzərdə tutulur.
39)Muəllimin ixtisasinin artirilmasi və atesstasiya.
Müasir şəraitdə məktəbin əsas vəzifəsi şagird şəxsiyyətinin inkişafına kömək edən təhsil mühiti yaratmaqdır. Bu məsələnin həllində isə pedaqoji kadrların peşə səriştəliliyi də əhəmiyyətli rol oynayır. Peşə və şəxsi keyfiyyətlərin toplusu olan peşə səriştəliliyi pedaqoji fəaliyyətini yerinə yetirmək üçün müəllimin nəzəri və praktiki hazırlığıdır və pedaqoji ustalığını müəyyən edir. Səriştəli müəllim pedaqoji fəaliyyətini yüksək səviyyədə qurur və şagirdlərinin təlim-tərbiyəsində stabil nəticələr əldə edir. Müəllimin peşə səriştəliliyinin inkişaf etdirilməsi onun pedaqoji innovasiyaları qəbul edə bilməsi, dəyişən pedaqoji mühitə uyğunlaşa bilməsi qabiliyyətlərinin formalaşdırılmasıdır.
Müasir təhsil sistemində baş verən dəyişikliklər müəllimin təkmilləşməsini, peşəkarlığının yüksəlməsini tələb edir. Çünki yalnız müstəqil düşünən, öz fəaliyyətinin nəticələrini əvvəlcədən görə bilən, təhsil prosesini modelləşdirən müəllim qarşıya qoyulmuş məqsədə çatmağın qarantı ola bilər. Bəs müəllimin günün tələblərinə cavab verən peşə kompetensiyalarım necə inkişaf etdirməli? Bunun üçün, hər şeydən əvvəl, müəllimdə peşəkarlığını artırmaq istəyi olmalıdır. Eyni zamanda pedaqoji inkişaf üçün əlverişli təhsil şəraiti və motivasiya yaradılmalıdır. Elə şərait ki, müəllim özünün pedaqoji keyfiyyətlərinin səviyyəsinin yüksəldilməsi zərurətini hiss etsin.
Müəllim özünün pedaqoji təcrübəsini müxtəlif istiqamətlərdə təkmilləşdirə bilər:
- Peşə sahəsində (öz fənnini bilməsi).
- Tədrisin metodikası sahəsində (müasir texnologiyaları, təlimin yeni metod və formalarını mənimsəməsi).
- Pedaqoji psixologiya sahəsində.
Təkmilləşmək üçün metodiki mövzunu müəllim öz ehtiyaclarına uyğun seçir. Seçdiyi mövzu əsasında qarşısına qoyduğu problemə uyğun şəxsi iş planını hazırlayır.
Müəllim aşağıdakı istiqamətləri nəzərə alaraq peşə inkişafı planını tərtib edir:
- Psixoloji-pedaqoji ədəbiyyatın öyrənilməsi.
- Təlim-tərbiyə prosesinin proqram-metodiki təminatının işlənib hazırlanması.
- Özünütəhsilin mövzusu üzrə iş.
- Məktəbin metodiki iş sistemində iştirakı.
- Digər müəllimlərin peşə inkişafı təcrübəsindən istifadə.
Planın yazılması yaradıcı işdir. Planda nəzərdə tutulan hər bir fəaliyyətin icra müddəti qeyd olunmalıdır.
Həmin planın reallaşması yolları aşağıdakı fəaliyyətlərdən keçir:
- ixtisasartırma sistemi;
- özünütəhsil;
- metodiki birləşmələrin, pedaqoji şuraların işində, seminar, konfrans, ustad dərslərdə fəal iştirak etmək;
- müasir təhsil texnologiyalarına, metodiki üsullara, pedaqoji vasitələrə yiyələnmək;
- informasiya-kommunikasiya texnologiyalarını mənimsəmək;
- müxtəlif müsabiqələrdə, layihələrdə, tədqiqat işlərində iştirak etmək;
- öz təcrübəsinin ümumiləşdirilməsi və yayılması, nəşrlərin yaradılması.
Müəllimin təkmilləşmə kurslarında iştirakı dərsdənsonrakı fəaliyyətinə aiddir. Məktəbdəki fəaliyyətdən ayrılmamaqla müəllimin peşəkarlığının artırılması isə vacibdir. Məhz buna görə də məktəbdə metodiki birləşmələrin apardığı işin keyfiyyətinin yüksəldilməsi zərurətə çevrilir.
40.Pedaqojika elminin təşəkkül tarixi -- Məlum olduğu kimi, pedaqogika bir elm kimi XVII əsrdə böyük çex maarifçisi, ictimai xadimi Yan Amos Komenski (1592-1670) tərəfindən yaradılmışdır. Yan Amos <>- tərbiyəçi; paiz, paidos-uşaq+aqo-yönəldirəm, tərbiyə edirəm), yaxud pedaqogika sözünə Komenskinin əsərlərində rast gəlmirik. Qeyd etdiyimiz kimi, elmi pedaqogika Komenski tərəfindən əsası qoyulan elmi didaktika (Böyük didaktika) əsasında yaradılmışdır. Komenski elmi didaktika sahəsində yaratdığı konsepsiyalanm əsasən Almaniyada, Avstriyada və Hollandiyada tətbiq etməyə başlamışdır. Həmin dövrdə Çexiyada və adı çəkilən ölkələrdə dövlət dili alman dili olduğu üçün Y.A.Komenski elmi-didaktika sahəsindəki («> jnınan sözü olub > deməkdir. Uşaqlara en ibrətamiz bilik, bacanq vərdişlərinin aşılanması mənasını verir) kəşflərini həm Almaniyada, həm Avstriyada, həm də Hollandiyada praktik həllinə nail olmaqda heç bir çətinlik çəkməmişdir. Almanlar Komenski irsindən bəhrələnərək özləri üçün didaktik sistem (təlim və təhsil sistemi) yaratmışlar. Rusiyada çar imperiyasımn hakimiyyǝinə son qoyulduqdan sonra yaranan sovet hökuməti alman təhsil sistemini novator təhsil sistemi kimi bəyənərək sovet təhsil sistemini <«Əsası Komenski tərəfindən qoyulan elmi pedaqogika sonralar Almaniya (A.Disterverq, I.Q.Çeyder, I.P.Brikman, M. A.Julian, F.A.Hekta, S.A.Kurenin, Tirs va b.), Fransa (J.J.Russo, V.Kuzenin, K.A.Helvetsi, D.Didro va b.), İsveçrə (I.Q.Pestalotsi, E.A.Exes), İngiltərə (F.Mailinson, M.Sebler, B.Holrus və b.), Amerika (R.Kiq-Hol, D.Veredey, İ.KendI, D. Qis va b.), Bolqanstan (N.Sakirov), Çexiya (Sinqule), Polşa (B.Suxadolski), Rusiya (L..N.Tolstoy, N.I.Piraqov, K.p.Uşinski, N.Simbriyev, A.Kairov, N.K.Qonçarov, N. I.Boldirev, B.I.Esipov, F.F.Korolyov, S.P.Baranov

41.Təlimdə müsahibə üsulu - Müsahibə. Didaktikada tətbiq olunan tədqiqat üsullan içərisində bu üsul mühüm yer tutur və bu üsuldan tez-tez istifadə edirlər. Müsahibə üsulunun əhəmiyyəti ondan ibarətdir ki, bu üsul vasitəsi ilə araşdıniması nəzərdə tutulan faktlar, hadisələr haqqında daha məzmunlu, əhatəli məlumat toplamaq mümkündür. Bu zaman tədqiqatçı müsahibi ilə sıx ünsiyyətdə olur, birbaşa məlumat əldə edir. Proses canlı və təbii xarakter daşıyır. Müsahibə prosesinin özü də planlaşdırma tələb edir. Belə ki müsahibənin harada, kiminlə, hansı məqsədlə apaniması, hətta sualların xarakteri qabaqcadan müəyyənləşdirilir. Müsahibə metodundan istifadə tədqiqatm araşdırmaq istədiyi problem haqqındakı məlumatı genişləndirir və bu sahədə səmərəli fəaliyyət göstərməsinə imkan verir.

42. Təlimdə çalışmalar üsulu ---Bacarıq və vərdişləri formalaşdıran metodlar. Bu metodlar nəzəri biliyi tətbiq etdirməklə bacarıq və vərdiş yaratmaq məqsədi güdür. Bu qrupa çalışmalar, praktik və laborator işlər, didaktik oyunlar və s. daxildir.
Çalışmalar metodu bir çox fənlərdə geniş yayılmış metoddur. Çalışmalar müxtəlif növdə olur: yazılı, şifahi, qrafik, musiqi, bədən tərbiyəsi çalışmaları. Şagirdlərin müstəqillik səviyyəsindən asılı olaraq çalışmaların üç tipi ayırd edilir: nümunə üzrə çalışmalar (hazır nümunə əsasında icra edilir), variantiv çalışmalar (biliklərin yeni şəraitdə tətbiqinə əsaslanır), yaradıcı çalışmalar (biliklərin müxtəlif hallara yaradıcı tətbiqinə əsaslanır).

43. Pedaqoji eksperimetin təşkili və keçirilməsi -- Eksperiment. Didaktikanın bu üsulu pedaqoji ideyanın, hipotezin təşkil edilmiş xüsusi şəraitdə öyrənilməsi və yoxlanılmasına xidmət edir. Eksperiment təlim prosesinə yeni məzmunun, metodlann və metodik üsullann, tədris işinin təşkili formalannın və s. düşünülmüş şəkildə təcrübəyə daxil edilməsini nəzərdə tutur. Eksperiment qoyulmuş məsələnin həllini, sonra isə bu hipotezin yoxlanılmasını nəzərdə tutan əsaslandınimış fərziyyənin tətbiqidir. Əsas məqsəd didaktik ideyalann, hipotezin faydalılığını öyrənib aşkara çıxarmaqdır.


Müşahidədən, müsahibədən və digər tədqiqat üsullann- dan çıxanlan nəticələrin doğru olduğunu yoxlamaq məqsədilə eksperiment təşkil edilir.
Didaktik tədqiqatlarda tətbiq olunan eksperimentlərin məzmunu əsasən aşaqıdakı kimi olur: - müəllimin, məktəbin iş plamna tətdiqatçılan maraqlandıran yeni üsulların, materiallann daxil edilməsi və onların tətbiqi, səmərəliliyinin yoxlamiması; - eyni şəraitdə tətbiq olunan müxtəlif metodların, üsullann və materiallann müqayisəsi; - müxtəlif şəraitdən asılı olaraq, işdə hansı variantlann tətbiq olunmasının aydınlaşdıniması;
- uzun dövr müddətində işin yeni qaydada (məsələn, yeni proqramın, yeni dərsliyin, tədris işini təşkilin yeni formasımn yoxlanılması) qoyuluşu
Eksperiment üç mərhələ üzrə həyata keçirilir: müəyyən- edici, öyrədici, yoxlayıcı. .
1. Müayyonedici eksperiment mərhələsində tədris prosesində müayyan məqsədlə müəyyənləşdirilməsi nəzərdə tutulan problemlə bağlı əsasən qüsurlar, çatışmazlıqlar üzə çıxanlır və onlann aradan qaldıniması üçün müvafiq tövsiyyələr hazırlanır. Həmin tövsiyyələrə uyğun olaraq öyrədici materiallar hazırlanır.
2. Öyrədici mərhələdə həmin öyrədici materiallar tətbiq olunur.
3. Nəticəsi isə yoxlayıcı mərhələdə yoxlanaraq, sınaqdan keçirilir. Bəzi ədəbiyyatda eksperimentin yuxanda sadaladığımız mərhələləri onun növləri kimi də təqdim edilir. Fikrimizcə eksperimentin mərhələlər üzrə apaniması elə onun özlüyündə növlərini də müəyyənləşdirir. Eksperiment bir qrup şagirdi, sinfi, bütöv bir tədris müəssisəsini əhatə etməsi, esperiment aparmaq üçün planlaşdırma apaniması, eksperimentin yekunlaşdınimasında onun mərhələlərindən hesab edilir. Eksperiment həmişə yeni elmi ideyalann meydana çıxanimasina. xidmət edir. Eksperiment nəticəsində əldə edilən yeni ideya, təcrübədə, təlim prosesində müəyyən dəyişikliklər həyata keçirməyə gətirib çıxanr. Öz-özlüyündə məlumdur ki, eksperimentin tətbiqi ilə hər bir tədqiqat işi alınmış bütün materialın özünəməxsus tərzdə işlənilməsi, tədqiqat mövzusu üzrə obyektiv nəticələri almaq üçün təcrübəni dərindən və hərtərəfli təhlil etməyi tələb edir. Eksperiment yeniliyin adı ile, yaxud yeniliyin müxtəlif variantlan arasında müqayisəni nəzərdə tutur.
44. Azərbaycan Respublikasinin Təhsil Qanunu
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.
Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.

Yüklə 244,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin