AM-in bütün çalışmaları ardıcıl şəkildə həyata keçirilməlidir. Autogen məşqi mənimsəmək üçün 3-4 ay vaxt kifayətdir. Hər şey insanın fərdi xüsusiyyətlərindən və ilk növbədə müvəffəqiyyətə inamından asılıdır. AM-in təsirini yorğun halda daha yaxşı hiss etmək mümkündür. AM-lə gün ərzində 10-15 dəqiqə məşğul olmaq lazımdır. Autotreninqin mənimsənilməsində digər şəxsik keyfiyyətlər də əhəmiyyətli rol oynayır. Belə ki, təmkinli, səbrli, üzüyola adamlar adətən təcavüzkar naturaya malik şəxslərə nisbətən autogen məşqə tez və asan nail olurlar.

Humanistik psixologiya
humanistik psixologiya ilk növbədə ―sağlam və yaradıcı insanların tədqiqinə‖, insan təbiətinin qurucu, yara- dıcı təzahürlərinin ortaya çıxarılmasına yönəlmişdir. Bu yanaşma timsalında şəxsiyyətə mütləq, mübahisəsiz və sabit dəyər kimi münasibət bəslənilir.
Bu ənənəni davam etdirən humanist psixologiya insan şəxsiyyətinin unikallığını, dəyərlər və mövcudluq anlamının axtarışını, həmçinin özünüidarəetmədə və özünütəkmildə ifadə olunan azadlığı vurğulayırlar.
Humanist psixologiyanın əsas prinsipləri:
1. İnsan tam bir sistemdir və tədqiq olunarkən bu prinsip nəzərə alınmalıdır
2. Hər bir insan unikaldır, ona görə də ayrı-ayrı situasiyaların təhlili statistik
ümumiləşdirmələr qədər etibarlıdır.
3. İnsan dünya üçün açıq sistemdir, onun dünya və özü ilə bağlı yaşantılarıəsas psixoloji reallıqdır.
4. İnsan həyatı insanın mövcudluğunun və formalaşmasının vahid prosesi kimi nəzərdən keçirilməlidir.
5. İnsan fasiləsiz inkişaf və özünüreallaşdırma üçün potensiala malikdir.
6. İnsan seçimində əsas tutduğu məna və dəyərlərə rəğmən xarici
determinasiyadan müəyyən dərəcə azaddır.
7. İnsan fəal, yaradıcı varlıqdır.