və s. Xüsusiyyətlərinin nəzərə alınmasından ibarətdir.
Məsələn, bəzi şagirdlər sakit, təmkinli, hassasdır, böyüklərə
qarşı hörmətlə davranırlar. Digərləri isə, əksinə çılğın,
əsəbidir, hövsələsizlik və kobudluqla seçilir, həmyaşıdları ilə
dostluq münasibətləri qura bilmirlər. Sadalanan məqamlar
tərbiyə prosesində öz əksini tapmalıdır. Məsələn, aşağı
siniflərdə şagirdlərin şəxsi inkişafı daha çox müəllimin təsiri
altında baş verir, yeniyetməlik dövründə isə inkişaf daha
intensiv xarakter daşıyır və bu zaman tərbiyənin səmərəsi
məktəblilərin özünütərbiyə prosesinə cəlb edilməsindən asılı
olur. Təmkinli şagirdlər birgə fəaliyyətə daha tez uyğunlaşır
və sürətlə inkişaf edirlər. Kəmhövsələ və əsəbi şagirdlər isə
özlərinə qarşı istər müəllim, istərsə də həmyaşıdları
tərəfindən diqqət və həssaslıq tələb edirlər. Tərbiyədə gender
məsələləri də müəllimin diqqət mərkəzində olmalıdır. Belə
ki, qızlarla oğlanların davranışında, onlara aşılanan mənəvi,
əxlaqi dəyərlər sistemində cinsi fərqi nəzərə alınmalıdır.
Dostları ilə paylaş: