- etik tərbiyə – düzgün davranış qaydalarının və münasibətlər
mədəniyyətinin formalaşdırılması;
- vətənpərvərlik tərbiyəsi – vətənə sevgi, məhəbbət hissinin,
hər an vətəninin, xalqının müdafiəsinə qalxmağa hazırolma
keyfiyyətinin formalaşdırılması;
- milli və multikultural tərbiyə – milli ləyaqət, digər millət və
xalqlara hörmət hissinin formalaşdırılması;
- siyasi tərbiyə – siyasi şüurun formalaşdırılması;
Bu istiqamətlərdən hər biri müəyyən cəhətləri özündə
birləşdirir:
-insanda mənəvi başlanğıcın formalaşdırılması, özünü dərk
etməyə can atması və öz yerini tanıması;
- əxlaq, etika, siyasət məsələlərində mənəvi maarifləndirmə
mənəvi özünütərbiyənin, davranışın, özününizamlama
mexanizminin inkişafı;
- davranış və fəaliyyətinə görə şəxsi məsuliyyət hissinin
tərbiyəsi;
-
insanın
baxış
və
münasibətlərinin,
inamının
formalaşdırılması. İnam insanın ideyaları, baxışları,
münasibətləri, davranış və hərəkətlərinin realizə olunmasını
dərindən dərk etmək deməkdir.
Dostları ilə paylaş: